Ustad Hüseyn Ənsariyan


Onuncu fəsil Nəzmullah - azan və iqamə şüarları



Yüklə 1,03 Mb.
səhifə28/48
tarix22.10.2017
ölçüsü1,03 Mb.
#9300
1   ...   24   25   26   27   28   29   30   31   ...   48

Onuncu fəsil

Nəzmullah - azan və iqamə şüarları


Bütün dövrlərdə bütün millətlərin fərdləri ayağa qaldırmaq, onlarda fərdi və ictimai məs`uliyyətlər yaratmaq üçün xüsusi şüarlar olmuşdur. Məsələn, məsihilər insanları kilsəyə də`vət etmək üçün kilsə zəngləri çalmışlar. Amma müsəlmanların namaza çağırışı olan azan daha yetərli və daha tə`sirlidir. Allah adı ilə başlayan bir şüardan uca şüar nə ola bilər?! Azanda Allahın yeganəliyinə, həzrət Məhəmmədin (s) peyğəmbərliyinə şəhadət verilir, insanlar namaza, qurtuluşa də`vət edilir. Azanın bütün cümlələri məzmunlu və tərbiyəvidir.

Dini rəvayətlərdə azan deyilməsi tə`kidlə vurğulanır. Azan deyənlər üçün uca axirət məqamı, böyük savab nəzərdə tutulur. Həqiqətən də, azanın məqamını ucaldan onun Allaha doğru, ibadətə çağırış olmasıdır. Namaz vaxtı ardıcıl şəkildə hər gün minarələrdən ucalan azan səsi azadlıq nidası, həyatverici bir nəsimdir. Azan bədxahları narahat edir, onları sıxıntıya salır. Tanınmış ingilis siyasətçilərindən olan Qladistonun azanla bağlı söylədikləri deyilənləri bir daha təsdiqləyir. O deyir: “Nə qədər ki Məhəmmədin adı minarələrdən ucalır, Kə`bə yerindədir, Qur`an müsəlmanlara yol göstərir, İslam məmləkətlərində bizim siyasətimizin möhkəmlənməsi mümkünsüzdür.”1

Amma dərin məzmuna malik olan azanı onun batini gözəlliyinə müvafiq olaraq gözəl səslə söyləmək lazımdır. Azan deyənin səsinin pisliyinə xatir bu ilahi şüarı tə`sirdən salmaq olmaz. Sə`di Şirazi qısa bir hekayətdə uyğun nöqtəni işıqlandırır:

“Xoşagəlmaz səsi olan bir şəxs ucadan Qur`an oxuyurdu. Bir hal əhli ona yaxınlaşıb dedi: “Sənin aylıq haqqın nə qədərdir?” Həmin şəxs dedi: “Heç nə qədər.” Hal əhli söylədi: “Bu zəhmətini neçəyə satırsan?” Qur`an oxuyan dedi: “Mən onun əvəzini Allahdan istəyirəm.” Hal əhli söylədi: “Allahdan istəməyinə dəyməz!”


Pis səsinlə Qur`an oxuyaraq sən

İslama gələni salma həvəsdən.1
Əlbəttə ki, azan və iqamə işrət məclislərindəki avazla oxunmamalıdır.

Bəli, vacib namazlardan öncə, istər vətəndə, istərsə səfərdə, istər əda namazında, istərsə də qəza namazında azan və iqamə söyləmək həm qadınlar, həm də kişilər üçün müstəhəbdir.


Azanın mətni


Azan 18 cümlədən ibarətdir:

1. Dörd dəfə “Əllahu Əkbər”, yə`ni Allah vəsfə gələn hər şeydən böyükdür;

2. İki dəfə “Əşhədu ənla ilahə illəllah”, yə`ni şəhadət verirəm ki, yeganə Allahdan savayı mə`bud yoxdur;

3. İki dəfə “Əşhədu ənnə Muhəmmədən rəsulullah”, yə`ni şəhadət verirəm ki, Məhəmməd Allahın rəsuludur;

4. İki dəfə “Həyyə ələs səllat”, yə`ni tələs namaza doğru;

5. İki dəfə “Həyyə ələl fəlah”, yə`ni tələs qurtuluşa doğru;

6. İki dəfə “Həyyə əla xəyril-əməl”, yə`ni tələs ən yaxşı əmələ;

7. İki dəfə “Əllahu əkbər”;



8. Sonda iki dəfə “La ilahə illəllah”, yə`ni yeganə Allahdan başqa mə`bud yoxdur.

İqamənin mətni


İqamə 17 cümlədən ibarətdir. Əgər azanın əvvəlində “Əllahu Əkbər” dörd dəfə deyilirsə, iqamənin əvvəlində iki dəfə deyilir. Azandakından fərqli olaraq iqamədə “Həyyə əla xəyril əməl” cümləsindən sonra iki dəfə “qədqamətis səlat” söylənilir. Azanın sonunda “La ilahə illəllah” iki dəfə deyilirsə, iqamənin sonunda bir dəfə deyilir.
Məsələ 1. “Əşhədu ənnə əliyyən vəliyyullah” cümləsi azan və iqamənin mətnindən deyil. Amma “Əşhədu ənnə Muhəmmədun rəsulullah” dedikdən sonra Allaha yaxınlıq məqsədi ilə həmin cümləni demək yaxşıdır.
Məsələ 2. Azan və ya iqamənin cümlələri arasında adi sayılmayacaq fasilə verilməməlidir. Əks təqdirdə ona yenidən başlamaq lazımdır.
Məsələ 3. Azan və iqamə arasında fasilə çox olmamalıdır. Əgər fasilə çox olarsa, onları böyük fasiləsiz yenidən demək müstəhəbdir.
Məsələ 4. Azan iqamədən öncə deyilməlidir. İqamədən sonra azan demək düzgün sayılmır.
Məsələ 5. Azan deyən şəxsin azan deyərkən üzüqibləyə dayanması, dəstəmaz və qüsllü olması, əllərini qulaqlarına qoyması, uca səslə söyləməsi, səsini uzatması, cümlələr arasında fasilə verməsi müstəhəbdir.
Məsələ 6. İqamə gedişində insan ayaq üstə dayanmalı, dəstəmazlı olmalıdır. Azan deyənin öz bədənini aram saxlaması müstəhəbdir.
Məsələ 7. İqaməni azandan asta səslə demək müstəhəbdir. Onun cümlələrini bir-birinə yapışdırmamaq yaxşıdır. Amma iqamənin cümlələri arasında azanın cümlələri arasındakı qədər fasilə verilməməlidir.
Məsələ 8. İnsan savab qazanmaq ümidi ilə azandan sonra və iqamədən öncə addım atıb bir qədər otura bilər, səcdəyə gedə bilər, zikr və dua oxuya bilər, bir qədər sakit dayana bilər.
Məsələ 9. Azan üçün seçilən adamın ədalətli, vaxt tanıyan, uca səsli olması, eləcə də azanı hündür bir yerdən verməsi müstəhəbdir.
Məsələ 10. Camaat namazında azan və iqaməni kişi deməlidir. Amma əgər qadın camaat namazı qılanlara məhrəm olarsa, onun dediyi azan həmin insanlar üçün bəs edər. Amma müstəhəb ehtiyata əsasən, həmin azanla kifayətlənmək olmaz.
Məsələ 11. Əgər camaat namazı üçün azan və iqamə söylənilərsə, həmin cəmiyyətlə namaz qılmaq istəyən şəxs özü üçün ayrıca azan və iqamə söyləməməlidir.
Məsələ 12. Cəmiyyət namazı üçün məscidə gedən şəxs cəmiyyət namazının başa çatdığını görərsə, nə qədər ki, cəmiyyət namazının sıraları dağılmayıb vacib ehtiyata əsasən öz namazı üçün azan və iqamə deməməlidir.
Məsələ 13. Əgər günorta və ikindi, eləcə də şam və xüftən namazları ardıcıl və ya az fasilə ilə qılınarsa, ikindi və xüftən namazları üçün azan deməmək olar. Amma iqamə söylənilməlidir. Əlbəttə ki, namazdan sonra dua oxunması, nafilə qılınması fasilə sayılmır.
Məsələ 14. Uşağın dünyaya gəldiyi ilk gün və ya göbək bəndi düşdükdən sonra onun sağ qulağına azan, sol qulağına iqamə demək müstəhəbdir.

On birinci fəsil: Namazda vacib olanlar

Namazın müxtəlif hissələri var, onlardan bə`ziləri rüku kimi vacib, bə`ziləri qunut kimi müstəhəbdir.

Namazda vacib olan əməllər də iki hissəyə bölünür. Onlardan bə`ziləri rükndür, bə`ziləri rükn deyil.


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin