Uşaq və yeniyetmələrin xarakterində olan qüsurlar, onların təhsilində müəllimlərin peşə ustalığı Lamiə Nizami qızı Nağıyeva



Yüklə 19,94 Kb.
səhifə2/3
tarix11.01.2023
ölçüsü19,94 Kb.
#122152
1   2   3
tehsıl unıver konfransa meqale

1. Ailə şərtləri. Yoxsulluq və yaxud həddən artıq zənginlik, əksəriyyət uşaqların məktəb müvəffəqiyyətinə mənfi təsir edən bir vəziyyətdir. Ancaq yoxsulluq, ailədən qaynaqlanan tək risk faktoru deyil. Nizamsız ailə həyatı da şagirdlərin məktəb müvəffəqiyyətlərini riskə altında qoyan bir başqa əhəmiyyətli ailə xüsusiyyətidir. Boşanma, işsizlik, tez-tez yer dəyişdirmə və s. Bu kimi vəziyyətlər, ailə həyatında əhəmiyyətli nizamsızlıqlara yol açır. Bu qanun pozuntuları isə əksər zaman məktəb müvəffəqiyyətinə birbaşa təsir edir.
Bir çox əhəmiyyətli risk faktoru, ailədə uşaq istismarı və ya laqeydliyin olmasıdır. İstismar fiziki, cinsi və ya romantik ola bilər. Fiziki istismar fiziki cəza, işgəncə, yaralama, vurmaq, döymək və s. vəziyyətlərə uşağın məruz qalmasıdır. Cinsi istismar, hər cür cinsi hərəkətə məruz qalmağı əhatə edir. Romantik istismar isə uşağı rədd etmə, alçaltma, təhdid etmə, qorxutma kimi tədbirlərdir. Digər tərəfdən laqeydlik uşağın qidalanma, qorunma, sığınma, sevilmə kimi təməl ehtiyaclarının kifayət qədər qarşılanmaması vəziyyətidir. İstismar qədər laqeydliyin də uşağın sağlamlığı və inkişafı üzərində çox əhəmiyyətli mənfi təsirləri ola bilər.
Hazırda övladlarına sərbəst şəkildə qayğı göstərə bilməyən ailələrin və onların uşaqlarının rifahının yaxşılaşdırılması, uşaqların müəssisəyə düşməsinin qarşısının alınması məqsədilə Təhsil Nazirliyi tərəfindən müvafiq tədbirlər həyata keçirilir. “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)”nın Tədbirlər Planına və dövlət uşaq müəssisələrinin transformasiyası üzrə Baş Plana əsasən, 4 gün ərzi qayğı və reabilitasiya-inkişaf mərkəzləri yaradılmışdır (1).
2. Təhsil şərtləri. Şagirdin məktəb və sinifdə qeyri-kafiliyi də əhəmiyyətli bir risk faktorudur. Tutaq ki, bir sinifdə 30 şagird var, bir sırada 3-4 şagird oturur. Bununla yanaşı, məktəbdə həm texniki vasitə, vəsait həm də təhsil heyəti baxımından əhəmiyyətli çatışmazlıqlar var. Belə bir təhsil mühiti bütün şagirdlərin məktəb performansına mənfi təsir edəcək.
Risk qrupu uşaqların sosial və pedaqoji ehtiyaclarının ödəməsi üçün, hər şeydən əvvəl mehriban, qərarlı və tutarlı müəllimlər olmalıdır. Müəllimin şagirdlər tərəfindən mənimsənməsi, sevilməsi və sayılması mühüm rol oynayır. Ancaq məktəbin xüsusiyyətləri də son dərəcə əhəmiyyətlidir. Məktəb rəhbərliyi və şagirdlərə və ailələrə dəstək olma mövzusunda müəllimə kömək etməlidir.
Ümumiyyətlə, çətin tərbiyə olunanların tərbiyəsi, onların sağlam cəmiyyətə adaptasiyası tarixin müxtəlif dövrlərində də daima aktual mövzu olmuşdur (2). Xüsusilə, bu müəlliflər görkəmli rus alimləri Dmitri Andreyeviç Dril, Vsevold Petroviç Kaşenko, Viktor Nikolayeviç Soroka-Rosinskiy, Anton Semyonoviç Makarenko və başqaları özlərinin elmi-pedaqoji fəaliyyətini məhz bu problemin araşdırılmasına həsr etmişlər. Məsələn, D.A.Dril həyatının çox ilini sosial sapmalı uşaqların tərbiyəsi və problemin aradan qaldırmaq yollarının öyrənilməsinə həsr etmişdir. O, cəzaçəkmə müəsisələrində ilk dəfə uşaqların tibbi – psixoloji diaqnostikası konsepsiyasını, onların tərbiyə olunma konsepsiyasını yaratmışdır. D.A.Dril çətin tərbiyə olunanların əmələ gəlməsini öyrənmiş və onların tərbiyə metodlarına böyük diqqət yetirmişdir (4). V.P.Kaşenko qeyd edir ki, fiziki sağlam anadan əlverişli şəraitdə doğulmuş uşaq təbiətdən tam və əlverişli şəraitdə inkişafa malikdir. Təcrübədə, bu şərtlər yoxdur və uşağın inkişafı onun qabiliyyət və ətraf hadisələrə qeyri-adekvat reaksiyasından, onun fiziki və əqli inkişafını donduran, onun emosionallığını təhrif edən xəstəliklərdən, o cümlədən mənfi amillər ilə müşayiət olunan hallardan çox asılıdır. Bu, inkişaf etməkdə olan şəxsiyyətin bəzi xarakterik aspektlərinin yaranmasında, fiziki və ya zehni geriləmə şəklində və mürəkkəb davranış şəklində özünü biruzə verir. V.P.Kaşenko uşaqların formalaşmasında ən başlıca səbəb kimi aşağıdakıları göstərmişdir (5):
1. İrsiyyət. Uşaq öz əcdadlarından və valideyinlərindən orqanizmin psixofizioloji xüsusiyyətlərini vərəsə kimi qəbul edir ki, bu da mütləq onun inkişafına və gələcək həyat tərzinə, xarakterinin formalaşmasına , valideyinlərin və pedaqoqların aşkar edə bilmədikləri çatışmazlıqlara gətirib çıxardır.
2. Doğuş zamanı qazanılan xüsusiyyətlər. Buraya daxildir: vaxtından əvvəl doğulma, çəki azlığı, bədənzəifliyi, müxtəlif bədən orqanlarının inkişafdan geri qalması və s. bu kimi hallar uşağın gələcək inkişafına xüsusi təsir göstərir, onun həyatında mənfi keyfiyyətlərin yaranmasında, bir şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır.
3.Kiçik yaşlarında qazanılan və sonradan təsirə malik:
- süni qidalanma;
- irsi xəstəliklər;
– xəstə anadan keçən xəstəliklər;
– çətin məişət şəraiti;
– qida çatışmamazlığı;
– kəllə beyin travması, müxtəlif psixoloji travmalar və s.
Uşağın inkişafına təsir edə bilən müxtəlif amilləri sadalamaq mümkün deyil. Əlbəttə ki, bu amillər onları sosial həyat tərzinə, psixoloji xüsusiyyətlərinə, ailə tərbiyəsinə görə dəyişir. Bəzən bu amilləri dərhal aşkar etmək mümkün olmur, lakin tədricən onun fərdi inkişafında müəyyən qüsurların yaranmasına və uşağın əqli inkişafına təsir göstərir.
4. Valideyinlərin uşağın inkişafına, onun tərbiyəsinə nəzarət edə bilməməsi, ona köməklik göstərə bilməməsi. Xüsusilə, bütün valideynlər aşağıda göstərilən xüsusiyyətləri nəzərə ala bilmirlər:
- xüsusi “əsəb” hiperaktivliyi, çılğınlıq, xüsusi təəssüratlı uşaqların özünü aparması;
- süstlük, xəstəliklər, həssaslıq, çətin qavrama, inadkarlıq, qıcıqlanma;
- psixikanın dəyişkənliyi və yüksək həssaslıq. V.A.Suxomlinskinin qeyd etdiyi kimi, belələrini (xüsusilə kiçik yaşlı uşaqları) məktəbdəki aqressiv ab-hava – xaotik qaçış, səs-küy, xüsusilə, valideynlərin və müəllimlərin kobud rəftarı, hətta başqalarına belə, tətbiq olunan kobud rəftar onları qıcıqlandırır və ya iflic edir. Bu cür hallarda uşaqlar sanki donur, hərəkətsizləşirlər. Qorxunun təsirindən onlar uzun müddət inkişafdan qalırlar. Tam əqli inkişaf üçün ən qiymətli vaxt itirilmiş hesab olunur;
-xüsusi istedad, əlverişli şərait olmadıqda və ya ikrah hissinin yaranması. Bu hal o zaman olur ki, uşağın yaradıcılıq potensialı və onların təzahürləri istifadəsiz qalır;
-əqli inkişafdan qalma. Bu, əqli zəiflik deyil. Onlar normal uşaqlardır, hansı ki, tərbiyəsində səhvlərə yol verilib;
-dezadaptasiya vəziyyəti (uşaq bağçasında olarkən, bağçadan məktəbə və ya bir məktəbdən başqa məktəb kollektivinə keçid) müəllimləri o uşağı anlamaqda çətinə salır, qeyri adekvat davranışa və deformasiyaya səbəb olur. Bu hal xüsusən uşaq üçün aqressiv olduqdq neqativ təsir göstərir.
