Ustad Hüseyn Ənsariyan


Beşinci fəsil Dost və dostluq qaydaları



Yüklə 1,03 Mb.
səhifə17/48
tarix22.10.2017
ölçüsü1,03 Mb.
#9198
1   ...   13   14   15   16   17   18   19   20   ...   48

Beşinci fəsil

Dost və dostluq qaydaları


İnsan ictimai bir varlıqdır. O cəmiyyətdən kənarda, tənhalıqda kamilləşə bilmir. Bu səbəbdən də ömür boyu səmimi və canıyanan dosta ehtiyaclıdır. Əslində, özünə vəfalı dost və yoldaş tapa bilməyən insan acizdir. Bundan da acizi mehriban dostu yersiz bir rəftarı ilə küsdürən fərddir. Qeyd etməliyik ki, e`tibarlı, mehriban, canıyanan və vəfalı dostun varlığı ictimai həyatın zərurətidir. İnsan hər adama dostluq əli uzatmamalıdır ki, qısa bir müddətdə zərbə görsün. Amma necə də azdır vəfalı dostlar! Onlar mirvari tək azdır və çətin əldə olunur.
Həqiqi dostların bilək qiymətin,

Onlar mirvari tək tapılır çətin.
İnsanı tanımaq üçün mö`təbər yollardan biri də onun dostlarını nəzarətə almaqdır. Çünki əxlaqi xüsusiyyətlər dostdan-dosta sirayət edir. Əgər sizin dostunuz sağlam və pak insandırsa müsbət dəyərləndirilərsiniz, azğın və günahkar insandırsa ittiham olunarsınız.
Əgər mənə öz dostundan söyləsən,

İşdə kimliyini anlayaram mən.

Bilinərsə dostlarının qiyməti,

Sənə qiymət veriləsidir qəti.
Hər hansı parça öz-özlüyündə dəyərsizdir. Amma həmin parça Kə`bə evinə çəkildikdən sonra Kə`bəyə xatir əziz tutulur, yüksək dəyərləndirilir. Sə`di deyilir:
Kə`bə parçasını dəyərləndirən,

Dostum, ipəkqurdu deyildir əslən.

Kə`bəyə çəkilib bir neçə gündü,

Kə`bə kimi əziz tutulur indi.1
Əksinə, insan azğın və günahkar insanla dostluq edərsə, tədricən onun tə`siri altına düşər və rəngi dəyişər.
Pislərə qoşuldu Lutun arvadı,

Peyğəmbərə düşmən yazıldı adı.

Kəhf səhabəsinə qoşulan bir it

Həmin o müqəddəs əshaba aid.2
Allah-taala Qur`ani-kərimdə cəhənnəmə düşənlərin dilindən belə nəql edir: “Vay olsun Mənə! Ey kaş filankəsi dost seçməyəydim. Onunla yoldaşlıq məni Qur`ana itaətdən çəkindirdi, azdırdı.”3

Səmimi dostun xüsusiyyətləri


Sual: Həqiqi dostda hansı sifətlər olmalıdır?

Cavab: Həqiqi dostun bə`zi sifətlərini nəzərdən keçirək:

1. O aşkarda və xəlvətdə eyni münasibət göstərir, dostla rəftarı dəyişkən deyil. Həqiqi dost özünü zahirdə səmimi göstərib qəlbində kin-küdurət saxlamır. Həqiqi dostda nifaq ruhiyyəsi yoxdur, arxada pisliyinizə danışmır.

2. Həqiqi dost sizin inkişafınızı və izzətinizi özünə fəxr bilir, sizin müvəffəqiyyətsizliklərinizdən narahat olur. O sizi özündən ayırmır, özü üçün istədiyini sizin üçün də istəyir, özü üçün bəyənmədiyini sizin üçün də bəyənmir.

3. Dövrün hadisələri həqiqi dostun sizə olan münasibətini dəyişmir. Kasıb vaxtı sizə yaxınlaşan, varlananda sizdən uzaqlaşan şəxs həqiqi dost deyil. Həqiqi dost həm yaxşı, həm pis günlərdə insanın yanındadır.


Həqiqi dost ömrün hər bir anında,

Yaxşı və pis gündə daim yanında.1
Paxıl, kimsəyə əl tutmaq istəməyən fərdlərdən uzaqlaşmaq lazımdır. Nəql edirlər ki, bir şəxs küçənin kənarında dayanıb ağlayırdı. Əlində bir neçə çörək olan dostu onunla rastlaşdı. Dostunun ağlamağını görüb ağlamağa başladı. Dostu soruşdu: “Sən nə üçün ağlayırsan?” Həmin şəxs dedi: “Sənin dərdinə şərik olmaq istədiyimdən ağlayıram.” Birinci şəxs dedi: “Mən aclıqdan ağlayıram, səninsə çörəyin var. O çörəkdən ver daha ağlamayım.” İkinci dost dedi: “And olsun Allaha, sənin üçün sübhədək ağlayaram, amma çörək istəmə!”

4. Yaxşı dost insana onun nöqsanlarını xatırladır. O güzgü kimidir. Ona baxıb eyblərini görürsən. O sizin razılığınızı qazanmaqdan ötrü yalan təriflərə yol vermir. İmam Sadiq (ə) buyurur: “Mənim üçün ən yaxşı dost eyblərimi mənə xatırladandır.”2

5. Yaxşı dostda fitnəkarlıq, xəyanət, xəbərçilik kimi pis sifətlər olmur. Bu sifətlər keçici xəstəlik kimi insana sirayət edir. Pis dost tədricən insanın iman və əxlaqını korlayır.
Bacardıqca uzaq ol pis adamdan,

Belələri qorxuludur ilandan.

İlan sancıb çıxarırsa canını,

Pis dost qılınclayır hey imanını.
Bu gün sənə xatir başqalarının haqqını tapdayan, onlara zülm edən şəxs sabah sənə xəyan edəsidir. Sənə başqalarının pisliyindən danışan, bir müddət sonra başqalarına sənin pisliyini açıqlayasıdır.
Başqasının eybini sənə çatdıran adam

Səndən də başqasına danışasıdır müdam.1
6. Həqiqi dost sir saxlayan olmalıdır. İnsan biri ilə dostluq rabitəsi saxladıqda istər-istəməz ona öz qəlbini açır, sirlərini onunla bölüşür. Əlbəttə ki, insanın orta həddi gözləməsi və sirlərini açmaması yaxşıdır. İki dodaqdan xaric olan sirr məxfi qalası deyil. Həzrət Əli (ə) buyurur: “Dostuna orta həddə bağlan. Çünki o bir gün düşmən ola bilər. Düşmənlə münasibətdə də orta həddi gözlə. Çünki bir gün onunla dostlaşa bilərsən.”2

Sə`di Şirazi imam Əlinin (ə) hikmətli buyuruğu ilə bağlı deyir: “Dostuna hər sirri açma. Olsun ki, bir gün düşmənin ola. Düşmən də bir gün dost ola bilər. Onu necə gəldi qılınclama.”


Dostun əzizdirsə də, açma ona sirrini,

Dost da əziz dostuna çatdırar sözlərini.3
7. Həqiqi dost sağlam ağıl sahibi olmalıdır. Çünki nadan şəxs özü də bilmədən səni bədbəxtliyə sürükləyər. Olsun ki, nadan insan dostuna yaxşılıq etmək istəyi ilə axmaqlığından onu əziyyətə sala.
Halvadan canıma dərd gələn bir an

Axmaq dost yedirir onu durmadan.1
Həzrət Əli (ə) buyurur: “Agah düşmən nadan dostdan yaxşıdır.”2

8. Həqiqi dost sənin düşməninlə yaxınlıq etməz. Belə bir dostluq xalis deyil. Həzrət Əli (ə) buyurur ki, sənin düşməninlə dostluq edən əslində sənə düşmənçilik edir.”3


Düşməniylə dostluq edən adamdan

Uzaq dayananlar ağıllı insan.4
Hazırkı söhbətimizin sonunda İslam tarixində iz salmış həqiqi dostluq nümunələrindən birini nəzərdən keçirək:

Səfvan ibn Yəhya imam Riza (ə) və imam Cavadın (ə) yaxınlarından olmuşdur. Bu şəxs iki dostu ilə Kə`bə kənarında əhd-peyman bağlayır ki, dostlardan biri dünyasını dəyişsə, o birilər özləri üçün 17 rəkət vacib, 34 rəkət müstəhəb namaz qıldığı kimi dünyasını dəyişən dost üçün də bu işi görsünlər. Onlar dünyadan gedən dostları üçün ramazan ayının orucunu tutacaqlarını əhd etdilər. Əhd-peyman bağladılar ki, öz mallarından nə qədər zəkat versələr, dostları üçün də həmin miqdarda zəkat ayırsınlar. Belə oldu ki, həmin iki şəxs dünyasını dəyişdi, Səvfan qaldı. O ömrünün son gününədək gündə 150 rəkət namaz qılır, hər ilin üç ayını oruc tutur, üç dəfə malının zəkatını verirdi. O gördüyü işlərin savabını dostlarına hədiyyə edirdi.5 Salam olsun belə dostlara!





Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin