668) Uşaqda appendektomiyadan sonra yara boyu infiltrat müşahidə edilir. Nə məsləhət görülür?
A) Müşahidə
B) Bir tikişi sökərək əməliyyat kəsiyi boyu yaranın zondla yoxlanması
C) Fizioterapiya kursu
D) Antibiotik təyini
E) Bütün tikişləri sökmək
Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
669) Beş yaşında uşağın qarnında tutmaşəkilli ağrı, qusma və qazlar xaric olmur. Ağrılar 12 saatdır ki başlamışdır. 1 il əvvəl fleqmanoz appendisit münasibəti ilə cərrahi əməliyyata uğrayıb. Müayinəni nədən başlamaq lazımdır?
A) Rektal müayinədən
B) Narkoz altında qarının palpasiyasından
C) Hipertonik imalədən
D) Barium ilə müayinə
E) Qarın boşluğunun təsviri rentgenskopiyasından
Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
670) Erkən bitişmə mənşəli bağırsaq keçməməzliyində konservativ müalicə neçə saat aparılmalıdır?
A) 72 saatdan çox
B) 12-24 saat
C) 3-6 saat
D) 48-72 saat
E) 6-12 saat
Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
671) Gecikmiş bitişmə mənşəli bağırsaq keçməməzliyində konservativ müalicə neçə saat aparılmalıdır?
A) 6-12 saat
B) 3-6 saat
C) 12-24 saat
D) 72 saatdan çox
E) 48-72 saat
Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
Dostları ilə paylaş: |