5. Pedaqoji tərbiyədə, tərbiyəvi hərəkətlərdə uşaq xüsusiliyinin nəzərə alınmaması sonda onlarla görülən işi təsirsiz edir. Uşaq ürəyi çox həssasdır. Tədrisdə, uşaqların bütün məktəb həyatında onlara qarşı diqqətsizlik və ya laqeydliyin öhdəsindən gələ bilmədikləri kəskin zərbələrə şərait yaradır. Bu amillər aşağıdakılardır: 
1. Tərbiyənin ilk yaşlarda (1 yaşdan 7-8 yaşa qədər) müvafiq səviyyədə olmaması (azlığı). Doğulduqdan nə qədər gec tərbiyəyə başlanılırsa, uşağın intellektual səviyyəsi o qədər aşağı olur. İntellektual təhsildə maraq əsas rol oynayır. Maraq insan təbiətinə xas olan bir haldır. 
2. Ədalətsizlik, təhqir və uşaq qüruruna toxunma onun narazılığına, müxtəlif formalı aktiv və passiv etirazına səbəb ola bilər. Böyüklərdə azca incikliyə səbəb olan hadisə, uşaqlarda böyük kədərə səbəb ola bilər. 
3. Uşağa qarşı kobudluq və qabalıq onun qıcıqlanmasına səbəb olur. Belə bir halla qarşılaşdıqda uşaqlar çox vaxt aktiv etiraz formasına əl atırlar – qıcıqlandırırlar, acıq verirlər. Bu, çox təhlükəli vəziyyətdir-uşağın şərəfinin və ləyaqətinin korlanmasıdır. İmkan vermək olmaz ki, uşaq özü özünə hörmət etməsin, öz ləyaqətini qorumasın, olduğundan yaxşı olmağa can atmasın. 
4. Uşağa qarşı laqeydlik, onun zərif, həssas təbiətinə mənfi təsir göstərir. Bu uşağa ona qarşı qayğı və diqqətliyi artırmağı tələb edir və o bunu müxtəlif üsullarla etməyə çalışır. Bu onu əhatə edənlərə qarşı əsəbi formada, qeyri-adekvat formada, aqressiv formada ola bilər. 
5. Bəzi valideynlərin arzusu uşaqların tərbiyəsini elmi əsaslara söykəmək, pedaqoji tərbiyədən kənar olaraq uşaqların özünəməxsusluğunu öz arzularına uyğun tarazlamaqdər. Tez-tez belə valideynlər xüsusi kitablarda yazılanlardan dəqiqliklə istifadə edirlər. Bu, tez-tez uşağın maraqlarına və ehtiyaclarına uyğun olmayan oyuncaqlardan istifadə etmə, uşaq üçün süni sosial dairə yaratmaq, onlarda xüsusi "istedad və meyllərin" axtarılması, bəzən əqlin, hissiyyatın, iradənin sındırılmasına gətirir ki, buda uşaqları risk qrupuna daxil olmasına gətirib çıxarır. Nəticədə də bu, uşağın şəxsiyyətinin deformasiyasına, hətta faciəsinə gətirib çıxarır. 
6. Ailədəki "güclü", “iradəli” halların uşağa təsiri. İtaət qorxuya əsaslanmamalıdır ki, bu da sonda yalana, ikiüzlülüyə, yaltaqlığa gətirir.




Yüklə 19,94 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin