Ustad Hüseyn Ənsariyan


Bəndəlik məqamına etiqadın insanın rəftarlarında təzahürü



Yüklə 360,92 Kb.
səhifə48/61
tarix04.01.2022
ölçüsü360,92 Kb.
#57156
1   ...   44   45   46   47   48   49   50   51   ...   61

Bəndəlik məqamına etiqadın insanın rəftarlarında təzahürü


Allaha bəndəlikdən xeyli danışılsa da, məclislərdə Allahın rübubiyyəti ilə bağlı ayə və rəvayətlər zikr edilsə də, Allahın rübubiyyətinə və insanın bəndəlik məqamına inanmayanlar çoxdur. Onlar nə üçün yarandıqları, hansı məqsədlə yaşadıqları və hansı məsuliyyət daşıdıqları barədə düşünmürlər. Onlar eynən başqa canlılar kimi yalnız qarınlarını doyurmağa və rahatlığa çalışırlar. Belələri öz ehtiyaclarını təmin etmək üçün halal-haram bilmir, istənilən bir yolla var-dövlət əldə etməyə çalışırlar.

Allah-təala insanlara bəndəlik məqamını anlatmaq, hər nəyin Allah mülkü olduğunu onların nəzərinə çatdırmaq üçün həzrət Musaya buyurur: “Mən həmin uca mərtəbəli ağayam ki, səni ram (olmuş) torpaq qarışıq gildən götürülmüş həqir sudan olan nütfədən çıxardım.” İnsanın nəzərinə çatdırılır ki, o artıq gözəlliklərə, meyllərə və istedadlara malik bir varlıqdır. Nə varsa Allahdandır və insan Allahın mülküdür. Bəli, heç nəyi olmayan insan öz malikinə, xaliqinə, Rəbbinə ibadət və bəndəlik etməlidir!

Bəndəlik məqamına inam və bu məqamın dərki insanın həyatında böyük dəyişikliklər yaradır. Belə olduqda insan öz işlərini Allaha tapşırır, bütün işləri ibadət və bəndəlik məqsədi ilə yerinə yetirir. Onun yemək yeməkdə məqsədi ibadət üçün enerji əldə etmək olur. O ilahi vəzifələrini daha yaxşı icra etmək üçün istirahət edir, hətta ibadət zəmini hazırlamaq üçün işləyib pul qazanır. Onun ailə-övladın ehtiyaclarını ödəməyə səy göstərməsi də ibadət məqsədlidir. Allah da belə bir insanın bütün işlərini ibadət ünvanında qəbul edir. Bu işlərin əvəzində insana layiqincə mükafat verilir. Allahın rəsulu (s) buyurur: “İbadət on qisimdir və onun doqquz qismi halal ruzi qazanmaqdır.”1

Allahın razılığı, ilahi təklif olaraq görülən işlər ilahi təklif dairəsinə daxildir. Allahın göstərişi əsasında ailə-övladın ehtiyaclarını təmin etmək üçün göstərilən səylər də ibadətdir. İlahi təklif olaraq yerinə yetirilən izdivac da ibadət sayılır. Cihad üçün cəbhəyə gedən, təhsil alan, hətta xörək yeyən insanın məqsədi Allaha yaxınlaşmaqdırsa, bütün bu işlər ibadət sayılır. Amma nəfs istəkləri əsasında görülən işlər şeytana bəndəlikdir və bu işlərin sonu cəhənnəmdir.



Yüklə 360,92 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin