Uşaqlarda uroloji xəstəliklər
474) Aşağıdakı xəstəliklərin hansında ekskretor uroqrafiya ən informativ müayinə üsuludur?
A) Neyrogen sidik kisəsi
B) Hidronefroz
C) Sidiyi saxlaya bilməmək
D) Sidik kisəsi-sidik axarı reflüksü
E) Kəskin sidik ləngiməsi
Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
475) Diaqnozunun qoyulmasına ekskretor uroqrafiyanın kömək edə bilmədiyi xəstəlik hansıdır?
A) Böyrəklərin torakal distoniyası
B) Hidronefroz
C) Nalşəkilli böyrək
D) Yuxarı sidik yollarının ikiləşməsi
E) Arxa uretral qapaq
Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
476) Aşağıdakılardan hansının aşkar edilməsi üçün anteqrad pieloqrafiya aparılır?
A) Sidik kisəsi-sidik axarı reflüksünün olması
B) Hidronefroz zamanı pielouretral anastomozun keçiriciliyi
C) Sidik kisəsinin divertikulu
D) Böyrəyin sisti
E) Böyrəyin şişi
Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
Dostları ilə paylaş: |