551) Fimozun optimal radikal mualicəsi hansıdır?
A) Fizoterapiya
B) Cərrahi müdaxilə
C) Antibakterial müalicə
D) Məlhəmlərdən istifadə edilməsi
E) Şüa mualicəsi
Ədəbiyyat : Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 594
552) Parafimoz nədir?
A) Penis başının tac şırımı nahiyyəsində pülük dərisi vasitəsi ilə sıxılması
B) Penisin travması
C) Pülük dərisinin iltihabı
D) Xayanın burulması
E) Xaya dərisinin qızıl yeli
Ədəbiyyat : Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 595
553) Parafimozun ən təhlükəli ağırlaşması hansıdır?
A) Xayalıq nahiyyəsinin infiltratı
B) Pülük dərisinin infeksiyası
C) Penis başının nekrozu
D) Penis başının infeksiyası
E) Xayanın burulması
Ədəbiyyat : Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 595
554) Fimoz və parafimoz nəticəsində aşağıdakı ağırlaşmalardan hansı ola bilməz?
A) Sistit
B) Kəskin sidik ləngiməsi
C) Ballanopostit
D) Penis başının nekrozu
E) Xayanın burulması
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 593-595
Dostları ilə paylaş: |