1112) Bud sümüyünün boyun –diafizar bucağı normada neçə dərəcədir?
A) 140-150dərəcə
B) 150-175 dərəcə
C) 160-165dərəcə
D) 140-145 dərəcə
E) 125-130 dərəcə
Ədəbiyyat : Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 636
1113) Bud çanaq oynağının anadangəlmə çıxığı rentgenoloji olaraq neçə dərəcəyə bölünür?
A) 6
B) 4
C) 3
D) 5
E) 2
Ədəbiyyat : Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 631
1114) Qastroşizis nədir?
A) Mədənin burulması
B) Sadalananların hamısı
C) Ağır inkişaf qüsuru olub qarnın ön divarının 2-3 sm artıq olmayan deffekti ilə xarakterizə olunur
D) Mədə qanaxması
E) Mədənin sallanması
Ədəbiyyat : Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 376
1115) Qastroşizis üçün hansı xarakter deyil?
A) Yırtıq kisəsi olur
B) Bətndaxili peritonit əlamətləri olur
C) Deffekt göbək ciyəsindən sağda yerləşir
D) Deffektdən qarnın ön divarına orta bağırsaq çıxır
E) Müştərək qüsurlar nadir halda olur
Ədəbiyyat: Ç.Quliyev "Uşaq cərrahlığı"2008, səh 377
Dostları ilə paylaş: |