Ustad Hüseyn Ənsariyan


Övladlıq vəzifələrindən nümunələr



Yüklə 1,03 Mb.
səhifə16/48
tarix22.10.2017
ölçüsü1,03 Mb.
#9198
1   ...   12   13   14   15   16   17   18   19   ...   48

Övladlıq vəzifələrindən nümunələr


Sual: Biz ata-anaya ehsan edənlərdən olmağımız üçün nə etməliyik? Nə edək ki, ağvalideyn olmayaq, onları qəzəbləndirməyək?

Cavab: Hər bir insanın ata-ana qarşısında vəzifələri var və bu vəzifələrə əməl olunmalıdır. Həmin vəzifələrdən bə`zilərini sadalayırıq:

1. Valideynlə danışarkən səsini onların səsindən yuxarı qaldırma, onlarla mehriban danışmağa çalış. Sən danışıq qabiliyyətinə görə onlara borclusan. Onlar uşaqlıq vaxtı sənə məhəbbətlə danışmağı öyrətmişlər. Sən dilini sənin üçün itiləyənlərə, sənə danışmağı öyrədənlərə qarşı işlətməməlisən.

Sə`dinin “Gülüstan”ınında deyilir: “Gənclik yaşımda anamın üzərinə səsimi qaldırdım. O inciyib bir küncdə əyləşdi və ağlayaraq dedi: “Körpəliyini unutmusan ki, belə edirsən?”

Bir qoca, övladı qəzəblənən an

Dedi niyə pələng kimi baxırsan?

Nə tez çıxdı uşaqlığın yadından?

Çarəsizdin qucağımda bir zaman.

İndi sən bir şirsən mən qoca qarı,

Bu qarıya cəfa qılma sən barı.3
4. Onlara mehribanlıqla bax. Bil ki, onlara qəzəbli baxışınla Allahın qəzəbini qazanırsan. İmam Sadiq (ə) buyurur: “Haqlı olsan belə, ata-anana qəzəblə baxma. Belə iş görən Allahın dərgahından uzaqdır, onun namazı qəbul deyil.”1

3. Onlar səndən bir şey istəməmiş ehtiyaclarını yerinə yetir. İmkan vermə ki, nəyə görəsə sənə ağız açalar.

4. Yolda onlardan qabağa keçmə, məclisə daxil olanda onlardan qabağa düşmə. Onlar əyləşənədək gözlə.

5. Onları adları ilə çağırma, yersiz bəhanələrdən çəkin. Ədəbsizliyə yol vermə. İmam Baqir (ə) buyurur: “Atam imam Səccad (ə) yolda yanaşı gedən ata-oğulla rastlaşdı. Oğul atasına söykənib, sanki ağırlığını onun üzərinə salmışdı. İmam o qədər qəzəblənmişdi ki, dünyasını dəyişənədək həmin uşaqla danışmadı.”2


Allahdan istəyək əsil ədəbi,

Ədəbsizə nəzər salarmı Rəbbi?!

Ədəbsiz yandırmır təkcə özünü,

Oda çəkir yeri, göyün üzünü.3
6. Cəmiyyətdə onları hörmətdən salma. Elə işlər görmə ki. Xalq sənin ata-anana lə`nət oxusun.

7. Ata-anan dünyadan köçdükdən sonra onları unutma, öz xeyir işlərinlə onlara savab göndər. Ola bilər ki, ata-anası sağ ikən onlara hörmət göstərən şəxs onlar dünyasını dəyişdikdən sonra diqqətsizlik etsin. Bu münasibət də ağvalideynlik sayılır.


Gör neçə il ötüb keçib o gündən,

Atanın qəbrini unutmusan sən.

Atan üçün hansı işi görmüsən

Oğlun sənin üçün ata bir qədəm?!1

İnsan ata-anasına münasibətdə necə olarsa övladları da ona eyni münasibəti göstərər. Hətta daha pis rəftarlarla üzləşə bilər.


