Ustad Hüseyn Ənsariyan


Araşdırma müəssisəsinin müqəddiməsi



Yüklə 360,92 Kb.
səhifə2/61
tarix04.01.2022
ölçüsü360,92 Kb.
#57156
1   2   3   4   5   6   7   8   9   ...   61

Araşdırma müəssisəsinin müqəddiməsi


Həqiqət varlıq və bəşəriyyətin ən əsil, ən əbədi və ən gözəl sirr və ehtiyaclarındandır. Həqiqət yolunda çox möminlər və sadiq alimlər candan keçdi. Həqiqət yolunda cahillər və batilpərəstlər hansı hiylələrə əl atıb qurğular qurmadılar?! Həqiqətin zülmə məruz qalması nə qədər acıdırsa, haqla batil arasında mübarizədə haqqın daimi qələbəsi bir o qədər şirindir. Batil puç olası, yerə girəsidir. Həqiqətin bu sayaq yüksəlişi onun xarakterik səciyyəsi olmaqla yanaşı, həqiqətpərəstlərin səmimi və ardıcıl təlaşlarının nəticəsidir. Onlar elm və əməl səhnəsində qol çırmamış, dünya bağlarını qırmışlar. Şübhəsiz ki, həqiqətin yüksəlişində dinlərin, ilahi peyğəmbərlərin, xüsusi ilə İslam peyğəmbəri (s) və onun həqiqi canişinlərinin rolu daha böyükdür. Məşhur şiə alimləri öz misilsiz və təhlükəli missiyalarını ağıl və dini mənbələrdən bəhrələnməklə, Quran maarifi dəryasında qəvvaslıqla zalımların hücumları qarşısında fədakarlıqla dayanmaqda görmüşlər. Onlar bu yolda canlarını fəda etmişlər. Hazırkı mənəviyyat böhranı əsrində həqiqət və bəşəriyyətin düşmənləri hər vasitə ilə dünyaya hakim olmağa çalışırlar. Onlar bu məqsədlə istehsalı gücləndirir, informasiya şəbəkəsini genişləndirir, müxtəlif sahələrdə texnoloji nailiyyətlərdən faydalanırlar. Bu meydanda həqiqətpərəstlərin, dini və dünyəvi elmlərlə məşğul olanların, xüsusi ilə din alimlərinin məsuliyyəti olduqca böyük və ağırdır.

Şiə dünyasında fəlsəfə, kəlam, təfsir, hədis, fiqh, üsul kimi sahələrdə araşdırma aparanların çox aydın proqramları var. Bu proqramlar sayəsində dinlə bağlı bütün qaranlıq nöqtələr işıqlanır. Tədqiqatçılarımızın təbiət elmləri, təcrübə sahəsi və istehsalda ciddi fəaliyyətləri var. Onların atdıqları addımlar ümidvericidir. Onlar hər an öz layiq olduqları məqama yaxınlaşmaqdadırlar. Dünyanın elm meydanında şiələrin öz yerini tutacaqları gün yaxındadır. Amma ictimai elmlər sahəsində fəaliyyətlər qənaətbəxş deyil. Bir çox hallarda biganələrin əsərlərinin tərcümələri ilə, həmin əsərlərdən iqtibaslarla kifayətlənirlər. İslam mənbələrindən qaynaqlanan yaradıcılıq əsərləri ilə az rastlaşırıq. Bu istiqamətdə lazımi səviyyəyə yüksəlmək üçün qarşıda uzun yol var. Bəli, dini bilgilərin təfsir və izahatı, İslam maarifinin proqramlaşdırılması, ictimai elmlər istiqamətində səylərin artırılması elmi müəssisələrin və dini hövzələrin ən mühüm məsuliyyətlərindəndir.

İmam Xomeyni adına elmi-tədqiqat müəssisəsi İslam inqilabının böyük rəhbərinin dəstək və himayələri sayəsində təsis olunduğu gündən Ayətullah Məhəmmədtəqi Misbah Yəzdinin baxışlarına uyğun olaraq ciddi fəaliyyətdədir. Müəssisə elmi araşdırmalar aparır, cəmiyyətin ideoloji-dini ehtiyaclarını ödəmək istiqamətində proqram həyata keçirir. Araşdırma müəssisəsi uyğun məqsədlə həm də tədqiqatçıların əsərlərini çap edir. Həmd olsun Allaha, bu vaxtadək İslam cəmiyyətinə güc çatan sayda əsərlər təqdim olunmuşdur.

Qarşınızdakı kitab cənab Ayətullah Məhəmmədtəqi Misbah Yəzdinin hicri-qəməri 1426-cı ildə (hazırda hicri-qəməri 1428-ci il) müqəddəs Qum şəhərində böyük rəhbərlik məqamının dəftərxanasındakı çıxışlarının bir hissəsidir. Kitab dəyərli tədqiqatçı cənab höccətül-İslam Ağa Kərim Sübhani tərəfindən tərtib olunmuşdur. Bəzi qüdsi hədislər və Allah-təalanın həzrət Musaya nəsihətləri kitabın əsas mövzusunu təşkil edir. Araşdırma mərkəzi müəllif və tədqiqatçıya bərəkətli ömür və ilahi tövfiq arzulayır.



Yüklə 360,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin