Ustad Hüseyn Ənsariyan



Yüklə 1,03 Mb.
səhifə1/48
tarix22.10.2017
ölçüsü1,03 Mb.
#9300
  1   2   3   4   5   6   7   8   9   ...   48


YENİYETMƏLƏR ÜÇÜN YOL AZUQƏSİ
Ayətullah-üzma Musəvi Ərdəbilinin fətvalarına əsasən əqidə üsulları, əxlaq və əhkam
.

http://ehliwie-samux.com



İnsanlıq və təkamül yolunda agahlıq və mə`rifətlə addım atmaq istəyən əziz yeniyetmələrə, eləcə də, bu günün və sabahın ümidi olan uşaqların, yeniyetmələrin və gənclərin mə`nəvi təkamülü üçün öz sə`ylərini əsirgəməyənlərə, xüsusi ilə sevgili övladların tə`lim-tərbiyəsində güzəşt, fədakarlıq, agahlıq, canıyananlıq və mehribanlıqla çalışan ata-analara təqdim olunur




Kitabın adı:..Yeniyetmələr üçün yol azuqəsi

Müəllif:...............................Nasir Mukariyan

Nəşr edən:………………….……….Nəcabət

Çap növbəsi:………..………………...Birinci

Tiraj:………………….……………..….1500

Litoqrafi və çap:…………………....Etimad

Ünvan:.....Qum, Səfaiye xiyabanı, küçə Mumtaz, Nəcabət intişaratı

Telefon: (0251) 7747271 Faks: (0251) 7742132

htt://www.ardebili.org

E – Mail: mousavi@ardebili.org


Oxuculara



Varlıq aləmini cana gətirən,

Dillərdə hikmətli sözlər bitirən,

Xəta örtən, əl tutan, bağışlayan

Böyük, qadir Xudavəndin adından.1
İmam Sadiq (ə) buyurur: “Batil düşüncə sahibləri sizin gənc nəslin sorağına gəlməmiş onlara hədis (və dini maarif) öyrədin.”2

İnsan kiçik həcmində böyük dünya xülasələşmiş mürəkkəb bir varlıqdır. O əvvəla bu təbiət aləminə məxsus cism, maddədən pay almışdır. İkincisi, onun varlığında maddi aləmdən üstün nəfs və ruh mövcuddur. Üçüncüsü, insan ağıl və şüura malikdir, üstün bir düşüncə sahibidir. Allahın bu şərafətli məxluqu təkcə öz maddi cismində xülasələşməmişdir, uca ruhani mərtəbələrə malikdir. İnsanın ruhi ehtiyaclarının da çeşidli mərtəbələri vardır. O, Allahdan yardım diləmək, səmimi təlaşlar, ciddi əzm və iradə ilə mövcud ehtiyacları aradan qaldırmaq üçün addım atmalıdır. Mövzunun aydınlaşması üçün münasib olar ki, müxtəsər şəkildə insan vücudunun müxtəlif mərhələlərini nəzərdən keçirək. Uyğun mərhələlər bunlardır:

1. İnsan vücudunun ən ali mərhələsi olan təfəkkür və düşüncə mərhələsi; insan düşüncəli bir mövcuddur, hər bir məsələni özü üçün müəyyənləşdirir, daxilindəki həqiqət təşnəsini söndürmək üçün qarşıya çıxan suallara cavab axtarır. İnsan varlıq aləminin Xaliqi, yaranışın başlanğıcı və sonu, öz varlığı, aqibəti və bu kimi mövzular barədə düşünür. İnsanın dünyagörüşü və əqidə əsasları ilə bağlı suallara cavab tapmağa kömək edən iki elm var: fəlsəfə və kəlam elmləri.

2. İnsan vücudunun orta mərhələsi hisslər, istəklər və meyillər mərhələsidir. Aydın məsələdir ki, insanın çeşidli əxlaqi meyilləri və sifətləri var. Məsələn, qəzəb kimi hisslər ifrata, məhəbbət kimi hisslər təfritə meyillidir. Demək, insan nəfs istəkləri arasında tarazlıq yaradacaq, onu orta yola yönəldəcək bir vasitəyə ehtiyaclıdır. Çünki ifrat və təfrit kimi meyillər bütün sifət və ruhiyyələrə münasibətdə zərərli və təhlükəlidir. İnsan vücudunun bu mərhələsində əxlaq elminin mühüm rolu var. Əxlaq elmi insana sifətlər və ruhiyyələr arasında tarazlıq yaratmaq istiqamətində addım atmağı öyrədir.

3. İnsan vücudunun ən aşağı mərhələsi bədən üzvləri mərhələsidir; İslam dininin insan üçün müəyyənləşdirdiyi bə`zi vəzifələr onun bədən üzvlərinə aiddir. Məsələn, insan Allaha yaxınlaşmaq üçün namaz qılmalıdır. Namazın isə müqəddimələri var. Məsələn, namaz qılmaqdan ötrü dəstəmaz almaq və ya zəruri olduqda qüsl vermək lazımdır. Bəs namaz necə qılınmalıdır? Dəstəmaz və ya qüsldə bədən üzvləri hansı həddə yuyulmalıdır? Bu məqamda fiqh və əhkam elmi insanın köməyinə gəlir, bu səhadəki mövcud sualları cavablandırır.

İnsan vücudundakı uyğun üç mərhələni və cəmiyyətimizin böyük bir hissəsinin gənclərdən təşkil olunduğunu nəzərə alsaq, yazıçılar və mədəniyyət sahəsində xidmət göstərən insanlardan bu nəslin iste`dadlarının çiçəklənməsi və onların İslam maarifi ilə tanış olması üçün ciddi və səmimi təlaşlar gözləməliyik. Gənc nəsil bu məmləkətin gələcəyidir. Onların düşüncə və mə`nəvi ehtiyaclarının məntiqi və sadə bir dillə aradan qaldırılması üçün sə`y göstərilməlidir.

Bu məqsədlə müəllif əziz yeniyetmələrin İslam maarifinin əsasları ilə tanışlığı və onların bu sahədə ehtiyaclarının cavablandırılması üçün əqidələr, əxlaq və əhkam hissələrindən ibarət hazırkı kitabı tərtib etmişdir.

Öncə də belə bir kitab hazırlanıb oxuculara təqdim olunmuşdu. Böyük ustad cənab Ayətullah-üzma Musəvi Ərdəbilinin baxışları və fətvaları əsasında tərtib olunmuş hazırkı kitab isə başqa bir üslubda hazırlanaraq əziz yeniyetmələrin ixtiyarına verilir.

Bu məcmuənin hazırlanmasında öz həmkarlığını və tövsiyələrini əsirgəməmiş əzizlərə, xüsusilə cənab Məcid Mərdaniyə zəhmətlərinə görə təşəkkür edirik.

Ümid edirik ki, Allah-taala bu əsəri insaniyyət və kamillik yolunda gənc nəsil üçün yol azuqəsi buyursun, onlara tövfiq və yardım əta etsin ki, öz mütaliələri ilə insaniyyət ne`mətindən bəhrələnsinlər, öz gələcəklərini qurmaq üçün İslam elmləri və maarifindən faydalansınlar.

Hicri-şəmsi 1386-cı il, (2007 m), payız

Qum, Nasir Mukariyan





Birinci hissə




Əqidə əsasları və dini inanclar

Birinci fəsil

Dinlə tanışlıq


Din insanların bu dünyada yaxşı yaşayış və axirət evində əbədi səadəti üçün Allah tərəfindən təqdim olunmuş kamil proqramdır. Şübhəsiz ki, insanların hidayəti (doğru yola sövqü) və xoşbəxtliyi üçün ən kamil proqram İslam peyğəmbəri (s) vasitəsilə hədiyyə olunmuşdur. Bu proqram insanı varlıq aləminin həqiqətləri ilə tanış edir.

Din və Allaha iman problemlərlə qarşılaşmış insan üçün ən e`tibarlı sığınacaqdır. İnsana izzət və böyüklük verən din və imandır. İslamın dini proqramlarından daha yaxşı və daha çox istifadə etmək istiqamətində ilk addım bu proqramlarla kamil şəkildə tanış olmaqdır.

İslam dini elm və təhsilə xüsusi əhəmiyyət verir. Hər bir müsəlman dindarlıqla yanaşı agah və mə`rifət sahibi olmalıdır. Qur`ani-məcid qısa və mə`nalı bir cümlədə buyurur: “Kor və cahil insan görən və agah insanla birdirmi?!”1

İmam Sadiq (ə) buyurur: “Dini məsələlərin dərkində dərinə varın. Dində dərinliyə varmayan və onu anlamaq üçün çalışmayan kəs bədəvi ərəblər kimi qalacaq.”2


Sual: Elm və təhsil dedikdə yalnız dini məsələləri öyrənməkmi nəzərdə tutulur? İslamda digər elmlərə yer verilmirmi? Məsələn, dində astronomiya, geologiya, botanika, zoologiya kimi elmlər dəyərləndirilirmi?

Cavab: İnsanın hidayət və qurtuluşunda rol oynayan, onun İslam baxımından maddi və mə`nəvi ehtiyaclarının ödənməsinə kömək olan istənilən bir elm İslam dinində dəyərləndirilir. Olsun ki, həzrət Peyğəmbərin (s) nəql edəcəyimiz buyuruğu uyğun nöqtəni təsdiqləsin. Həzrət (s) buyurur: “Çində olsa belə elm öyrənin.”1 Çin əhlinin müsəlman olmamasından belə bir qənaətə gəlmək olar ki, bəşəriyyət üçün faydalı istənilən bir elm və bilik dəyərlidir. Dini elmlər də, digər elmlər də bu qəbildəndir. İnsanı təkamül yoluna, özü və ətrafı ilə daha artıq tanışlığa yönəldən, onu Allaha yaxınlaşdıran istənilən bir bilik İslamda diqqət mərkəzindədir. Çünki İslam dini bəşəriyyətin hidayəti və onun Allaha doğru hərəkəti üçün göndərilmişdir.

Allah-taala Qur`ani-məciddə “Fatir” surəsinin ilk ayələrindən başlayaraq varlıq aləmində baş verən hadisələrdən danışır. Bütün bu hadisələr onları vücuda gətirən yaradanın varlığını göstərir. İnsanın yaranışı, gecə və gündüzün yerdəyişməsi, yağış yağması, çeşidli meyvələrin yetişməsi, növbənöv heyvanların varlığı kimi mövzular varlıq aləminin yaradıcısından söz açır. Ayələrin davamında buyurulur: “Həqiqətən, bəndələr arasında alimlər Allahdan qorxur.”2 Aydın olur ki, varlıq aləmində baş verənlərdən xəbərdar insanlar Allahın nəzərincə alimlər zümrəsindədirlər. Əlbəttə ki, insan cəmiyyət üçün zərərli, bədbinlik yaradan, faydasız elmlərə təşviq olunmur. Uyğun biliklər dini şəxsiyyətlərin nəzərdə tutduqları elm dairəsindən kənardır.




Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin