480) Uretroqrafiya hansı halda əks - göstərişdir?
A) Uretranın ikiləşməsi zamanı
B) Arxa uretral qapaq zamanı
C) Uretranın travması zamanı
D) Kəskin orxoepididimit zamanı
E) Urogenital sinus zamanı
Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
481) Uretroqrafiyanın aparılması üçün xəstə hansı vəziyyətdə uzadılır?
A) Sarğı altına yastıq qoymaqla arxası üstə
B) Sol ayağı bayıra və arxaya çevirməklə sağ yanı üstündə
C) Arxası üstə budlar aralanmış vəziyyətdə
D) Aşağı ətraflar bükülməklə yanı üstə
E) Trendelenburq vəziyyətində
Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
482) Böyrək ləyəninin «görünməyən» daşlarının diaqnostikasında daha informativ müayinə metodu hansıdır?
A) Urokinematoqrafiya
B) Ultrasəs müayinəsi
C) Urokimoqrafiya
D) Ekskretor uroqrafiya
E) Retropnevmoperitoneum
Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
483) Uretranın cırılmasının diaqnostikası üçün aşağıdakılardan hansını həyata keçirmək lazımdır?
A) Ekskretor uroqrafiya
B) Qalxan (retroqrad) uroqrafiya
C) Miksion sistoqrafiya
D) Urofloumetriya
E) Sistometriya
Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
Dostları ilə paylaş: |