424) Venoz qanı xayadan daşıyan venalardan hansı səhv göstərilib?
A) Bud venası
B) Toxumçıxarıcı axacaq venası
C) Kremaster venası
D) Sağ xaya venası
E) Sol xaya venası
Ədəbiyyat : Ç.Quliyev "Uşaq cərrahlığı" 2008, səh 390
425) Hipospadiya nədir?
A) Anadangəlmə bir böyrəyin olmaması
B) Sidik saxlaya bilməmək
C) İnkişaf qüsuru olub ,uretranın ön divarının olmaması
D) Xaya venasının genəlməsi
E) İnkişaf qüsuru olub ,uretranın distal nahiyyəsində aşağı divarının olmaması
Ədəbiyyat : Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 582
426) Hansı forma hipospadiya yoxdur?
A) Xayalıq forma
B) Baş forma
C) Total forma
D) Cisim forma
E) Aralıq forma
Ədəbiyyat : Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 583
427) Epispadiya nədir?
A) Qasıq yırtığı
B) Uretranın travmatik zədələnməsi
C) Uretranın anadangəlmə aşağı divarının olmaması
D) Uretranın anadangəlmə yuxarı divarının olmaması
E) Xayanın burulması
Ədəbiyyat : Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 581
Dostları ilə paylaş: |