166) Hirşprunq xəstəliyinin klinik mənzərəsinin ağırlığı əsasən nədən asılıdır?
A) Uşağın cinsindən
B) Aqanqlionar zonanın uzunluğundan
C) Uşağın qidalanmasından
D) Uşağın yaşından
E) İlin fəslindən
Ədəbiyyat : Ç.Quliyev “Uşaq cərrahlığı” 2008 səh 439
167) Hirşprunq xəstəliyində paradoksal ishalın baş vermə səbəbi nədir?
A) Pəhrizin pozulması
B) Vitamin defisiti
C) Anemiya
D) Bağırsağın deşilməsi
E) Disbakterioz
Ədəbiyyat : Ç.Quliyev “Uşaq cərrahlığı” 2008 səh 439
168) Aşağıdakılardan hansı Hirşprunq xəstəliyində aparılan sifon imaləsinin vacib şərtlərindən deyil?
A) Sifon imaləni həkim nəzarəti altında etmək
B) Geniş mənfəzli rezin borunu aqanqlionar zonadan yuxarı keçirmək
C) Rezin borunu çıxarmazdan əvvəl bağırsağa 30 - 50 ml ilıq vazelin yağı yeritmək
D) Uşağın yaşı, ümumi vəziyyəti, imalə edilən və xaric olunan mayenin miqdarı nəzərə alınmalı
E) Sifon imaləsi həmişə ac qarına aparılmalıdır
Ədəbiyyat : Ç.Quliyev “Uşaq cərrahlığı” 2008 səh 439
Dostları ilə paylaş: |