Gecə Doğan Günəş
Bu gün biz çox gözəl şəkildə əylənərək oynayıb uşaqlarla yaxşı tanışlıq etmisdik. Birlikdə Yeddi Gözəl şəlaləsinə çıxdıq. Maraqlı voleybol, ortada qalma oynamısdıq. Ox atib, rəqs etdik. Şəkillər cekdirərək günü ölümsüzləşdirmisdik. Birlikdə yeməkdən ləzzət almışdıq. İnsanın hər gününün bu qədər gözəl keçməsi mümkündürmü ya yox mən buna cavab vərə bilmərəm. Ancaq əminəmki bəzən elə gözəl günlər yaşayırıqkı onların bizə bəxş etdiyi gözəl xatirələr bizə illərlə bəs edir. Bu gündə məncə onlardan biri idi.
Məhşur Vedrə bazarından tərpəndikdən sonra bizə bildirildiki başınızı arxaya söykəyib istirahət edə bilərik. Bakıya çatmağa təxminən 2 saat yolumuzun olduğu deyildi. Hərkəsin özünə uyğun olaraq hobbileri var. Mənim çox sevdiyim bir hobbim isə gecə yol çıxdığım zaman sakitcə başımı avtomobilin pəncərəsinə dayayaraq sayrışan işıqlara baxıb yuxuya getməyim idi. Mən məhz bu cürdə etməyə çalışdım. Başımı astaca şüşəyə qoydum və həzin həzin göz qapaqlarımdan daralan mənzereye baxıb həzz alırdım. Ancaq bax gör sən həyat sənə nələr hazılarlayıb.
Üzümə düşən bir topa saç mənim bu mənzərəni izləməkdən uzaqlaşdırdı. Mən gözlənilməz bu hadisəyə reaksiya verərək başımı qaldırdım. Bunun nə olduğunu ilkin olaraq başa düşməsəmdə sonra bu aydın oldu. Mənim qarşımda oturan xanım öz saçlarını səliqəyə salarkən bilmədən arxaya atdığı zaman uzun saçları mənim üzümə təsadüf etmişdi. Bu məni çox cəlb etdi. Mənim üçün xanımlarda ilk görüsdə 2 şey çox önəm daşıyır və məni cəlb edir. Birincisi əlbəttə ki saçdır. Mən donub qaldım ancaq nə edəcəyimidə bilmirdim. Heç bir zaman belə bir şey ilə qarşılaşmadığım üçün bu məndə qəribə hiss yaradırdı. Saçından gələn ətir dahada cəlb edici idi. Bu ətir daxili aəmimdə yanan alov tüstüsünü basdıraraq məni valeh etdi. Səbəb nədir bilmirəm ancaq dəhşət dərəcə bir cəsarət hissi məndə oyandı heç bir zaman etmədiyim bir şey etdim. Öz həddimi aşaraq əlimi atdım və onun saçlarını sığalladım. O isə donuq və sakit qaldı nə edəcəyini bilmədiyi tədirgin şəkildə qabağa baxan gözlərindən bəlli idi. Sakitlik çökmüş idi. Mənim qulaqlarım sanki kənardan gələn səsləri beynimə qəbul etmək istəmirdi. Mən ona baxırdım əllərimsə onun saçlarında idi. Bu bir neçə saniyə baş verdi ancaq sanki günlərdir baş verirmiş kimi təsir bağışlamışdı. O, biraz üzünü çevirərək saçlarını uzaqlaşdırmaq üçün başını qarşıya tərəf əydi və mən əllərimi geri çəkmək lazım olduğunu anladım. Əllərimi üzümə yaxınlaşdırdığım zaman onun saçlarından gələn ətrin əllərimdə olduğu çox aşikar idi. Bu necədə rahatladıcı bir qoxu idi. Daha sonra biz bu haqda müzakirə etdikdə o, saçlarında heç bir ətrin olmadığını qeyd edirdi. Mən isə tam əksini düşünürəm. Axi o ətir mənim bütün olub yanaraq məhv olmuş daxili aləmimi yenidən canlandırmışdı. Bu bir xəyaldır yoxsa realliq? O bir mələkdir yoxsa insan?
Birlikdə uşaqlarla maraqlı oyunlar oynayaraq yolun son dayanacağına artıq çatmaq üzrə idik. Mənimsə qəlbimdə hələ də bir kövrək tel narazi idi. Bu ona qarşı atdığım bu addımın incitmə ehtimalı ilə əlaqədar idi. Nərimanovda hər kəs düşdü sağollaşdı. Bu gecə artıq öz qaranlığına almışdı Bakını. Daha gecənin mənim üçün burada bitdiyini düşünürdüm. Lakin nə bilmək olar ki, həyat hər zaman surprizlərlə doludur. Bəlkədə bundan sonra başlayırdı gecəmiz…
Uşaqlar ilə biz maşında yüksək səsle musiqi dinləyərək öz ofisimizə doğru gəlirdik. Gecənin həzin sərinliyi içimdəki bu yanğını söndürürdü? Yoxsa mənim ürəyim nə istədiyini mən bilmədən illərdir axtardığını tapmışdı…??? Hər kəs evdə özünə görə rahat bir yer seçirdi. Çünki bir neçə saatdır artıq biz yorğun idik. Avtobusun oturacaqları o qədər “Rahat“ idiki insan bir neçə dəqiqə orada qalması sanki işgəncə yaşayırmış kimi gəlirdi. Mən öz yatağıma uzanaraq əlimə telefonu aldım və başladım bu məni valeh edən huri haqda maraqlanmağa. Uşaqlar gecə birlikdə olduğumuz şəkilləri paylaşmaq xarakterli bir qrup açdılar. “BitiFul People” isimli. Daha sonra Fəridə başda olmaqla hər kəs orada qeydə aldığı şəkil və videoları paylaşmağa başladı. Mənim gözlərim şəkillərdə və videolarda tək bir nəfəri axtarırdı. Bu mənə mənim özümdəndə maraqlı olan o Huri idi. Onun duruşu davranışları videodakı gülüşləri məni təkrar - təkrar baxmağa sövq edirdi. Bu necədə valeh edici bir hissdir yeqinki siz bilirsiz. Mən bu hissə hər hansı bir ad verməyə qorxuram. Çünki bu yanlış ola bilər. Həyatımda heç vaxt köz tək qızaran ürəyim bu qədər sərin deyildi. Bir növ mən o Hurini gözlərimlə cekib beynimde canlandirir və qeydə alırdım. Artıq onun ən incə detallarını belə görüb dəyərləndirə bilirdim. Daha sonra mən əlimdə telefon onun şəkillərinə baxaraq yorğunluqdan bir neçə saatlıqda olsa bu dünyaya göz yumdum. Sabah həftənin ilk günü idi mənsə işə artıq yatağımda olduğum halda belə gecikmişdim. Ən qısa zamanda özümü iş yerinə çatdırmaq üçün can atdım.
Bu gün işdə çox pozitiv olduğum iş yoldaşlarım tərəfindədə dilə gətirilərək gündəm olmuşdu. Mən əlbəttə bu xoşbəxtliyin dünənki gəzinti ilə əlaqəli olduğunu desəmdə özlüyümde səbəbini yaxşı bilirdim. Bugün tamami ilə beynimdə onun haqda düşüncələr olub və mən onunla nece əlaqə qura bilərəm deyə düşünmüşəm. Cəsarətim dünən ki qədər olmasa da amma dünənki cəsarətimdən məndə nələrsə qalmışdı. Bütün gün necə yaza bilərəm, necə edə bilərəm ki, dünən ona qarşı atdığım bu incidici və narahat edici hərəkəti bağışladım. Bu haqda düşünmüşəm. Qarşı tərəfdəki bir xanım olduğu zaman hələ bu xanım sizin üçün dəyər qazana biləcək durumda ikən siz çox ehtiyyatla davranmağa məhkumsunuz. Sözləri ehtiyyatla seçirdim və incələyirdim. Ancaq necə deyərlər heçdə hər şey mən istədiyim kimi baş tutmadı. Gecə yenə düşmüş və ay göy üzərində öz hakimiyyətini qazanaraq günəşi qovmuşdu. Mən isə bu gecə həyatımda günəşin doğa biləcəyi ümidi ilə sms yazmağa çalışırdım. Gün ərzində düşündüyüm bütün şablon smsləri sildim beynimdən. Necə deyərlər əsl özüm kimi açıq bir başa sözümü dedim. Gecə söhbətə bu cür başladıq. Yazdığı və mənə sərf etdiyi hər saniyə və hərf ayrılıqda mənə görə dəyər qazanırdı. Bu necə deyərlər bir mağaradan çıxan qızıl yatağına bənzəyirdi. Nə qədər çox danışıb dərinə düşərsəm orada daha çox maraqlı və qiymətli cövhərlərlə qarşılaşırdım. Hər kəs kimi dəyərli olan mənimdə diqqətimi çəkirdi. Səbəbsiz gülüşümü heç dayandırada bilmirdim. Mənim üçün artıq ətraf aram - aram aydınlanmağa baslamışdı. Biz hər keçən saatda daha da yaxından tanış olur və bir – birimizlə maraqlanırdıq. Daha doğrusunu demək lazımdırsa, mən onunla maraqlanırdım. Anya heç də danışmağa çox həvəsli biri deyildi. Soyuqqanlı və emosiyalarını çox dərində yaşayan bir xarakterə sahibdir. Daha çox məni sanki analiz edir və nə etmək istədiyimi daha yaxşı anlamaq üçün durğun halda gözləyir. Mənsə tək çalışdığım onu tanıya bilmək və ən əsasda həyatında başqa birinin olub olmadığını hətta daha əvvəllərdə belə bir təsadüf olsa belə öyrənmək üçün çalışırdım. Gecə ay batıb günəş doğdu. Biz isə daha yeni danışırmış kimi şikayət etmədən davam edirdik. Səhər artıq qaça - qaçla sıxlaşmış avtobusla iş yerimə doğru irəliləyərkən onu düşünürdüm. Avtobusdan düşdüyüm zaman onu düşünürdüm. İşimi gördüyüm zaman və ya boş olduğum zaman onu düşünürdüm. Bilirsiniz mən durmadan onu fikirləşirdim. Hər keçən saniyə o, mənim iliklərimə qədər incəliklə işləyirdi sanki. Bunun səbəbi nədir mən anlam verə bilmirəm. Məgər mən bu qədər aciz biriyəm gözəllik qarşısında qaldığım zaman əziləm? Xeyr heçdə mənim ətrafımda ilk dəfə deyil gözəllik olsun. Demək ki, burda məxsusi bir səbəb var zaman özü bunun sirrini aşacaq mən buna əminəm. Artıq mənim qaranlıq gecələrimədə günəş doğmuşdu. Mən gecələr tək və tənha soyuq yataqda yatmayıram. Artıq mən gülər üzlə isti qəlbimlə bu gecələri aydınlı sabah kimi yaşayıram…
Dostları ilə paylaş: |