Ustad Hüseyn Ənsariyan


Həzrət Məhəmmədin (s) peyğəmbərliyini tanımaq yolları



Yüklə 1,03 Mb.
səhifə8/48
tarix22.10.2017
ölçüsü1,03 Mb.
#9300
1   ...   4   5   6   7   8   9   10   11   ...   48

Həzrət Məhəmmədin (s) peyğəmbərliyini tanımaq yolları


Sual: Peyğəmbərləri tanımaq üçün müəyyənləşmiş yollar İslam peyğəmbərinə (s) münasibətdə də öz gücündə qalırmı?

Cavab: Bəli. Bu yollardan biri öncəki peyğəmbərlərin növbəti peyğəmbərlə bağlı müjdə və təsdiqləridir. Həzrət İsa öncədən İslam peyğəmbərinin (s) gəlişi ilə bağlı müjdə verir və onun adını “Əhməd” kimi qeyd edir. Bu müjdə Qur`anda da nəql olunmuşdur.1

Digər bir yol mö`cüzələrlə tanışlıqdır. İslam peyğəmbəri (s) haqqı qəbul etmək fikrində olmayan inadkarların mö`cüzə istəyinə müsbət cavab vermirdi. Amma Allah tərəfindən gəlişini təsdiqləyən mö`cüzə istənildikdə bu yönümdə addım atırdı. Səmada ayın ikiyə parçalanması həzrət Peyğəmbərin (s) möcüzələrindən biridir. Amma onun əsil mö`cüzəsi öz dövrünə uyğun olan əbədi bir mö`cüzədir. Bu Qur`ani-kərimdir. Öncəki peyğəmbərlərin mö`cüzələrinin danışan dili yox idi. Həmin mö`cüzələr yalnız peyğəmbərlərin iştirakı ilə baş tuturdu. Amma Qur`an elə bir mö`cüzədir ki, təqdimatçıya ehtiyac duymur. İslam peyğəmbərinin (s) vəfatından əsrlərcə ötməsinə baxmayaraq Qur`an onun həyatında olduğu kimi öz gücündədir. Bu səmavi kitab həm din, həm mö`cüzə, həm qanun, həm də sənətdir. Əgər öncəki peyğəmbərlərin mö`cüzələri xüsusi bir məkan və zamanda baş tuturdusa, İslam peyğəmbərinin (s) mö`cüzəsi üçün bu məhdudiyyətlər yoxdur. Həzrət İsanın beşikdə danışması, ölüləri diriltməsi hansısa bir zaman və məkanda baş vermişdir. Qur`anın e`cazı isə zaman və məkana sığmır, 1400 il bundan öncə Hicaz zülmətində təcəlla etdiyi şəkildə bu gün də aləmi işıqlandırır. Əksinə, zaman ötdükcə, elmi biliklər artıqdca Qur`andan daha çox istifadə edilir.

Mühüm nöqtələrdən biri budur ki, öncəki peyğəmbərlərin mö`cüzələri maddi xarakter daşımışdır. Xəstələrə şəfa verilməsi, həzrət Musanın əsası bu qəbildəndir. Amma adi hərf və sözlərdən təşkil olunmuş Qur`an insan ruhuna nüfuz edir, ona daxili bir sığal çəkir. Bu mö`cüzənin müqabil tərəfi beyinlər və düşüncələrdir. Aydın məsələdir ki, mə`nəvi mö`cüzələr maddi möcüzələrdən üstündür. Əsrlərdir ki, Qur`an onun ilahiliyinə şübhə edənləri mübarizə meydanına çağırır, şəkkahlardan özündəki kimi surələr və ayələr tələb edir. Bu günədək kimsə Qur`anın mübarizə çağırışına cavab verməmişdir. Hansı ki, Məkkə və Mədinədə müsəlmanlara qarşı hər fürsətdən istifadə edən məsihilər və yəhudilər olmuşdur. Müsəlmanlar arasındakı münafiqlər də bu qəbildəndir. Onlar İslamın məhvi yolunda heç nədən çəkinməmişlər. Bütün bunlara baxmayaraq Qur`anla mübarizə meydanına çıxan olmamış, əksinə onun ayələrini dinləyənlər, hətta yəhudi və məsihi alimləri arasında İslamı qəbul edənlər olmuşdur.

İnsanı təəccübləndirən budur ki, bu kitabı gətirən şəxs “ummiy”, yə`ni dərs oxumamış biridir.


Məktəbdən, yazıdan uzaq o insan

Yüz-yüz müdərrisə öyrətmiş kəlam.1
Tarix boyu Qur`anla mübarizə meydanına çıxanlar çox az olmuşdur. Onlardan biri Yəmamə əhlindən olan Musəyləmə Kəzzab olmuşdur. Bu şəxs hicri XI və ya XII əsrdə peyğəmbərlik iddiası etmişdir. O Qur`anla mübarizəyə qalxaraq daha çox əyləncə xarakteri daşıyan ayələr uydurmuşdur. Bu şəxs öz saxta ayələrini hər vəchlə Qur`an ayələri kimi ahəngdar etməyə çalışmışdır. Nəticədə gülünc bir məzmun alınmışdır: “Ey qurbağanın qızı qurbağa; istədiyini çağır; yarın sudadır, yarın quruda, nə suyu bulandırırsan, nə də kimsənin su içməsinə mane olursan.”1

Hər ötən gün Qur`anın əzəmətini dünya əhli üçün daha da aydınlaşdırır. Məhşur qərb tarixçisi Vil Dorant Qur`anı belə vəsf edir: “Qur`an insanlarda elə bir izzət, ədalət, təqva yaradıb ki, dünyanın heç bir nöqtəsində onun oxşarı yoxdur.”2


Doqquzuncu fəsil

Son şəriət


“Din” sözü lüğət baxımından “mükafat”, eləcə də “əmrə itaət” mə`nalarını bildirir. Terminoloji baxımdan “din” dedikdə əqidələr, qanunlar və qaydalar məcmusu nəzərdə tutulur. İnsan bu məcmuə sayəsində dünya və axirət xoşbəxtliyi əldə edib, fərdi və ictimai, əxlaqi və tərbiyəvi baxımdan doğru yolu tuta bilər.

“İslam” dedikdə əslində təslimçilik və itaət mə`nası nəzərdə tutulur. İlahi baxımdan həqiqi ayin Allahın əmrlərinə təslim olmaqdır. Dinin ruhu bütün dövrlərdə həqiqət qarşısında təslimçilikdən ibarət olmuşdur. İslam peyğəmbərinin (s) ayinləri təslimçiliyin ən ali nümunəsi olduğundan “İslam” adlandırılmışdır. Əlbəttə ki, İslamın tövhid, nübüvvət və məada e`tiqada çağırışı yeni bir çağırış deyildi. Bütün səmavi dinlər eyni də`vətlə çıxış etmişdir. Bəli, bəşəriyyətin ictimai və mədəni inkişafı ilə əməli hökmlər də təkmilləşmişdir. Bu hökmlər İslamın gəlişi ilə son təkamül həddinə çatmışdır. Amma bütün din və məzhəblərdə əqidə əsasları və əxlaq prinsipləri eynidir.


İslam Peyğəmbəri (s) son peyğəmbərdir


Ötən fəsildə qeyd etdik ki, İslam ayinləri cahanşümul xarakterlidir. Bu ayinlər hansısa məntəqə, hansısa millət və qövm üçün nəzərdə tutulmayıb. Bu dinin məfhumları o qədər əhatəlidir ki, zaman ötdükcə aktuallığını itirmir. Bəli, İslam dini əbədi bir dindir. Bu münasibətlə İslam peyğəmbəri (s) “xatəmun-nəbiyyin”, yə`ni son peyğəmbər adlandırılır.1 “Xatəm” dedikdə bir işi sona çatdıran vasitə nəzərdə tutulur. Bu söz son mə`nasını bildirən “xətm” kökündən götürülmüşdür. Möhür yazının sonunda vurulduğundan möhürləyən vasitə xatəm adlandırılır. Üzüyə də “xatəm” deyirlər. Çünki qədim vaxtlar möhür kimi istifadə olunan yazılı üzüklərdən istifadə olunurdu. İslam Peyğəmbəri (s) öz də`vətini genişləndirib, qüdrət sahibi olan padşah və sultanları İslama çağırmaq qərarına gəldiyi vaxt onun üçün bir üzük hazırlandı və bu üzüyün üzərində “Muhəmmədən rəsulullah” sözləri yazılmışdı. Həzrət yazılmış məktubları bu üzüklə möhürləyirdi. Bəli, Qur`anda qeyd olunmuş “xatəmun-nəbiyyin” ifadəsi İslam peyğəmbərinin (s) son peyğəmbər olduğunu göstərir. Bə`ziləri köklü şəkildə yanılaraq bu ifadəni başqa bir şəkildə açıqlayırlar. Guya İslam peyğəmbəri (s) peyğəmbərlərin üzüyü və onların zinəti məqamında olduğundan belə adlandırılmışdır. Əlbəttə ki, belə bir fikir cəfəngiyatdır.

İslam Peyğəmbərinin (s) son peyğəmbər olması bütün müsəlmanlar tərəfindən yekdilliklə qəbul olunmuşdur. Qur`anın bir çox ayələrində uyğun nöqtəyə işarə olunur. Ayələrdən birində buyurulur: “Məhəmməd sizlərdən heç birinizin atası deyil, amma Allahın rəsulu və peyğəmbərlərin sonuncusudur.”1 Uyğun müddəanı təsdiqləyən bir çox rəvayətlər mövcuddur. Həzrət Peyğəmbər və məs`umlardan nəql olunmuş uyğun rəvayətlərdə Peyğəmbərin (s) son peyğəmbər olması qətiyyətlə vurğulanır. Həmin rəvayətlərdən birini yada salırıq: Həzrət Peyğəmbər (s) «Mənzələt» hədisində həzrət Əliyə (s) buyurur: “Harun Musa üçün necə idisə, sən də mənim üçün eləsən. Sadəcə məndən sonra peyğəmbər olmayacaq.”2


Sual: İnsan təkamülünün dayanacağı yoxdur. Bugünki insanlar qədim insanlardan çox-çox irəlidədirlər. Bəs necə olur ki, təkamül yolunda irəliləyən insan yeni peyğəmbərlərdən məhrum qalır?

Cavab: Düşüncə və mədəniyyət baxımından inkişaf etmiş insan son Peyğəmbərin (s) üsul və tə`limatlarından ardıcıl şəkildə istifadə etməklə öz yoluna davam edə bilər. Bu yolda yeni şəriətə ehtiyac yoxdur. Məsələn, tələbə hər təhsil mərhələsində bir ustada ehtiyac duyur. Amma onun üçün elə bir məqam var ki, özü nəzər sahibi olur və ustada ehtiyac duymur. O öz araşdırmalarında yalnız keçmiş ustadlardan öyrəndiklərinə istinad edir. Beləcə, hər bir şəxs Allahın göndərdiyi son Peyğəmbər (s) vasitəsi ilə verilmiş proqramlar əsasında təkamül yolunu davam etdirə bilər. Əlbəttə ki, burada yalnız yeni şəriət nəzərdə tutulur. İmamət və rəhbərlik məsələsində isə münasibət fərqlidir. İnsan təkamül yolunda daim rəhbərə ehtiyaclıdır. Bu səbəbdən də peyğəmbərlik silsiləsinin başa çatması imamət silsiləsinin başa çatması kimi anlaşılmamalıdır. İnşaallah, imamət mövzusundakı söhbətlərimizdə uyğun nöqtələrə toxunacağıq.

Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin