161) Limfa damarların inkişaf qüsurlarının əsas diaqnostika üsulu hansıdır?
A) Limfoqrafiya
B) Angioqrafiya
C) Reovazoqrafiya
D) EKQ
E) Voldır sınağı
Ədəbiyyat : Оперативная хирургия с томографической анатомией детского возраста. Под ред. Ю.Ф. Исакова. М., 1989
162) Bədənin hansı nahiyyəsində yara kənarları kəsilmədən yaraya tikiş qoyula bilər?
A) Kürəkdə
B) Budda
C) Əldə
D) Başın tüklü hissəsində
E) Üzdə
Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургия 1983, с- 74
163) Asfiksiyalı boğulma hansı dəbəlik üçün xarakterdir?
A) Parasternal dəbəlik üçün
B) Yalançı diafraqmal dəbəliyin xroniki forması üçün
C) Yalançı diafraqmal dəbəliyin kəskin forması üçün
D) Yemək borusu həlqəsinin dəbəliyi üçün
E) Həqiqi diafraqmal dəbəlik üçün
Ədəbiyyat: Ç.Quliyev “Uşaq cərrahlığı” 2008 səh 333
164) Anadangəlmə yalançı diafraqmal dəbəliyi aşağıdakı hansı xəstəliklə diferensasiya etməyə ehtiyac yoxdur?
A) Ağciyərin pay emfizeması
B) Ürək qüsuru
C) Ağciyərin sisti
D) Kəllə - beyin travması
E) Anadangəlmə pilorostenoz
Ədəbiyyat : Ç.Quliyev “Uşaq cərrahlığı” 2008 səh 332
165) Yoğun bağırsağın distal hissəsinin anadangəlmə olaraq simpatik və parasimpatik innervasiyasının pozulması nəticəsində həmin nahiyədə daralma, ondan yuxarıda olan hissənin isə genəlməsi nəticəsində müşahidə olunan patologiya nə adlanır?
A) İnvaginasiya
B) Dolixosiqma
C) Hirşprunq xəstəliyi
D) İntestinal neyronal displaziya
E) Anadangəlmə mexaniki bağırsaq keçməzliyi
Ədəbiyyat : Ç.Quliyev “Uşaq cərrahlığı” 2008 səh 439
Dostları ilə paylaş: |