1073) Qasıq yırtığının əlamətlərinə hansı aid deyil?
A) Geriyə qaytarmaq istərkən quruldamanın eşidilməsi
B) Qasıq nahiyyəsində bərk elastiki qabarmanın olması
C) ”Təkan” simptomunun müsbət olması
D) Xarici qasıq həlqəsının genəlməsi
E) Sol xayanın sallanması
Ədəbiyyat : Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 386
1074) Hansı əlamətlərə əsasən boğulmuş qasıq yırtığı diaqnozu qoyulur?
A) Sadalananların hamısı
B) Qasıq nahiyyəsində ağrı və narahatlıq
C) Anamezdə yırtığın olması
D) Qasıq nahiyyəsində geri qayıtmayan şişkinliyin olması
E) Xəstəliyin kəskin başlanması
Ədəbiyyat : Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 388
1075) Qasıq yırtığını aşağıda göstərilən xəstəliklərdən hansı ilə differensasiya etmək lazım deyil ?
A) Göbək yırtığı
B) Toxum ciyəsi venalarının varikoz genişlənməsi
C) Kriptorxizm
D) Hidrosele
E) Funikulosele
Ədəbiyyat : Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 387
Dostları ilə paylaş: |