874) «Pişik gözü» simptomu bioloji ölümün erkən diaqnozu olaraq nə deməkdir?
A) Loqoftalm
B) Göz almalarının yandan sıxılması zamanı bəbəklərin vertikal yarığa transformasiyası
C) Anizokariya
D) Belə simptom yoxdur
E) Bəbəklərin bərabər genişlənməsi
Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
875) Uşaqlarda yol nəqliyyat hadisəsi zamanı əmələ gələn politravma zamanı üstünlüyü nə təşkil edir?
A) Çanaq və yuxarı ətrafın zədələnməsi
B) Onurğanın və çanağın zədələnməsi
C) Kəllə - beyin travması, daxili orqanların zədələnməsi və aşağı ətrafların zədələnməsi
D) Yuxarı və aşağı ətrafın zədələnməsi
E) Kəllə - beyin travması
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
876) Çox hallarda uşaqlarda çoxsaylı və müştərək zədələnmələr tipik vəziyyətlərdə olur ki, bunlara da hansılar aiddir?
A) Rels travmaları
B) Uşaqlarla təhlükəli rəftar sindromu
C) Hündürlükdən yıxılma və odlu silah yaralanmaları
D) Avtoravma və hündürlükdən yıxılma
E) Odlu silah yaralanmaları
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
Dostları ilə paylaş: |