Ustad Hüseyn Ənsariyan


İslamın ümumi prinsipləri bütün dövrlərlə bağlı suallara cavab verir



Yüklə 1,03 Mb.
səhifə9/48
tarix22.10.2017
ölçüsü1,03 Mb.
#9198
1   ...   5   6   7   8   9   10   11   12   ...   48

İslamın ümumi prinsipləri bütün dövrlərlə bağlı suallara cavab verir


Sual: İnsanın ehtiyacları daim dəyişir. Hansı ki, İslam qanunları keçmiş dövrlərə aiddir. Keçmiş dövrlər üçün nəzərdə tutulmuş qanunlar gələcək insanların dəyişən ehtiyaclarına necə cavab verə bilər?

Cavab: Əgər İslamın bütün göstərişləri cüzi və konkret olsaydı, xüsusi işlər və şəxslər üçün nəzərdə tutulsaydı, deyilən irad yerli görünərdi. Hansı ki, İslam dini ümumi prinsiplərə və əhatəli qanunlara malikdir. Bu qanunlar hər bir əsrin ehtiyaclarına cavab verir. İslamda “ictihad” mövzusu vardır. İctihad dedikdə ümumi qanunlardan dövrün ehtiyaclarına cavab verəcək cüzi qanunların çıxarılması nəzərdə tutulur. Müctəhid Qur`an və hədislərdən istifadə etməklə müasir insanın vəzifələrini müəyyənləşdirən şəxsdir.

Onuncu fəsil

Məad və ya qiyamət


Üsulidinin 3-cü bəndi məada, yə`ni ölümdən sonrakı həyata e`tiqaddır. Digər əsaslar kimi bu əsas da bütün müsəlmanlar tərəfindən qəbul olunur. İnsan dünya həyatı ilə vidalaşdıqdan sonra axirət aləmində sorğuya çəkilir, əməllərinin mükafat və ya cəzasını alır. Uyğun prinsiplə bütün ilahi dinlərdə tanış olmaq mümkündür. E`tiqad əsaslarında axirət inancı nəzərdə tutulmamış din ilahi din adlandırılmamalıdır.

Bütün peyğəmbərlər və səmavi kitablar məad mövzusunu yekdilliklə təsdiqləyir. Bəli, insanın həyatı ölümlə başa çatmır, dünya ilə vidalaşan insan öz həyatının digər bir mərhələsinə qədəm qoyur. İnsan həmin mərhələdə öz xeyir və ya çirkin əməllərinin əvəzini alır.


Məadın dəlilləri


Axirət inancının bütün dinlərdə təsbit olunması onun fitri bir həqiqət olduğunu göstərir. Fitrətə uyğun olmayan bir mövzunun tarix boyu insanların e`tiqadında yer alması inandırıcı görünmür. Bəli, axirət inancı fitrətə əsaslanır. Bu səbəbdən də insan bə`zən həyatının ölümlə başa çatmadığını hiss edir. O inanır ki, ölüm son halqa yox, əbədi həyata açılmış bir qapıdır. Bütün bu nöqtələri nəzərə alsaq məadın sübutuna ehtiyac qalmaz. Amma mövzunu aydınlaşdırmaq üçün iki dəlil göstəririk:

a) Hikmət dəlili

Əgər ölümdən sonra başqa bir həyat olmadığını düşünsək, bu dünya həyatı puç və mə`nasız görünər. Təsəvvür edin ki, ana bətnindəki körpə üçün yalnız həmin bətndəki həyat mövcuddur. Bu körpənin doğulmayacağını düşünsək, onun bətndəki həyatı mə`nasız olar.

Varlıq aləmi əzəmət baxımından geniş, nəzm baxımından misilsizdir. Bu dünyanın sirləri o qədər çoxdur ki, böyük alimlər öz biliklərini həmin sirlərə münasibətdə böyük bir kitabın səhifəsi saymışlar. Dünyanın ən kiçik varlığında onun ən böyük varlığında olan nizam mövcuddur. Tanıdığımız mövcudlar arasında ən kamil və ən alisi insandır. İnsan öz kiçik ömründə böyük çətinliklərlə rastlaşır. Problemlərlə ötən uşaqlıq dövrünü tufanlarla müşayiət olunan gənclik dövrü əvəz edir. İnsan gənclik yollarında addımlarını möhkəmləndirməmiş qocalıq onun sorağına gəlir. Axı necə ola bilər ki, bir neçə günlük problemli həyata xatir varlıq aləmi kimi böyük bir nizam qurulsun. Doğurdanmı insanın həyatı bir müddət qidalanma və bir neçə dəst libas dəyişməklə başa çatır? Bu halda onun həyatı mə`nasız olmazmı? Heç ağıl sahibi də belə bir puç məqsədlə əzəmətli nizam qurarmı?

Əzəmətli varlıq aləminin nəzərdən keçirilməsi insanda belə bir qənaət yaradır ki, dünya həyatı daha əzəmətli bir həyat üçün müqəddimədir. Həmin həyat dünya həyatından fərqli olaraq əbədidir. Yalnız əbədi bir həyat düşüncə sahibi olan insanın yaranışını mə`nalandıra bilər. Məadı, ölümdən sonrakı həyatı qəbul etməyənlər əslində bu dünya həyatını puç sayırlar. Hətta bə`ziləri intihar, dünya həyatından qurtuluşla öyünürlər! Amma Allaha, Allahın sonsuz hikmətinə iman gətirənlər bu dünya həyatını əbədi axirət həyatı üçün müqəddimə sayırlar.

Qur`ani-məcid qısa və mə`nalı bir cümlədə buyurur: “Güman edirsiniz ki, sizi boş yerə yaratmışıq, Bizə doğru qayıtmayacaqsınız?!”1

b) Ədalət dəlili

Varlıq aləmindəki nizama diqqət yetirdikdə aydın olur ki, hər şey hesablanmış, hər şey öz yerində qərar verilmişdir. Digər bir tərəfdən, bu nizamın yaradıcısı ədalətlidir. O öz ayələrində də insanları ədalətə çağırır. Bu məqsədlə peyğəmbərlər göndərilir, insanlar xeyir və sülhə də`vət olunur, şər fəsaddan çəkindirilir. Bu arada bir qrup insan bütün varlığı ilə Allaha təslim olur, din və insanlıq yolundan çıxmır, bulaşıqlıqlardan uzaq dayanır. Belələri hətta bütün dünyanı alıb müqabilində qarışqanı incitməklə razılaşmazlar. Başqa bir qrup isə çirkaba batmışdır, ətrafındakıların haqqını tapdayır, elə yaşayır ki, sanki Allah tərəfindən qanun göndərilməmişdir. Bə`ziləri insanları öldürməkdən, oda çəkməkdən ləzzət alır. Bu qəbil insanlar üçün günahsızların qanı iştaha yaradır, məzlumların ah-naləsi ən gözəl musiqidir! Məgər bu iki qrupun sonda eyni aqibətə düçar olması Allahın ədalətinə uyğundurmu? Şübhəsiz ki, yox! Allah hüzurunda bu iki zümrə bir-birindən fərqləndiriləsidir. Digər bir tərəfdən, bu iki qrupdan olanlar dünya həyatında öz əməllərinin əvəzini tam almamışlar. Demək, ikinci bir dünya olmalıdır və həmin dünyada salehlər mükafatını, günahkarlar cəzasını kamil şəkildə görməlidir. Həmin dünya axirət dünyası, qiyamət və məaddır.

Bu barədə Qur`ani-kərimdə buyurulur: “Hamınızın qayıdışı ona doğrudur. Allah haqq bir və`d verib. O yaranışa başladı, sonra onu geri döndərər. İman gətirib saleh işlər görənləri ədalətlə mükafatlandırar. Kafirlər üçün yol verdikləri küfrə görə yandırıcı içki və ağrılı əzab hazırlanmışdır.”1

Qur`ani-məciddə məad


Qur`ani-məciddə peyğəmbər tə`limlərinin əsas mövzusu olan tövhid mövzusundan sonra məad və onun tərbiyəvi tə`sirləri mövzusuna yer verilir. Bu mövzu allahşünaslıq mövzusu istisna olmaqla daha çox ayə əhatə edən mövzudur. Həmin böyük gün Qur`ani-kərimdə müxtəlif adlarla adlandırılmışdır. Bu adlardan hər biri həmin gündə baş verəcək hadisələrdən birini işıqlandırır. Hər bir adda hansısa sirr var. O böyük günün ən böyük adlarından biri “yəvmül-qiyamə”, yə`ni qiyamət günüdür. Bu ad insanların böyük oyanışından, bütün bəndələrin ayağa qalxmasından danışır. Qiyamət gününün başqa adları da var. Peşimançılıq günü mə`nasını bildirən “yəvmul-həsrə” və “yəvmun-nədamə” adları, ayrılıq günü mə`nasını bildirən “yəvmül-fəraq” adı, hesab və sorğu-sual günü mə`nasını bildirən “yəvmul-muhasibə” və “yəvmül məsələ” adları, cəza günü mə`nasını bildirən “yəvmuddin”, “yəvmul-fəsl” və “yəvmul-hukm” adları misal göstərilə bilər. Yaxşı olar ki, insan qəflət yuxusundan oyanmaq, şeytani nəfs istəklərinin cilovunu qırmaq üçün bir müddət bu adlar haqqında düşünsün. Yaxşı olar ki, elə bu dünyadaca ədalət sahibi olan Allah hüzurundakı vəziyyətimizi yada salıb addım ataq. Qur`ani-kərimdə məad mövzusunda söhbətlər bə`zən dəlilləri açıqlayır, bə`zən də insanı lərzəyə gətirən ifadələrlə müşayiət olunur. Bu ayələrdəki sadiqanə tə`birlər eynən dəlillər kimi, insan ruhunun dərinliyinə nüfuz edir. Dəlillərdən danışılarkən daha çox belə bir nöqtəyə toxunulur ki, qiyamətdə insanların oyanışı mümkün bir işdir. Müxaliflər məadın mümkünsüzlüyünü iddia edirdilər. Onların nəzərincə çürüyüb torpağa qatışmış cisim yenidən bərpa ola bilməzdi. Qur`an bu mövzuda qaranlıq nöqtələri müxtəlif istiqamətlərdən işıqlandırır və məadın mümkünsüzlüyünü rədd edir. Ayələrdə oxuyuruq: “Sizi başlanğıcda yaratdığı kimi başqa bir dünyaya qaytarar.”1 Bə`zən ölümdən, bitkilərin həyatından və qiyamət səhnələrindən elə danışılır ki, insan həmin səhnələri zehnində canlandırır. Ayələrdə buyurulur: “Biz səmadan bərəkətli su endirdik. Onun vasitəsi ilə yaşıl bağlar, dənlər cücərtdik... Onun vasitəsi ilə ölü torpağı diriltdik. Qiyamət də bu sayağıdır.”1


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin