Ustad Hüseyn Ənsariyan



Yüklə 1,03 Mb.
səhifə38/48
tarix22.10.2017
ölçüsü1,03 Mb.
#9300
1   ...   34   35   36   37   38   39   40   41   ...   48

Fitriyyənin miqdarı


İnsan özü və himayəsində olan fərdlər tərəfindən fitriyyə verməlidir. Hər nəfərə görə bir sa, təqribən 3 kiloqram qida verilir. Bu qida həmin şəhərdə və məntəqədə daha çox istifadə edilən qidalardan olmalıdır. Buğda, arpa, xurma, kişmiş, düyü, qarğıdalı və bu kimi şeylərdən fitrə vermək olar. Əlbəttə ki, bu şeylərin əvəzinə onların qiymətini hesablayıb vermək olar.

Fitriyyənin xərclənmə ünvanları


Kimə zəkat düşürsə, fitrə zəkatı da düşür. Amma müstəhəb ehtiyat budur ki, fitrə zəkatı həmin pulu günaha xərcləməyəcək yoxsul şiələrə verilsin. Vacib ehtiyata əsasən, şərabxora, aşkara böyük günah edənə fitrə verilməməlidir. Fitriyyə verərkən öncə yoxsul qohumları nəzərə almaq lazımdır. Sonra yoxsul qonşular, daha sonra yoxsul elm əhli gəlir.

Fitriyyə ödənməsinin vaxtı


Fitr bayramı namazı qılmayan şəxs fitriyyəni bayram günü günortayadək, bayram namazı qılacaqsa vacib ehtiyata əsasən, fitriyyəni namazdan öncə verməlidir. Əgər həmin vaxtadək bir yoxsul tapmasa, fitriyyəni öz malından ayırıb saxlamalıdır.

Müstəhəb sədəqə və Allah yolunda infaq


Bəşəriyyəti narahat edən ictimai problemlərdən biri də təbəqələr arasındakı fərqdir. Dövrümüz texnoloji tərəqqi dövrü olsa da, bu ayrıseçkilik aradan qalxmamışdır, yoxsullar və varlılar təbəqəsi bir-birindən seçilməkdədir. Bə`ziləri o qədər sərvət toplamışlar ki, öz kapitallarının hesabını bilmirlər. Bə`ziləri isə bir qarın çörəyə möhtacdır və aclıqdan əziyyət çəkir. Onlar üçün sadə məskən, sadə libas və sadə qidalar əlçatmazdır. Şübhəsiz ki, belə bir cəmiyyət heç vaxt həqiqi səadətin ləzzətini dada bilməz. Bu böyük problemlə mübarizə yollarından biri yoxsullara və ehtiyaclılara yardım göstərilməsi, ehsan edilməsidir. İslamda sədəqə və ehsan tə`kidlə vurğulanan bir məsələdir. Rəvayətlərdə bildirilir ki, insanın verdiyi sədəqə yoxsulun əlinə çatmamış Allahın hüzuruna təqdim olunur.1 Bu səbəbdən də imam Səccad (ə) sədəqə verən vaxt əlini öpərmiş.2 İmam Baqir (ə) birinə sədəqə verəndə onu geri alıb qoxulayar, öpər, sonra yenidən qaytararmış.3

Hədislərdə bildirilir ki, insan sədəqə vermək istədiyi vaxt 70 şeytan ona vəsvəsə edir. Onlar hər yolla sədəqəyə mane olmağa çalışırlar. Sədəqə verən şəxs əslində onu şeytanların cəngindən alıb, Allahın hüzuruna təqdim edir.4

Sədəqənin onu verən şəxsə ictimai faydalardan əlavə də xeyirləri var:

1. Sədəqə verənin sərvəti artar; imam Sadiq (ə) buyurur: “Öz ruzini sədəqə verməklə tələb et.”5

2. Ağrılı bəlalar, insanın qəlbini sıxan ölümlər sədəqə vasitəsi ilə aradan qalxar; həzrət Peyğəmbər (s) buyurur: “Sədəqə şər qapılarından 70-ni bağlayar.”1

