Ustad Hüseyn Ənsariyan


Üçüncü fəsil Allahın varlığı aydın bir həqiqətdir



Yüklə 1,03 Mb.
səhifə3/48
tarix22.10.2017
ölçüsü1,03 Mb.
#9300
1   2   3   4   5   6   7   8   9   ...   48

Üçüncü fəsil

Allahın varlığı aydın bir həqiqətdir


Hər bir hadisə və yaranmışın qurub-yaradana ehtiyaclı olduğu aydın bir həqiqətdir. Bir hadisə baş verən kimi hamı onun səbəbini axtarır. Hətta az yaşlı körpə bir insan dünyasını dəyişəndə gözlərini dolandırıb onu izləyir. İstənilən birimiz rəqəmsal bir qurğu və ya kompyuter gördükdə əmin oluruq ki, bütün bunların mahir bir yaradıcısı var. Əgər bir şəxs kompyuterin öz-özünə, təsadüfən yarandığını bildirsə, dərhal düşünürük ki, həmin şəxsin ağlı yoxdur. İnsan gözəl bir tablo gördükdə dərhal onun yaradıcısı ilə maraqlanır, bu işin hansı rəssamın fırçasından yarandığını soruşur.

Əgər yaşadığımız dünyada hər şeyin bir yaradanı varsa, əzəmətli varlıq aləmi də yaradıcısız ola bilməz. Kim inanar ki, zirvələri buludları yarıb keçmiş dağlar, əzəmətli dənizlər və okeanlar, say-hesabsız ulduzlar və nəhayətsiz kəhkəşanlar, insanı heyrətə gətirən atmosfer qatları, növbənöv bitkilər, həşəratlar, dördayaqlılar, sürünənlər və quşlar, nəhayət insanın özü təsadüfən, xaliqsiz ərsəyə gəlmişdir? Əşya və mövcudların insanı heyran qoyan zərif nöqtələri, onlar arasındakı qarşılıqlı rabitlər qüdrətli bir yaradanın varlığına növbəti dəlildir.

İnsanın yaranışına nəzər salın! Körpə dünyaya gələnədək onun anasının sinəsində süd olmur. Amma körpə dünyaya gələn kimi onun rahatlıqla qidalanması üçün ananın sinəsində süd yaranır. Körpə elə bir həddə çatır ki, ana südü onun orqanizminin ehtiyaclarını tə`min etmir. Həmin vaxt körpənin dişləri çıxır və bu dişlər dəyirman tək müxtəlif qidaları üyüdür. Bir müddət sonra həmin körpəyə deyilsə ki, sən və sənin yaşadığın dünya təsadüfi yaranıb, deyilənləri qəbul edərmi? Axı o öz gözləri ilə müşahidə edib ki, qışda bir qar adam düzəltməkdən ötəri neçə uşaq bir yerə toplanır, hərə bir iş görür. Axı o necə inanar ki, qar adamı bir neçə nəfər çalışıb düzəldirsə, hərəkət edən şüurlu insan yaradıcısız olsun? Bəli, haraya baxsaq varlıq aləmindəki əşya və mövcudların istənilən birini diqqətlə nəzərdən keçirsək, hikmət və qüdrət sahibi olan Allahın əsərlərini müşahidə edərik.
Səhraya baxıram yad edir səni,

Dəniz də oxuyur həmin nəğməni.

Baxdığım dağlar da, düzənliklər də

Təkrar-təkrar söylər həmin kəlməni.1

Allaha iman fitri tələbdir


Tarix boyu bütün cəmiyyətlərdə Allaha e`tiqad mövcud olmuşdur. Qeyd olunduğu kimi, yaradanın varlığına iman insanlar üçün aydın bir həqiqətdir. Düşüncə sahibi olan hər bir şəxsin ağlı bu həqiqəti təsdiqləyir. İstənilən bir şəxs dünyanın istənilən bir guşəsində istənilən bir vaxt uzaqdan tüstü görərsə orada od olduğunu təsdiqləyər. Yerdə ayaq izləri gördükdə hamı qəbul edir ki, buradan kimsə ötüb keçib. Bəli, gördüyümüz əsərlər yaradıcıdan danışır. Əslində Allaha e`tiqad fitri, zati, insanın içindən qaynaqlanan bir həqiqətdir. İstənilən bir şəxsin vicdan və fitrəti zülmün pisliyini, ədalətin yaxşılığını təsdiqlədiyi kimi varlıq aləminin yaradıcısını da qəbul edir. Bəli, qədim dövrlərdən insanlar Allahın varlığına inanmışlar. Hər bir fərd öz Rəbbini soraqlayır. Əslində bütpərəstlik özü də Allahın varlığına e`tiqaddan danışır. Sadəcə bütpərəstlər varlıq aləminin yaradıcısını tanımaqda səhvə yol vermişlər. Bir çox bütpərəstlər bütləri yaradan kimi yox, şəfaətçi, Allahla öz aralarında vasitə kimi qəbul etmişlər. Bu həqiqəti Qur`an da təsdiqləyir.2

Allahın inkar edilməsi amilləri


Sual: Əgər allahpərəstlik fitri bir istəkdirsə və hər bir fərdin batinində mövcuddursa, nə üçün bir çoxları Allahı inkar edir, Onun varlığına inanmırlar?

Cavab: Bə`zən insanın fitrəti üzərinə qəflət pərdəsi çəkilir və o Allahın varlığından qəflətdə qalır. Bə`zən də inadkarlıq, eqoistlik, məs`uliyyətdən qaçmaq istəyi Allahın inkarına səbəb olur.1 Bə`zən də insanlar Allahın qəbulunu, Onun varlığının e`tirafını öz şəxsi mənafelərinə zidd sayırlar.

Fitrətləri qəflət pərdəsi ilə örtülmüş həmin insanlar bə`zən problemlərlə, böyük hadisələrlə, təhlükələrlə qarşılaşdıqda bu pərdə kənara çəkilir, özlərindən xəbərsiz bir nöqtəyə üz tutub yardım diləyirlər. Əgər təyyarəçi e`lan etsə ki, bir neçə dəqiqə sonra təyyarə süquta uğrayacaq, təhlükəli an yaxınlaşdıqca sərnişinlər bu vaxtadək biganə qaldıqları əsrarəngiz bir nöqtəyə ümid bağlayar, təhlükədən qurtuluş üçün yardım diləyərlər. Elə ki təhlükə sovuşdu, qəflət pərdəsi yerinə qayıdar. Qur`ani-kərimdə buyurulur: “Onlar gəmiyə mindikləri vaxt tam ixlasla Allahı çağırır, Allah onları xilas etdikdə, sahilə çıxıb yenidən ona şərik qoşurlar.”2

Bəli, varlıq aləmindəki bütün zərrələr bir hal (batin) dili ilə fəryad çəkib öz xaliqindən danışır. Onların səsini eşitmək üçün bir an düşünmək lazımdır.
Varlıqda hər nə var qəlbə işarə,

Qəlbi yox e`tiraf etməyən kəsin.

Gördüyün hər şəkil şəhadət verir,

Düşünməyən özü şəkildir yəqin.3
Amma dünyaya qərq olduqlarından vicdanları qəflət pərdəsi ilə örtülənlər təbiətin işarələrini dərk etməkdən məhrumdurlar.
Nə vaxt olmadın ki, axtaram Səni?

Hər vaxt aşkarsan, könül həmdəmi.

Qeybə çəkilmədin gözüm araya,

Üzbəüzdə gördüm baxdım haraya.

Yüz min cilvə ilə səhnədəsən Sən,

Yüz min gözlə Səni seyr edirəm mən.1

Dördüncü fəsil

Allahın sifətləri


Mövcudları daha yaxşı tanıma yollarından biri də onların sifətlərini bəyan etməkdir. Məsələn, bu vaxtadək kompyuter görməmiş, onun adını birinci dəfə eşitmiş insanı onunla tanış etmək üçün kompyuterin xüsusiyyətlərini, sifətlərini sadalayırıq. Məsələn, deyirik ki, komyuter çox böyük sür`ətlə hesabat aparır, çox böyük yaddaşı var, çox az yer tutur...

Allah-taala ilə daha yaxşı və daha artıq tanış olmaq üçün onun xüsusiyyətləri və sifətlərindən xəbərdar olmalıyıq. Allahın sifətləri ümumi şəkildə iki qrupa bölünür:


1. Allahın sübuti sifətləri və ya camal sifətləri

Allahın sübuti sifətləri dedikdə Onun dirilik, yeganəlik, qüdrət, elm, agahlıq, eşitmə, görmə, bağışlama kimi mövcud sifətləri nəzərdə tutulur.

Biz “Allah eşidən və görəndir” dedikdə nəzərdə tutmuruq ki, Onun da insanlar kimi qulaqları və gözləri var. Əgər Allah görəndir deyiriksə, Onun bütün görünənlərdən tam xəbərdarlığı nəzərdə tutulur. Allah eşidəndir deyiriksə, Onun bütün eşidilənlərdən tam xəbərdarlığı ifadə olunur. Bütün əşyalar Onun hüzurundadır. Allahın agahlıq və elmi üçün göz və qulaq kimi vasitələrə ehtiyacı yoxdur. İmam Sadiq (ə) bu barədə buyurur: “Allah eşitmə və görmə üzvləri olmadan eşidilənləri və görünənləri əhatə edir, onlardan xəbərdardır.”1

Eşitmə və görmənin mahiyyəti əşyanın aşkarlığı, məxfi qalmamasıdır. Hiss üzvlərinin iştirakı olmadan əşya barədə xəbər tutulursa, bu elə eşitmə və görmə kimidir. Elə biz insanlar da göz və qulaqlar olmadan əşyaları görüb, səsləri eşidə bilsəydik, bunu görmə və eşitmə sayardıq. Biz insanlar adətən yuxuda qulaq və gözlərimizin iştirakı olmadan həm eşidir, həm də görürük.


2. Səlbi sifətlər və ya cəlal sifətləri

Səlbi sifətlər dedikdə Allahda olmayan, Ona aid edilməyən sifətlər nəzərdə tutulur. Bu qəbil sifətlər Allaha aid edildikdə inkar olunmalıdır. Çünki bu sifətlər öz sahibinin zəifliyini göstərir. Cisim olmaq, möhtac olmaq, zalımlıq, şəriklik səlbi sifətlərə nümunə ola bilər.



Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin