790) Daxili vidaci venanın punksiyasi zamanı iynə haradan yeridilir?
A) Döş körpücük birləşməsindən 1,5 - 2 sm yuxarı,döş - körpücük - məməyəbənzər əzələnin ayaqcıqları arasından
B) Döş sümüyünün üst kənarından
C) Döş körpücük məməyəbənzər əzələnin medial ayaqcığı kənarından
D) Körpücük sümüyünün bayır üçdə birindən
E) Körpücük sümüyünün aşagı kənarından
Ədəbiyyat : Оперативная хирургия с топографической анатомией детского возраста. Под ред. Ю.Ф. Исакова, М.Ю,ЛОПУХИНА - 1989,с- 16.
791) Aşağıdakı hansı halda retroqrad boğulmadan şübhələnmək olar?
A) Boğulmuş yırtıq möhtəviyyatı iki və daha artıq nazik bağırsaq ilgəyindən ibarət olarsa
B) Boğulmuş yırtıq möhtəviyyatı yumurtalıq və uşaqlıq borusundan ibarət olarsa
C) Boğulmuş yırtıq möhtəviyyatı piylikdən ibarət olarsa
D) Boğulmuş yırtıq möhtəviyyatı sidik kisəsindən ibarət olarsa
E) Boğulmuş yırtıq möhtəviyyatı bir bağırsaq ilgəyindən ibarət olarsa
Ədəbiyyat: М. И. Кузина. Хирургические болезни. 1986 səh 358
Dostları ilə paylaş: |