Ustad Hüseyn Ənsariyan


Qəlb və dini təlimlərdə onun rolu



Yüklə 360,92 Kb.
səhifə5/61
tarix04.01.2022
ölçüsü360,92 Kb.
#57156
1   2   3   4   5   6   7   8   9   ...   61
1.Qəlb və dini təlimlərdə onun rolu

«Qəlb» sözü ayə və rəvayətlərdə tez-tez işlədilən sözlərdəndir. Bu söz gündəlik dilə də həmin mənbələrdən keçmişdir. Əlbəttə ki, hazırkı rəvayətlərdə “qəlb” dedikdə insanın köksündəki sənubər şəkilli maddi üz nəzərdə tutulmur. Dini təlimlərdə düşüncə və hisslərin mərkəzi kimi fəaliyyət göstərən həqiqət qəlb adlanır. Quran qəlbin iki xüsusiyyətini qeyd edir. Birinci xüsusiyyət onun qazanılma və verilmə (hüsuli və hüzuri) elmlərdən xəbərdarlığıdır. İkinci xüsusiyyət meyllər və hisslərdir. Quran birinci xüsusiyyətlə bağlı buyurur: “Yer üzündə gəzmədilərmi ki, həqiqəti dərk edəcək qəlbləri olsun?!”1 İkinci xüsusiyyətlə bağlı buyurulur: “Möminlər Allah yada salındıqda qəlbləri qorxan kəslərdir.”2

Quranda rastlaşdığımız “fuad” sözü də qəlb mənasında işlədilir. Buna görə də qazanılma və verilmə elmlər, meyllər və hisslər ona aid edilir. Allah-təala qəlbin müxtəlif biliklər üçün mənşə olduğunu qeyd edir: “Qəlb gördüyünü inkar etmədi.”3

Şübhəsiz, ayədə hisslərlə görmək mənası nəzərdə tutulur. Qəlb mənəvi bir məfhum olduğundan onun görməsi də mənəvidir.




Yüklə 360,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin