1025) Aşağıdakı xoşxassəli şişlərdən hansı bədxassəli şişə çevrilə bilər?
A) Dermoid kista
B) Hemangioma
C) Ateroma
D) Limfangioma
E) Teratoma
Ədəbiyyat : Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 600-610
1026) Ateroma nədir?
A) Limfa vəzinin ilıtihabı
B) Piy vəzinin xoşxassəli şişi
C) Əzələ şişi
D) Piy toxumasının şişi
E) Damar şişi
Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургия 1983
1027) Kəskin appendisit nədir?
A) Soxulcanabənzər çıxıntının kəskin iltihabi xəstəliyidir
B) Soxulcanabənzər çıxıntının şişi
C) Kor bağırsağın kəskin iltihabi xəstəliyidir
D) Mekkel divertikulunun iltihabı
E) Nazik bağırsağın iltihabi xəstəliyidir
Ədəbiyyat : Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 473
Dostları ilə paylaş: |