709) Appendikulyar peritonit münasibəti ilə təkrar əməliyyata məruz qalmış uşaqda tam yoğun bağırsaq fistulu əmələ gəlmişdir. Hansı operativ üsullar daha rasionaldır?
A) Yaradan bağırsağı tikmək
B) İndividual seçim etmək
C) Bağırsağın yaşamayan hissəsini rezeksiya etmək və anastamoz
D) Bağırsağı geniş mobilizə edib, defekti tikmək
E) Qapalı dövrələmə anastamoz
Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
710) Kəskin appendisitə şübhə ilə cərrahi əməliyyata məruz qalmış uşağın appendikulyar çıxıntısı dəyişikliyə uğramayıb, periton boşluğunda duodenal möhtəviyyat var. Cərrah hansını icra etməlidir?
A) Appendektomiya etməli
B) Orta laparotomiyaya keçmək
C) Yaranı genişləndirib qarın boşluğunu təftiş etmək
D) Elə sağ çəp kəsikdən nazik bağırsağı yoxlamaq
E) Pararektal kəsiyə keçmək
Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
711) 10 yaşlı uşağın mədə xorasının perforasiyası olduqda cərrahın hansı taktikası məsləhətdir?
A) Bilrot-2
B) Hofmeyster-Finsterer
C) Bilrot-1
D) Xoranın kəsib, defekti ləğv etmək
E) Xoranı közəmək
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
Dostları ilə paylaş: |