803) Qamış sümüyünün orta 1/3 - nin sınığı zamanı ətrafın immobilizosiyası necə aparılır?
A) Daraq - falanqa oynağından budun orta 1/3 - nə qədər gips langeti
B) Aşıq - baldır oynağından budun orta 1/3 - nə qədər gips langeti
C) Aşıq - baldır oynağından diz oynağına qədər gips sarğısı
D) Aşıq - baldır oynağından diz oynağına qədər sirkulyar gips sarğısı
E) Daraq - falanqa oynağından diz oynağına qədər sirkulyar gips sarğısı
Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
804) Şok zamanı həyati vacib funksiyaların pozulmasına səbəb olan birincili etioloji faktor hansıdır?
A) Kəskin tənəffüs çatışmazlığı
B) Mərkəzi hemodinamikanın pozulması
C) Toxuma və orqanların parçalanma məhsullarının törətdiyi intoksiya
D) Ağrı hissiyatı ilə əlaqədər baş beyin qabığının tormozlanması
E) «Vegetativ burulğanı» böyrəküstü vəzin qabıq maddəsinin və hipofizin gərginləşməsi ilə əlaqədar
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
805) Uşaqlarda ağciyərin travmatik cırılması və qapalı gərgin prevmotoroksun xüsusi müayinə üsullarının təyininə qədər hansı lazımi müalicə tədbirləri görülməlidir?
A) Oksigenlə müalicənin başlanması və rentgen müayinəsinin təyini
B) Plevra boşluğunun punksiyası, havanın xaric edilməsi, Bilau drenajının qoyulması, Vişnevski üsulu ilə boyun vaqosimpatik blokadası, diaqnozu dəqiqləşdirmək üçün müayinələrin təyini
C) Şok əleyhinə narkotiklərin vurulması
D) Plevra boşluğunun funksiyası və yığılmış havanın xaric edilməsi
E) Diaqnoz tam dəqiqləşənə qədər müalicəyə ehtiyac yoxdur
Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
806) Uşaqlarda politravma zamanı hospitalizasiyaya qədərki etapda ilkin müalicə tədbirlərinə nə daxildir?
A) Transport immobilizasiyası, qanaxmanın müvəqqəti dayandırılması, narkotiklərin vurulması, oksigenasiyanın təmini, analgetiklərin vurulması
B) Plazmaəvəzedicilərin köçürülməsi, transport immobilizasiyası, süni tənəffüs, qanaxmanın müvəqqəti dayandırılması
C) Transport immobilizasiyası, qanaxmanın müvəqqəti dayandırılması, narkotiklərin vurulması
D) Oksigenasiya, qanaxmanın müvəqqəti dayandırılması, zədə nahiyyəsinin yerli ağrısızlaşdırılması transport immobilizasiyası, plazma əvəzedicilərinin köçürülməsi
E) Transport immobilizasiyası, qanaxmanın müvəqqəti dayandırılması,narkotiklərin vurulması, oksigenasiyanın təmini
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
Dostları ilə paylaş: |