Ana daha çox hörmətə layiqdir


Sual: İslam baxımından ataya, yoxsa anaya daha çox ehtiram göstərilməlidir?

Cavab: İslamda ananın hüquqlarına riayət və ona ehtiram göstərilməsi daha çox tövsiyə edilir. İmam Səccad (ə) insanların qarşılıqlı haqları haqqında danışarkən buyurur: “Ana kimsənin daşıya bilməyəcəyi bir yükü çəkmişdir. Sənə öz canından yedirtmiş, kimsənin qıymadığını vermişdir. Səni əlləri, gözləri, qulaqları, bütün vücudu ilə qorumuşdur. Oyaq qalmış, yatırtmış, doyurmuşdur. Özü ac qalıb səni yedirtmiş və içirtmişdir. Özü günəş altında oturub sənə kölgə salmışdır.”

İmam Sadiq (ə) buyurur: “Bir şəxs həzrət Peyğəmbərin (s) yanına gəlib ərz etdi: “Ey Peyğəmbər (s)! Kimə yaxşılıq edim?” Həzrət buyurdu: “Anana!” Həmin şəxs ikinci dəfə eyni sualı verdi. Həzrət Peyğəmbər (s) də eyni cavabı təkrarladı. Üçüncü dəfə də eyni sual-cavab təkrarlandı. Həmin şəxs sonda soruşdu: “Anamdan sonra kimə yaxşılıq edim?” Həzrət buyurdu: “Atana!”2

İbn Cüneyd Bağdadi deyir: “Bir gün çay kənarından keçirdim. Sür`ətlə hərəkət edən bir əqrəb gördüm. Onun ardınca düşdüm. O suya yaxınlaşıb bir bağanın üstünə mindi. Bağa hərəkət edib onu çaydan keçirdi. Əqrəb bağanın üstündən düşüb sür`ətlə bir ağaca doğru hərəkət etdi. Orada bir gənc uzanmışdı. Həmin gəncə tərəf bir ilan sürünürdü. Əqrəb ilanı çalıb öldürdü. Gənc yuxudan oyananda ondan soruşdum: “Nə yaxşı iş görmüsən ki, Allah səni bu bəladan qurtardı?” Oğlan dedi: “Bu gün anam istədi ki, onun kuzəsini bulaqdan doldurum. Yoldan ötərkən bir alimin ata süvar olmaq istədiyini gördüm. Atını tutdum ki, rahatlıqla süvar olsun.”

Dördüncü fəsil

Müəllim və tərbiyəçiyə ehtiram


Dinimizdə elm və biliyə xüsusi əhəmiyyət verilir. İslam dini sərvətlə elmi müqayisə edərək bir neçə dəlil əsasında elmə önəm verir. Həmin nöqtələrdən bə`zilərini nəzərdən keçirək:

1. Elm insanı qoruyur. Sərvəti isə insan qorumalıdır.

2. Elm bağışlandıqca artır, püxtələşir. Sərvət isə xərcləndikcə azalır.

3. Elm hakimdir, insan elm vasitəsi ilə əşya və fərdlərə hökm edir. Amma sərvət məhkumdur və ona hökm olunur. Məsələn, hökm edilir ki, bu mal filankəsdən alınıb filankəsə verilsin.

4. Elm və bilik yalnız zəhmətlə əldə olunur, onu bağışlamaq və ya irs qoymaq mümkün deyil. İnsanların ruzisinə isə Allah tərəfindən zəmanət verilmişdir, bağışlanma və digər yollarla insana çatır.

Elm və bilik bu qədər dəyərli olduğundan alim və elm adamının da dəyəri böyükdür. İslam maarifində alim və elm adamının dəyəri haqqında çox danışılır.

