300) Yuxarı payın anadangəlmə emfizemasında optimal əməliyyat üsulu hansıdır?
A) Yan torakotomiya
B) Arxa-yan torakotomiya
C) Ön-yan torakotomiya
D) Arxa torakotomiya
E) Ön torakotomiya
Ədəbiyyat :Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
301) Ağciyərdaxili sekvestrasiyada aşağı payın rezeksiyasına nəyin ayrılması ilə başlanılmalıdır?
A) Aşağı ağciyər bağının
B) Ağciyər arteriyasının əsas kötüyünün
C) Aşağı payın bronxu
D) Aşağı payın arteriyası
E) Aşağı ağciyər venasının
Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
302) Ağciyərlər üzərində əməliyyatlardan sonra ən çox rast gəlinən ağırlaşma hansıdır?
A) Qanaxma
B) Obturasion ağırlaşmalar
C) Ürək-ağciyər çatışmazlığı
D) Tikişlərin çatışmazlığı
E) Havanın massiv şəkildə xaric olması
Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
303) R-mda dəyişilməmiş parenxima fonunda dəqiq sərhədli nazik divarlı hava boşluqları qeyd edilir. Diaqnoz hansıdır?
A) Ağ ciyərin absesi
B) Piotoraks
C) Piopnevmotoraks
D) Ağ ciyərin bakterial destruksiyasının bulloz forması
E) Pnevmotoraks
Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
304) Xəstənin vəziyyəti ağırdır, təngnəfəslik, yüksək hərarət, Rentgenoqramda sağ ağciyər proyeksiyasında perifokal reaksiya ilə maye tərkibli boşluq müəyyən edilir. Diaqnoz hansıdır?
A) Ağciyərin bakterial destruksiyasının bulloz forması
B) Piopnevmotoraks
C) Mediastenal emfizema
D) Ağciyərin absesi
E) Piotoraks
Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
305) Rentgenoqramda döş qəfəsinin sağ yarısında torşəkilli kölgəliyin aşkar edilməsi nə ilə əlaqədardır?
A) Məhdudlaşmış plevrit
B) Ağciyərin absesi
C) Plevranın total empieması
D) «Plaşa bənzər» plevrit
E) Ağciyərin bakterial destruksiyasının bulloz forması
Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
306) Döş qəfəsinin R-mda divaryanı dəqiq konturlara malik kölgəliyin aşkar edilməsi nə ilə əlaqədardır?
A) Plevranın total empieması
B) Fibrinotoraks
C) Ağ ciyərin bakterial destruksiyasının bulloz forması
D) Piopnevmotoraks
E) «Plaşa bənzər» plevrit
Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
307) Döş qəfəsinin R-mda plevra boşluğunun total kölgəliyi və divararalığının zədələnmiş tərəfə yerdəyişməsi aşkar edilərsə, bu nə ilə əlaqədardır?
A) Gərgin total empieması
B) Plevranın total empieması
C) Ağ ciyərin atelektazı
D) Ağ ciyərin absesi
E) «Plaşa bənzər» plevrit
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
308) Döş qəfəsinin rentgen müayinəsində plevra boşluğunda mayenin üfüqi səviyyəsi, ağciyərin tam kollapsı və divararalığının zədələnməmiş tərəfə yerdəyişməsi aşkar edilər.Bu nə ilə əlaqədardır?
A) Ağciyər absesi
B) Pnevmotoraks
C) Plevranın total empieması
D) Gərgin hidropnevmotoraks
E) Hidropnevmotoraks
Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
309) Döş qəfəsinin R-mda divararalığının zədələnməmiş tərəfə yerdəyişməsi, plevra boşluğunda ağ ciyəri sıxan böyük hava qabarcığı kölgəliyin aşkar edilməsi nə ilə əlaqədardır?
A) Nəhəng kortikal abses
B) Gərgin hidropnevmotoraks
C) Ağ ciyərin kiçik ocaqlı bakterial destruksiyası
D) Gərgin pnevmotoraks
E) Plevranın total empieması
Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
Dostları ilə paylaş: |