Nəql olunur ki, bir gün həzrət İsa öz yaxınları ilə əyləşmişdi. O yanlarından ötən bir şəxsi göstərib buyurdu: “Bu şəxs tezliklə öləcək.” Amma bir müddət sonra həmin şəxsin dalında çırpı gəldiyini görənlər dedilər: “Ey Ruhullah! Sən deyirdin bu kişi öləcək, bəs nə oldu?” Həzrət həmin kişini çağırıb dedi: “Dalındakı çırpını yerə qoy.” Kişi dalındakı şələni yerə qoydu. Şələnin içindən daş udmuş bir ilan çıxdı. Həzrət İsa həmin şəxsdən soruşdu: “Bu gün nə yaxşı iş görmüsən?” Kişi dedi: “İki parça çörəyim vardı. Onun birini yoxsula verdim.”2

3. Yoxsulluğun aradan qalxması; Həzrət Əli (ə) buyurur: “Çıxılmaz vəziyyətə düşdükdə Allahla öz sədəqəniz vasitəsi ilə müamilə aparın.”3

4. Sədəqə cəhənnəm odu qarşısında sipərdir.4

5. Xəstələrin sağalması; Həzrət Peyğəmbər (s) buyurur: “Sədəqə verməklə xəstələrinizə çarə qılın.”5

Qeyd etmək lazımdır ki, sədəqə verən bu işi Allaha xatir görməlidir. Sədəqə verilmiş insandan nə isə ummaq olmaz.


Zülmün aradan qaldırılması (“Rədde-məzalim”)


Əgər insan bilmədən və ya diqqətsizlikdən bir şəxsin mülkünə zərər vurursa və ya onun malını qəsb edərsə, öz günahını yumalıdır. Əgər maddi zərər vurulmuş şəxslərdən xəbər yoxsa və ya heç vəchlə onları tapmaq mümkün deyilsə, insan öz günahını yumaq üçün zəruri şərtlərə malik müctehiddən icazə almaqla və ya özü qəsb olunmuş mal əldədirsə, həmin malı, əldə deyilsə onun dəyərini mal sahibi tərəfindən fəqirlərə sədəqə verməlidir. Bu iş “rədde-məzalim” adlanır.

Kəffarələr


Kəffarə sözü örtmək mə`nasını bildirən küfr sözündəndir. Allaha imanı olmayan şəxs həqiqəti ört-basdır etdiyindən kafir adlanır. Kəffarə insanın bilərəkdən və ya diqqətsizlikdən gördüyü pis işi örtdüyü üçün belə adlandırılmışdır.

Kəffarə həm insanı günahdan çəkindirir, həm də tərbiyəvi tə`sirə malikdir. Kəffarə iman sütunlarını möhkəmləndirir, insanın dini göstərişlərə münasibətini ciddiləşdirir.

Kəffarə olaraq acların doydurulması, onlara libas verilməsi, heyvan kəsib onun ətini yoxsullar arasında paylamaq ola bilər. Bir çox günahlara görə kəffarə ödənməlidir. Oruc halda, Həcc və ümrə ehramında baş vermiş günahlar, bu kimi başqa xoşagəlməz işlər müqabilində kəffarə verilir. Kəffarə həm də cəmiyyətdəki yoxsulluğun aradan qaldırılmasında rol oynayır.

On doqquzuncu fəsil

Həcc böyük İslam konfransıdır


Həcc dedikdə Məkkədə Allah evinin ziyarəti, xüsusi bir proqramın icrası nəzərdə tutulur. Həcc ibadətinin də digər ibadətlər kimi böyük bərəkətləri var. Həcc həm fərd, həm də cəmiyyət üçün xeyirlidir. Müsəlmanlar bu proqramı düzgün yerinə yetirərlərsə, Həccdən əyləncə və səyahət məqsədi ilə istifadə etməzlərsə, hər il bu böyük mərasimdən sonra İslam dünyasında böyük dəyişikliklər müşahidə olunar.

Həccin tə`sirləri və yönümləri


Həcc mərasiminin bir sıra dəyərli tə`sirləri və yönümləri var:

1. Ruhi dəyişiklik, özünütərbiyə

Həccin ən mühüm fəlsəfəsi onun əxlaqi yönümüdür. Həcc əməlini yerinə yetirmək qərarına gəlmiş dünya bər-bəzəyini bir kənara qoyub ehram libası geyir, bir sıra halal ləzzətlərə göz yumub özünütərbiyə proqramını yerinə yetirməyə başlayır. Həcc proqramının hər bəndini yerinə yetirən insanın Allaha bağlılığı güclənir. Öz qaranlıq keçmişindən uzaqlaşmış hacı işıqlı gələcəyə addım atır. Onun həyat kitabında nurlu bir səhifə açılır. Bu səbəbdən də rəvayətlərdə deyilir: Bülöv daşı dəmirin pasını apardığı kimi Həcc və ümrə insanın yoxsulluq və günahını aradan qaldırır.”1 Başqa bir hədisdə oxuyuruq: “Təkəbbürə yol vermədən Həcc və ümrə üçün Kə`bəyə üz tutan insan günahlardan təmizlənib, anadan doğulduğu vaxtdakı kimi pak olur.”2

Bəli, Həcc müsəlmanın dünyaya yenidən gəlişidir. Bu ibadət sağlam bir həyata atılan addımdır. Həcc ibadətini yerinə yetirən insanın qarşısında həzrət İbrahim, İsmail, Hacər, İslam peyğəmbəri (s) və onun yaxınlarının xatirələri və mücahidələri canlanır.

Necə də gözəl olardı ki, əziz gənclərimiz xəlvətdə Allahla raz-niyazları zamanı ondan sağlam və güclü olduqları bir vaxtda Həcc tövfiqi istəyəydilər. Belə bir vəziyyətdə insan Həcc ibadətindən daha böyük feyz alır.

2. İslam ümmətinin birliyi

Həccin mühüm yönümlərindən biri onun siyasi yönümüdür. Bu əzəmətli mərasim müsəlmanların birliyində tə`sirli amildir. Onun vasitəsi ilə İslam dünyası ilə bağlı mə`lumatlar dünyaya yayılır, əsarət zəncirləri qırılır. Həcc mərasimində ibadət ruhu siyasi gerçəkliklə bir araya gəlir.

Bə`zi rəvayətlərdə Həcc zəif insanların cihadı kimi təqdim edilir.1 Bu cihadda hətta qoca kişilər və qadınlar səhnəyə çıxır, İslam ümmətinin əzəməti tam mə`nasında özünü göstərir. Allah evi ətrafında sıx şəkildə cərgələnmiş ümmət öz vəhdət şüarları ilə İslam düşmənlərini qorxuya salır. Bəli, müsəlmanlar Həcc mərasimlərində ixtilafdan, firqəçilikdən çəkinməli, qarşılıqlı anlaşmaya gəlib düşmən üzərində qələbə yolunu araşdırmalıdırlar.

3. İslam maarifinin yayılması

Həcc mərasiminin digər bir faydası onun mədəni və elmi yönümüdür. Həcc günlərində müxtəlif firqələrdən, zümrələrdən olan müsəlmanların rabitəyə qatılması İslam maarifinin dünyaya yayılmasında güclü amil ola bilər. Hələ Bəni-Üməyyə və Bəni-Abbas hökumətləri dövründə müsəlmanlar sıxıntıya salınmış İslam hökmlərinin yayılması üçün Həcc mərasimindən faydalanır, mə`sum imamlar, böyük alimlərlə rabitəyə qatılaraq öz problemlərini həll edirdilər. Həcc mərasimi İslam mütəfəkkirlərinin böyük konfransı ola bilər. Alimlər bu mərasimdə bir araya gəlib İslam maarifinin təbliği üçün yol axtara bilərlər.

4. İqtisadi dayaqların möhkəmləndirilməsi

Həccin digər bir yönümü iqtisadi yönümdür. Həcc mərasimindən faydalanmaqla İslam məmləkətləri öz iqtisadi dayaqlarını möhkəmləndirə bilər. Bu iş nəinki Həcc amallarına zidd deyil, hətta bu mərasimin fəlsəfələrindən biridir. İmam Sadiq (ə) Hişam ibn Həkəmin Həccin fəlsəfəsi ilə bağlı sualına cavab verərkən bildirir ki, bu ilahi vəzifənin faydalarından biri sərmayələrin bir şəhərdən o birinə hərəkətidir.1 Çox yaxşı olardı ki, müsəlmanlar bu mərasimdə İslam iqtisadi birliyinin bünövrəsini qoyaydılar. Əgər bu iş görülərsə, müsəlman məmləkətlərinin qazancı İslam düşmənlərinin cibinə axmaz, müsəlmanlar iqtisadi asılılıqdan qurtularlar.

Deyilənləri nəzərə aldıqda görürük ki, müsəlmanlar bu müstəsna fürsətdən faydalanıb bir sıra problemlərini həll edə bilərlər. Bəli, Həcc ibadətinin siyasi ideoloji, mədəni, iqtisadi faydaları var. Olsun ki, elə bu səbəbdən imam Sadiq (ə) buyurur: “Nə qədər ki, Kə`bə evi yerindədir, İslam da yerində möhkəm dayanmışdır.”2

Amma çox əfsus ki, bütün bu faydalara göz yumur, Həcc səfərini əyləncə və səyahətə çeviririk. Bə`ziləri bu səfərdən özününümayiş məqsədi ilə istifadə edir. Peyğəmbər (s) buyurur: “Elə bir dövr gələr ki, həmin dövrdə padşahlar əyləncə, varlılar, qazanc, yoxsullar dilənmək üçün Həccə gedər.”3


Sual: Həcc kimlərə vacibdir?

Cavab: Aşağıda sadalanacaq şərtlərə malik insanlara ömründə bir dəfə Həccə getmək vacibdir: büluğ həddində, aqil olsun; Həccə getmək qüdrəti olsun; Həccə getməsi onun haram işə yol verməsinə, vacib bir işdən çəkinməsinə səbəb olmasın (haramı tərk etmək, vacibi yerinə yetirmək Həccdən mühümdür)
Sual: Həcc qüdrəti (istitaət) dedikdə nə nəzərdə tutulur?

Cavab: İnsanın istitaətli (qüdrətli) sayılması üçün altı şərt ödənməlidir:
1. Sağlamlıq, Həcc əməllərini yerinə yetirmə gücü;

2. Səfər xərcini ödəyəcək imkan;

3. Həccə gedən şəxsin himayəsində olanların hami Həccdən qayıdanadək xərclərinin ödənməsi;

4. Yolun maneəsiz olması, yolda insanın canı, şəxsiyyəti və malı üçün təhlükələrin olmaması;

5. Həcc əməllərini yerinə yetirmək üçün kifayət qədər vaxt olması;

6. Həccə getmək istəyən şəxsin elə bir işi və qazancı olmalıdır ki, Həccdən qayıtdıqdan sonra öz ehtiyaclarını və himayəsində olanların ehtiyacını ödəyə bilsin.


Sual: Əgər bir şəxs Həcc qüdrətinə sahib olub Həccə getməsə, sonradan yoxsullaşsa, Həcc ona vacib olaraq qalırmı?

Cavab: Bəli. Həcc ona vacib olmuşdur və zəhmətə düşərsə də Həcci yerinə yetirməlidir.

Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin