Ustad Hüseyn Ənsariyan



Yüklə 360,92 Kb.
səhifə57/61
tarix04.01.2022
ölçüsü360,92 Kb.
#57156
1   ...   53   54   55   56   57   58   59   60   61

Doqquzuncu məclis

Allahla rabitə və başqalarından ehtiyacsızlıq


Ya Musa! Mənimlə rabitən qırılan vaxt məndən qeyriləri ilə rabitən bərqərar olmaz (rahatlaşacağın sığınacaq tapmazsan). Mənə pərəstiş et, fəqir və heç nəyi olmayan bəndə tək qarşımda dayan. Nəfsini məzəmmət etməklə məşğul ol, onun məzəmməti daha önəmlidir. Mənim kitabımla (Tövratla) Bəni-İsrail qarşısında öyünmə. Bu kitab nəsihət, sənin qəlbinə öyüd, aydınlıq üçün yetər. Çünki o aləmlərin Rəbbinin kəlamıdır.”

Ayə və rəvayətlərdə Allahla rabitə mövzusu


Qüdsi hədisin bu bəndinin başlanğıcında Allah-təala tövsiyə olaraq həzrət Musaya və möminlərə xəbərdarlıq edir ki, Allahla rabitəyə münasibətdə ehtiyatlı olsunlar. Əgər bu rabitə qırılarsa insan başqa biri ilə rabitə qura bilməz və ya quracağı rabitə ona əmin-amanlıq gətirməz. Oxşar təbirlərlə Quran ayələrində də rastlaşırıq. Allah öz bəndələrinə tövsiyə edir ki, Allahla rabitələrini möhkəmləndirsinlər. Ayələrdən birində oxuyuruq: “Hamınız Allahın ipinə sarılın və pərakəndə düşməyin.”1

Bu ayədə ilahi ip vəhdət və birlik amili kimi tanıtdırılır. Bəzi rəvayətlərdə bu təbir Əmirəl-möminin (ə) və Əhli-beyt (ə) kimi təfsir olunur. İmam Kazimdən (ə) uyğun ayə ilə bağlı belə nəql olunmuşdur: “Allahın möhkəm ipi Əli ibn Əbu-Talibdir (ə).”2

İmam Baqirdən (ə) həmin ayə haqqında soruşularkən buyurmuşdur: “Bizik Allahın möhkəm ipi.”3 Bəzi ayələrdə Allahla rabitə vasitəsi “ürvə”, yəni tutacaq kimi təbir olunur. Allah buyurur: “Dində heç bir məcburiyyət yoxdur. Doğru yol əyri yoldan aşkar seçildi. Hər kəs tağutu inkar edib Allaha iman gətirsə, şübhəsiz, möhkəm dəstəkdən yapışmışdır və o qırılası deyil. Allah eşidən və biləndir.”1

Bu ayədə “ürvətul-vüsqa” ifadəsi rəvayətlərə əsasən iman, Quran, Əhli-beyt (ə) vilayəti mənasında təfsir olunur. İmam Baqir (ə) uyğun təbirlə bağlı buyurur: “Ürvətül-vüsqa” Əhli-beyt (ə) sevgisidir.”2

İmam Sadiq (ə) həmin ayənin təfsiri ilə bağlı buyurur ki, nəzərdə tutulan bir olan və şəriksiz Allaha imandır.

İmam Riza (ə) buyurur: “İmam Hüseynin (ə) nəslindən olan imamlara itaət edən Allaha itaət etmişdir. Onlara müxalif olan Allaha müxalif çıxmışdır. Onlar möhkəm tutacaq və Allaha doğru bir vasitədir.”3

Həzrət Quran haqqında buyurur: “Quran Allahın möhkəm ipidir, Onun möhkəm tutacağıdır.”4


Yüklə 360,92 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin