Uşaq və yeniyetmələrdə internet asılılığı



Yüklə 17,45 Kb.
tarix26.04.2023
ölçüsü17,45 Kb.
#125852
Документ (1) (2)


Uşaq və yeniyetmələrdə internet asılılığı.
Texnologiyanın sürətlə inkişafı həyatımızı müəyyən mənada asanlaşdırsada,müəyyən qədər də bizi özündən asılı vəziyyətə salır.
Son dövrdə texnologiyanın həyatımıza girməsi ilə əlaqədar həyat tərzimiz dəyişməyə başlamışdır.Artıq kompüter, mobil telefon,smartlar və s.kimi texniki vasitələrsiz həyatımızı təsəvvür edə bilmirik.Ən çox 12-18 yaşlarındakı yeniyetmələr internetdən asılılıq risk qrupuna daxil olsalarda hər yaşda internet asılılığı olan insanlarla qarşılaşırıq.İnternet asılılığı qızlara nisbətən oğlanlarda 2-3 qat daha çox müşahidə olunur.
İnternet texnologiyasının həyatımıza belə girməsinin səbəbləri arasında internetin çox funksiyalılığı əsas hesab edilə bilər.Ünsiyyətin daha asan qurulması ,əyləncə,istənilən mövzuda anında məlumat alma ,bank xidmətləri,kommunal ödənişlər və s.bu kimi funksiyalar istifadə edənlərin sayının artmasına səbəb olmaqdadır.
İnternetin faydaları ilə yanaşı internetdən saatlarla və dəqiq məqsədi olmadan axtarış aparan,interneti həyatının mərkəzinə qoyan ,onsuz həyatını təsəvvür etməyən insanların sayı gündən günə artmaqdadır.Məqsədsiz və uzun müddətli kompüter istifadəsi xüsusilə uşaq və yeniyetməlik yaşındakı uşaqlara ciddi fiziki və psixoloji narahatçılığa səbəb olur.Kompüter və internetdən çox istifadə gözün zəifləməsi ,boyun -bel ağrıları ilə yanaşı yuxu pozuntusuna ,aqressiv və əsəbi hallara ,ünsiyyət məhdudlaşmasına gətirib çıxarır.İnternet asılılığı olan insanlar sanki ətrafdan təcrid olunur,yaxınları ilə ünsiyyətini azaldır.İnternet asılılığı olan insanlar bir çox hallarda qidalarınada diqqət etmirlər.
12-18 yaşlı yeniyetmələr ,hətta daha azyaşlı uşaqlar özlərini real həyatdan daha çox “İnstaqram”, “Fasebook”, “Snapchat”, “Tik-tok” və digər şəbəkələrdə isbat etməyə çalışırlar.Sosial şəbəkədəki “mən”ini real həyatdan daha vacib hesab edən gənclərin qazandıqları bəyənmə ,müsbət rəy sayəsində özünə inamı artdığı və öz eqosunu gücləndirdiyi kimi ,mənfi rəy və nifrət mesajları psixoloji problemlərə yol açır.

  • İnternet asılılığı olmayan şəxslər interneti məlumat ,tədqiqat və daha faydalı məqsədlərlə istifadə etməkdədirlər .İnternetdən istifadə həyatımızı asanlaşdırdığı üçün ondan tamamilə imtina etmək çətin olardı.Amma vaxtı düzgün bölməklə,yaş amillərini nəzərə alaraq fasiləli şəkildə istifadə etmək qəbul olunandı.Azyaşlılar gün ərzində fasiləli olaraq 1-1,5 saat,yeniyetmə və gənclərdə bu saat nisbətən daha çox olmaqla internetdən istifadə edilə bilər.Əslində,yetkin insanlarında internetdə keçirdiyi vaxt 3-4 saatı aşmamalı və fasilələrlə istifadə olunmalıdır.Bəzi hallarda uşaq və yeniyetmələr internetdən tamamilə təcrid olunur,bu isə heç bir nəticə vermir.İnternetdən istifadəni get-gedə azaltmaq daha məqsədəuyğun olardı.

  • İnternet asılılığı asudə vaxtın düzgün dəyərləndirə bilməməkdən də irəli gəlir.Uşaq və yeniyetmələr sevdiyi fəaliyyətə-rəqsə,rəsmə,idmana yönləndirilməsi məqsədəuyğun hesab olunur ki,bu da internetə sərf olunan müddəti azaldacaq.Bundan əlavə bəzi proqramlar varki,internet və kompüter istifadə müddətinə nəzarət edir.

Zeynalova Kəmalə.
Yüklə 17,45 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin