Uşaqlar bilirsizdə siz sabah



Yüklə 126,87 Kb.
səhifə1/3
tarix31.12.2021
ölçüsü126,87 Kb.
#112623
  1   2   3
ilk ve tek


Uşaqlar bilirsizdə siz sabah 22.08.2021 tarixdir, bunun nə demək olduğunu hər kəs bilir hə?

- Hə də yaxşı narahat olma Xəlil hər şeyi bilirik…

- Kamil sən də hər şeyi bildin də başdan nələrisə danışmağa ehtiyac var? - dedi Xəlil bir daha bizə.

Sabah Xəlilin həyatında 16 yaşından sonra ilk dəfə dəyər vərdiyi bir xanımla qısa zaman içərisində həm görüşüb, həm də gəzib gözəl zaman keçirə bilməsi üçün möhtəşəm bir fürsət idi. Mən və Kamil bu uğurda onun yanında olaraq ona dəstək olmağa çalışırdıq. Eyni zamanda məndə gəzərək işdən kənara çıxıb başımın istirahətinidə düşünürdüm.

Xəlil Kamil və mən təxminən 4 - 5 ay müddətində ara vərmədən daim münasibətdə olub ortaq ofis xarakterli ev tutaraq müxtəlif sahələrdə addım atmaq üçün bərabər çalışırdıq. Bərabər şəkildə qalır birlikdə yemək yeyir və günümüzün çox zamanını artıq bərabər keçirirdik. Həqiqət xanım bizim kursumuza gəlib təhsil ilə maraqlanan bir tələbə idi. Xəlil o gün ona tutulmuşdu. Onun nazlanıb və gözlərini süzdürərək Xəlil ilə danışıqları Xəlilin ağlını başından almışdı. Uzun sözün qısası bu məsələ ilə əlaqədar dostumuz Xəlilin özəl günündə birlikdə addım atdıq.

Səhər saat 05.40 göstərdiyi zaman artıq telefonun üzərində ki, oyanmaq üçün qoyulan siqnal çalırdı. Qalxmaq vaxtı olduğunu artıq başa düşürdük ancaq ayıla bilmirdik. Əslinə baxılarsa, yuxu insana hər gün dərs vərir. Lakin hər insan bundan dərs almaşına dair şübhəm var. Sizin yuxuya baxış tərziniz yatarkən bədəniniz istirahət edir və siz daha gümrah oyanaraq yenidən yeni günə başlaya bilmə şansı əldə etmə ola bilər. Ancaq mənim üçün bu tam fərqli bir məsələdir. Gün ərzində etdiyim hər - hansı bir iş və ya dediyim sözləri mən gecələri çox düşünürəm. Gün boyu birinin qəlbini incitmişəmsə gecələr bu mənim yuxuma girərək məni hədsiz çox narahat edir və yuxumda olduqca qəribə hadisələr görməyə başlayıram. Əgər çox gözəl gün keçirmişəmsə və həmin gün həyatı doya – doya yaşamışamsa gecələr çox gözəl, rahat yatıram bəzən yuxu görər bəzən isə görmərəm. ölümlə yuxu bənzəri hadisələrdir. Əgər həyatınızı çox gözəl yaşaya bilsəniz nə qədər yatacağınız və yaxud da yatdığınız zaman anlamayacaq dərəcədə gözəl cənnəti qazanacaq və qüsursuz əbədi yaşama sahib olacaqsınız. Əks təqdirdə sizin vicdanınız narahat şəkildə dünyanızı dəyişsəniz digər tərəfdə pis yuxular əvəzinə çox şiddətli bir həyat ilə qarşı qarşıya olma ehtimalınız var. Buna görədə insan yatıb qalxarkən unutmamalıdır ki, bu həyatda heç nə əbədi deyildir. Bir gün oyandığımız kimi əbədi olaraq gözlərimizi yumacağıq.

Biz hazırlaşmışdıq və artıq sıra ilə düşüb maşına əyləşirdik. Hazırlaşmışdıq deyəndə saçlarımızı rəngləyib dırnaqlarımızı gecədən pilkalamamışdıq əsl tipik oğlan hazırlığı təmiz paltar və qapının yanındakı güzgünün qabağında əl ilə saçları düzəltmək nəzərdə tuturam.

0

Nərimanovda biz bir gəldik və bizi aparacaq şirkətin nə zaman gələcəyini gözləyirdik. Digər minik maşınlarından sərnişinlərin aram - aram yerləşməyini şeyr etmək insanı dahada macəraya həvəsləndirir…

İlk dəfə burada tanis olduğumuz yeni dostlar qazanacağım ümidi ilə gəlmişdim həmdə bu tura. Ancaq kim deyə bilərdi ki, bu tur sadəcə gəzinti deyil, həmdə həyatima yön vərəcək qədər önəmli bir keçiddir. Bu məni əsl məhəbbətə aparan körpü idi. Bizim minik maşını yaxınlaşdı. Sıra ilə insanlar öz yerlərini tutmaq üçün çalışırdı. Biz isə hələ də xanımları gözləyirdik. Xəlilin bəyəndiyi qiz və onun cici rəfiqələri gəlməmişdilər. Hər zaman nədəndir bilmirəm sanki biz kişilərin taleyinə yazılıb qadınları gözləmək. Taksidən düşən qızlar ilə biz çox qısa zamanda avtobusa mindik və yola çıxdıq. Bakının dar və uca binalarla əhatələnmiş küçələrindən çıxarkən mən yol kənarını izləyirdim.

Əgər bir alov olan yerdə durmağa çalışsanız sizi alovdan öncə narahat edən onun tüstüsü olacaq. Hansı ki, nəfəs almaq sizin üçün çətinləşəcək və həyat gözünüzün önündə dumanlı görünərək sona doğru addım atacaq. Sizin isə etmək istədiyiniz tək şey bu alovdan və onun yaratdığı tüstüdən uzaq qaçmaq olacaq. Bəs əgər yanan alov sizin ürəyinizdədirsə? Sizin bütün ağciyərləriniz ürəyinizin alovu ilə tüstü içərisində havasız boğulursa necə? Nə edərdiniz? Necə qaçmağı düşünürsünüz?

Əlbəttə, bu bir növ mümkünsüzdür. Mən düşünürəm ki insanlar öz daxili aləmindən heç bir zaman qaça bilməzlər. Bu daim bizimlə bir yerdə var olub və yalnız bizimlə bir yerdə məhv olaraq sirr qalacaq bir dünyadır. Pəncərədən uzaqlardakı dağlar və onun üzərinə sərpilmiş ağaclara baxdığım zaman mənimdə nəfəsimdə bir darlıq olduğu bəlli idi. İllərdir qəlbimdə yanan bu alov artıq qəlbimdən əsər əlamət saxlamamışdı. Ondan qopan bütün gözlər isə ciyərlərimə düşərək onu tüstüyə boğmuş və daxili aləmimi duman içərisində bir cəhənnəm yaratmışdı sanki. Məni bu çox incidirdi ağrılardan qaçmaq isə mümkünsüz görünürdü…

***

Günəşin doğuşunu izləmək çox sevdiyim anlardan biri idi. İndi də bunu izləmək insana zövq verirdi. Ancaq mənim üçün bir neçə saat sonra günəş yerdə olacaqdı göydə yox. Günəşin doğması deyə bir hadisə var insanlarında həyatınıza heç gözləmədiyiniz anda çıxıb gəlməsi var olması kimi eyni mənzərədən ibarətdirlər. Bəziləri o qədər parlaqdırlar ki, sənin həyatında bütün qaranlıqlardan keçərək aydınlığı yaradır və unutdurur bu həyatındakı bütün pislikləri. Mənimdə az sonra başıma gələcək məsələ tam belə bir şey olacaqdır. Ancaq nə edək biz bir insan evladıyıq və az sonra nə gələcək başımıza bunu əsla bilə bilmərik. Bizim sadəcə baxa biləcəyimiz zaman keçmisimiz ola bilər. Gələcək isə gələcək ya gəlməyəcək sualdır. Kinder surpriz kimi sirr aləmində saxlayır özünü. Bu səbəbdən insan gərək yaşadığı hər şeyi tam olaraq mənliyi ilə yaşayaraq onun hər saniyəsini dəyərləndirsin daha sonra o xatirələr ilə yaşamaq məcburiyyətində qala bilərsiniz. Zaman ötüb keçdikdə siz geriyə dönüb və bir zamanın sizin üçün nə qədər önəmli bir fürsət olduğunu anlayırsınız və o zaman hər şey gec olduğu üçün sizin deyə biləcək tək söz təəsssüf sözüdür

***

Şamaxıda birlikdə əyləşərək səhər yəməyi yedik. Burada el obamız üçün çox önəmli olan aşıqlar var. Bizim masaya yaxınlaşaraq halımızı daha yaxşı etmək üçün ifa edərək bir iki kəlam gözəl sözlərlə ruhumuzu oxşadılar.

Bilirsiniz, bəzən siz şəhərdə maşın sıxlığı ilə getdiyiniz zaman sizin sol xəttinizin daha yaxşı irəlilədiyini düşünürsünüz, bu zaman siz sola keçid edirsiz. Ancaq bu zamanda sizin deyişim etdiyiniz xəttin nə qədər irəli getdiyini görüb məyus olursuz. Əslində insan məyus olmaması üçün həyatında əldə etdiyi bir şeyi başqaları müqayisə etməsin. Bu sizin qəlbinizə pis təsir edə bilər. Məndə bu düşüncə ilə bu cür gözəl turu nələrləsə müqayisə edərək yox ondan ləzzət alaraq həmin anın dadını çıxarmağı özümə vəd etdim. 60 a yaxın insanla bir yerdə səyahət etmək heç de asan bir iş deyil. Burada 59 müxtəlif cür insan var. Onların hər birinin inancları və öz idealları var. Ən əsasda burada önəmli olan insanların kaprizləridir. Hər kəs digər insanların ona hörmət etməsini gözləyir. İlk addımı isə özü atmır. Bu heçdə xoşa gələn bir şey deyil. Həyatda hər şey gərək qarşılıqlı olsun.


Yüklə 126,87 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin