606) Ledd sindromu olan yenidoğulmuş uşağa hansı manipulyasiyanı etmək məqsədəuyğun deyil?
A) Çekopeksiya
B) Embrional bitişmələri ayırmaq
C) Enteral qidalanma üçün zondun bağırsağa salınması
D) Bağırsaq burulmasını ləğv etmək
E) Appendektomiya
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
607) Apqar şkalasına görə II-III dərəcəli 1800 qrama malik vaxtından qabaq doğulmuş uşaqda ürək çatışmazlığı var. Klinikaya anusun və düz bağırsağın atreziyası diaqnozu ilə daxil olub. Müayinə zamanı uretra ilə fistula olması aşkarlanıb. Bu uşağa sadalanan əməliyyatlardan hansı daha məqsədəuyğun sayılır?
A) Kolostomiya
B) Transverzostomiya
C) Fistulanı açıb, terminal kolostomiya qoymaq
D) Radikal əməliyyat etmək
E) Bağırsağın invaginasiyası
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
608) Ağırlaşmamış mekoniumlu bağırsaq keçməməzliyində rasional olaraq hansı müalicədən başlamaq lazımdır?
A) Qastroqrafin (veroqrafinlə) dərin imalə
B) U vari anastomoz
C) Mikuliç üsulu ilə ikili ileostomiya
D) Qarının ön divarından qoyulmuş ileostomiya
E) Bağırsaq mənfəzindən mekoniumu yumaqla enterostomiya
Ədəbiyyat: Тошовский В. Острые процессы в брюшной полости у детей. Прага, 1987, 471 с
Dostları ilə paylaş: |