İmam Kazim (ə) buyurur: “Alimlə zibillikdə söhbət etmək cahillə xalı üzərində əyləşməkdən yaxşıdır.”1

Deyilənləri nəzərə alıb hər birimiz alim və ya tələbə olmağa çalışmalıyıq. Əks təqdirdə elə bir dəyərimiz olmayacaq. Əgər yaxında alim varsa onların elmindən faydalanaq. Digər bir tərəfdən öz ustad və müəllimlərimizin, tərbiyəçilərimizin qədrini bilək. Onlara daim ehtiram göstərək. İmam Sadiq (ə) buyurur: “Ondan elm öyrəndiyiniz üçün qarşısında təvazö göstərin.”2


Müəllim və tərbiyəçinin haqları


Sual: Müəllim və tərbiyəçilərimizin qədrini bilmək və onlara ehtiram göstərmək üçün nə etməliyik?

Cavab: Din rəhbərlərinin dəyərli buyuruqlarında ustad və müəllimin haqları dəqiq şəkildə bəyan olunmuşdur. Söhbətimizin bu yerində müxtəsər şəkildə həmin bu hüquqları yada salaq:

1. Müəllimə ardıcıl suallar verməklə onu yormaq olmaz. Çünki o, bol bəhrəli xurma ağacı kimidir. Tələbə xurmaya xatir bu ağacı silkələməməli, xurmanın nə vaxt düşəcəyini gözləməlidir.

2. Bəli, sual həqiqətlərin açarıdır və soruşmayan bir şey öyrənmir. Amma boş suallarla ustadın vaxtını almaq olmaz. Elm mə’dəni olan Əli ibn Əbu-Talib (ə) əlini sinəsinə qoyub deyirdi: “Öyrədiləsi birini tapsaydım, bu sinədə çox bilik vardı.”1

Həzrət buyururdu: “Ey insanlar, nə qədər ki, məni itirməmisiniz suallarınızı verin.”2 İndi düşünün ki, bir şəxs həzrət Əlidən (ə) başında və ya üzündəki tüklərin sayını soruşur! Belə bir rəftar dünyanın ən böyük tərbiyəçi və ustadına qarşı nankorluq olmazmı?!

3. Ustad bir mövzuda danışarkən həmin mövzuda başqalarının dediklərini təkrarlayıb ustadı kiçiltmək olmaz. Məsələn, demək olmaz ki, ustad, filankəs filan cür dediyi üçün sizin söylədikləriniz yanlışdır.

4. Ustada can-dildən qulaq asmaq lazımdır. Dərs zamanı ətrafdakılarla söhbətləşmək olmaz. Ustadla astadan danışmaq, səsi qaldırmamaq lazımdır.

5. Elm öyrənmək üçün ustad qarşısında diz çökmək lazımdır. Elə yerdə oturmalıyıq ki, o bizə baxmaq üçün əziyyət çəkməsin.

6. Ustadın hüzurunda ədəbsiz hərəkətlərə yol verilməməlidir. Məsələn, göz və ya qaşla işarə etmək pisdir.

7. Dərs uzandığı vaxt narahat olmamalı və ya narahatçılığımızı hansısa hərəkətlərimizlə büruzə verməməliyik. Bu qəbil hərəkətlər ustada qarşı hörmətsizlikdir.

8. Əgər sinifdə kimsə ustada sual verirsə, biz ustaddan önə keçib sualı cavablandırmamalıyıq.

9. Ustadın arxasınca danışmaq olmaz. Əksinə, bir məclisdə ustadın pisliyinə danışılırsa, onu müdafiə etmək, eyblərini örtüb yaxşılıqlarını aşkarlamaq lazımdır.
Böyüklərin adın pisliyə çəkən

Özü kiçiləsi gözlərdə hökmən.1
10. Günaha yol verməklə dərsin əzəmətini, ustadın ehtiramını pozmayaq. Məsələn, dərs zamanı kiminsə qeybətini etmək olmaz.

11. Ustadın düşmənləri ilə dostluq, dostları ilə düşmənçilik pisdir.

12. Sinifə daxil olarkən ustada ayrıca salam verək. Sinifə ümumi şəkildə verilən salam yetərli deyil.

13. Ustad ayağa qalxıb getmək istəyərkən müxtəlif bəhanələrlə onu yubatmayaq.



Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin