Ustad Hüseyn Ənsariyan


İyirmi beşinci fəsil Yemək və içməyin hökmləri və qaydaları



Yüklə 1,03 Mb.
səhifə46/48
tarix22.10.2017
ölçüsü1,03 Mb.
#9300
1   ...   40   41   42   43   44   45   46   47   48

İyirmi beşinci fəsil

Yemək və içməyin hökmləri və qaydaları


Qur`ani-kərimdə buyurulur: “Ey iman gətirənlər, sizə ruzi etdiyimiz pak qidalardan yeyin və Allaha şükr edin.”1

İnsan öz həyatını davam etdirmək üçün qidalanmaya möhtacdır. Amma qidaların kəmiyyət və keyfiyyətinə diqqətli olmaq lazımdır. Allah-taala buyurur: “İnsan öz təamına diqqətli olmalıdır.”2

İnsan yemək-içməyə o qədər həvəskar olmamalıdır ki, nə yediyinin fərqinə varmasın. Bu halda nəinki qidalar faydasız olar, hətta insana böyük zərər verər.

Həzrət Peyğəmbər (s) buyurur: “Allaha qarşı öncə altı qiyam vasitəsi olmuşdur: dünyapərəstlik, rəyasətpərəstlik, qarınqululuq, şəhvətpərəstlik, çox yatmaq, rahattələblik.”3 Rəvayətdə nəql olunur ki, Peyğəmbərdən (s) soruşdular: “İnsanı cəhənnəmə daha çox çəkən nədir?” Həzrət (s) buyurdu: “Qarın və qarının aşağısı (şəhvət).”4


Yaşamaq, zikr üçün yeməli insan,

Düşünmə yeməkçün yaşamalısan.5

Qidalanma ilə bağlı qadağalar


Qidalanma miqdarı insanın ruhuna tə`sirlidir. Ayrı-ayrı qidalarda fərqli əxlaqi və fiziki tə`sirlər var. İslam dini bütün bu nöqtələri nəzərə alaraq qidalanma ilə bağlı qadağalar qoyur. Onlardan bə`zilərini nəzərdən keçirək:


  1. Çox yemək

Bir çox xəstəliklərin səbəbi insan bədənində həzm olunmayan yağlı xörəklərdir. Bu qidalar insanın ürəyi, digər bədən üzvləri üçün ağır bir yükdür. Bədəndə yığılmış bu qidalar müxtəlif mikrobların, xəstəliklərin yaranmasına səbəb olur. Bu problemlərdən kənarda qalmaq üçün qidalanmada orta həddi gözləmək, qarın qululuqdan çəkinmək lazımdır. Allah-taala buyurur: “Yeyin və için, amma israf etməyin. Allah israfçıları sevməz.”1
Çox yemə ağzından qayıdar geri,

Az yemə cisminə olmaz əsəri.2
Bu mövzu ilə bağlı bir neçə hikmətli buyuruğu nəzərdən keçirək:

Həzrət Peyğəmbər (s) buyurur: “Mö`min insan bir qarın, münafiq isə yeddi qarın yeyir.”3

Həzrət Əli (ə) buyurur: “Yalnız ac olanda süfrəyə əyləş. Nə qədər ki iştahan qalıb süfrədən qalx. Qidanı yaxşı çeynə. Yatmazdan qabaq ayaqyoluna get. Deyilənlərə əməl etsən, həkim və dərmana möhtac olmazsan.”4

İmam Baqir (ə) buyurur: “Allahı ən çox qəzəbləndirən dolu qarındır.”5

İmam Sadiq (ə) buyurur: “İnsan öz həyatını davam etdirmək üçün qidalanmağa məcburdur. Amma qidalanarkən qarının üçdə birini yemək, üçdə birini içmək, üçdə birini nəfəs almaq üçün nəzərdə tutmaq lazımdır. Özünüzü kəsim üçün saxlanılan donuzlar kimi kökəltməyin.”6

Nəql olunur ki, Harun ər Rəşidin öz məharəti ilə tanınan məsihi bir həkimi vardı. Bir gün həmin həkim İslam alimlərindən birinə dedi: “Mən sizin səmavi kitabda tibblə bağlı bir yazı görməmişəm. Hansı ki, iki elm faydalıdır: din elmi və sağlamlıq elmi.” Alim ona belə cavab verir: “Allah-taala bütün tibbi göstərişləri öz kitabının ikidə bir ayəsində belə bəyan edir: “Yeyin və için, israf etməyin.” Peyğəmbərimiz (s) də bütün tibbi bir cümlədə xülasələşdirmişdir: “Mə`də bütün xəstəliklərin evidir. Pəhriz ən yaxşı dərmandır...” Məsihi həkim deyilənlərə münasibətini belə bildirir: “Sizin Qur`an və Peyğəmbəriniz (s) Calinus üçün tibbdən bir şey saxlamayıb.”1

Sə`di deyir: “Bir abid gecə 10 mən (ölçü) təam yeyər və səhərədək Qur`an oxuyardı. Bir hal əhli bu barədə eşidib dedi: “Əgər bir tikə çörək yeyib səhərədək yatsaydı bundan daha yaxşı idi.”2
2. Haram qidalanma

İnsanın qidaları halal olmalıdır. Haram yolda əldə olunmuş qidalardan çəkinmək lazımdır. Yalnız aclıq və susuzluqdan ölmək təhlükəsi yarandıqda və halal bir şey tapılmadıqda təhlükədən qurtarmaq üçün bir miqdar halal olmayan şey yemək olar. Hər halda həmin şeyin əvəzini sahibinə qaytarmaq lazımdır.

Bu mövzuda həzrət Peyğəmbərin (s) bir neçə buyuruğunu nəzərdən keçirək:

a) “Bir tikə haram yeyənin 40 gecə namazı, 40 sübh duası qəbul olmaz. Bədənində həmin tikədən yaranan ət cəhənnəm odunda yanmağa layiqdir...”3

b) Qidada dörd xüsusiyyət olarsa o kamil qidadır: Halal yolla əldə edilsin, başqaları da ondan bəhrələnsin, qidalanmadan öncə Allahın adı çəkilsin, qidalanmanın sonunda Allaha həmd-səna deyilsin.”4

C) Halal qida yeyənin başı üzərində mö`min mələk süfrə yığışanadək həmin şəxs üçün bağışlanma diləyər. Haram tikə yeyənə isə göyün və yerin bütün mələkləri lə`nət yağdırar. Nə qədər ki, həmin tikə ağzındadır, Allah ona mərhəmət nəzərini salmaz...”1


3. Haram və murdar şeylərlə qidalanmaq

İnsan şəriətdə haram buyurulmuş şeylərdən çəkinməlidir. Yalnız insanın həyatı üçün təhlükə yarandıqda və halal bir şey tapılmadıqda halal olmayan şeylərdən istifadə etmək mümkündür.

Yuxarıdakı üç qadağanın fəlsəfəsi vardır. Həmin qadağalar insanın mə`nəvi və fiziki durumunu tam nəzərə almaqla tənzimlənmişdir. Bə`zi rəvayətlərdə bildirilir ki, leş (qanuni kəsilməmiş heyvan əti) yemək insanı zəiflədir, nəsil davamına mane olur. Ardıcıl şəkildə bu sayağı qidalanan qəfil ölümə düçar olur.2

İslamda haram sayılan qidalardan bə`zilərini nəzərdən keçirək:

a) Şərab və məstedici içkilər içmək; Həzrət Peyğəmbər (s) buyurur: “Şərab bütün günahların köküdür.”3 Müxtəlif rəvayətlərdə şərab olan süfrədə əyləşmək qadağan olunur. Həzrət Peyğəmbər (s) buyurur: “Şərab olan süfrədə əyləşən şəxs lə`nətlənir.”4

Əgər ağıllı və büluğ həddinə çatmış bir şəxs öz istəyi ilə bilərəkdən hətta az miqdarda şərab içərsə və onun bu günahı şər`i hakimə sübut olunarsa, həmin şəxsə 80 qamçı cəza tə`yin olunar.

B) İt və donuz kimi murdar heyvanın əti və südü; pələng və pişik kimi yırtıcıların, fil və dovşan kimi heyvanların, ilan kimi sürünənlərin, xərçəng və əqrəb kimi həşəratların yeyilməsi haramdır.

C) Murdarlanmış şeylər və vacib ehtiyata əsasən, insanda nifrət yaradan şeylər;

ç) İnsanın cismi və ruhu üçün zərərli olan şeylərin qəbulu; yalnız həkim zəruri saydığı hallarda müəyyən miqdarda qəbul etmək olar.


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin