Ustad Hüseyn Ənsariyan


Xalqla ünsiyyətin əsas şərtləri



Yüklə 360,92 Kb.
səhifə30/61
tarix04.01.2022
ölçüsü360,92 Kb.
#57156
1   ...   26   27   28   29   30   31   32   33   ...   61

Xalqla ünsiyyətin əsas şərtləri


a) Zahiri və batini gözəlliyə riayət

Aydın oldu ki, tənhalıq və guşənişinlik İslam baxımından məqbul deyil. Allah orta bir yol təqdim edir. Bu yolu seçən insan ilk addımda salehlərlə ünsiyyətə qatılır və ən zəruri hallarda saleh olmayan insanlarla ünsiyyət saxlayır. İkinci zümrə ilə rabitədə məqsəd onların hidayətidir. Təbii ki, saleh insanlarla rabitə qurmaq qərarına gəlmiş insan ilk növbədə onları tanıya bilməlidir. İkinci addımda salehlərin diqqətini cəlb edəcək zəmin hazırlanmalıdır. Sonda isə nəzərdə tutulmuş rabitələr qurulur. Allah-təala saleh insanlarla ünsiyyət üçün iki şərt bəyan edir: Birinci şərt budur: “Ey Musa! Özünü pakla, qüsl et, sonra mənim saleh bəndələrimə yaxınlaş.” Saleh insanlarla rabitənin birinci şərti insanın cismani təmizliyidir. Çünki insanlar libası çirkli və pinti fərdlərlə ünsiyyətdən qaçır. Amma təkcə yuyunmaqla kifayətlənmək olmaz. Yuyunmaqla yanaşı ibadi baxımdan, Allah xatirinə paklanmaq lazımdır. Bu səbəbdən də müraciətdə həm cismən təmizlənmək, həm də Allaha yaxınlaşmaq məqsədi ilə qüsl etmək tapşırılır. Qüsl vasitəsi ilə insanın batini təmizlənir, salehlərlə ünsiyyətə qatılmaq üçün ruhi hazırlıq yaranır.

İslam təmiz geyinməyi, saçları qaydaya salmağı, dişləri yumağı, ətir vurmağı tapşırmaqla möminlərin xoş sima ilə cəmiyyətdə görünməsini nəzərdə tutur. Bu şərtlərə əməl olunduqda ətrafdakılar insanla rabitəyə maraq göstərir. Əziz İslam peyğəmbəri (s) zahiri səliqəsinə və təmizliyinə xüsusi diqqət yetirmiş, ətirlənmişdir. Evdən bayıra çıxanda libasını səliqəyə salmış, saçlarını daramışdır. Peyğəmbər (s) güzgü olmadıqda suya baxıb saçını və saqqalını qaydaya salmışdır.

Ətrafdakılarla ünsiyyətdə zahirən səliqəli olmaq hamı üçün zəruridir və təkcə möminlərə aid deyil. Möminlər üçün mühüm və dəyərli sayılan budur ki, zahiri gözəlliklə yanaşı batini gözəlliyə nail olsunlar. Salehlərlə ünsiyyətə qatılmaq üçün ibadət məqsədi ilə yuyunmaq lazımdır ki, bu iş batinə təsir göstərsin və nəticədə saleh bəndələrlə rabitəyə qatılan insan daha çox nuraniyyət əldə etsin.




Yüklə 360,92 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin