Ustad Hüseyn Ənsariyan


Ətrafla rabitələrin həddi



Yüklə 360,92 Kb.
səhifə28/61
tarix04.01.2022
ölçüsü360,92 Kb.
#57156
1   ...   24   25   26   27   28   29   30   31   ...   61

Ətrafla rabitələrin həddi


Görən öncə nəql etdiyimiz rəvayət və bu mövzuda nəql olunmuş bir sıra qüdsi hədislər bütün dövrə aiddir, yoxsa xüsusi şəraitlər üçün nəzərdə tutulmuşdur? Doğrudanmı bütün hallarda möminlər öz əqidə və əxlaqlarını qorumaq üçün kənara çəkilməlidirlər? Doğrudanmı, İslam özünü tərbiyələndirib Allah yolunu tutmaq istəyənlərə cəmiyyətdən uzaqlaşmaq göstərişi vermişdir? Ola bilərmi ki, İslam ictimai rabitələri tövsiyə edərkən saleh insanları günahkarlardan fərqləndirməsin? Günahdan qorunmaq tapşırıldığı halda günahkarla rabitələrin tövsiyə olunması mümkündürmü? Bəlkə İslam həzrət Musanın şəriətində və Əhli-beyt (ə) rəvayətlərində bəyan olunduğu kimi üçüncü bir yolu tövsiyə edir? Bəli, möminləri saleh insanlarla rabitəyə, günahkarlardan çəkinməyə çağıran üçüncü bir yol da var. Yəni saleh olmayanlarla yalnız zəruri həddə və onların hidayəti məqsədi ilə rabitələrə qatılmaq olar. Olsun ki, saleh olmayan fərdlər ətrafdakıların köməyinə ehtiyac duysun. Mömin müsəlman nəinki ehtiyaclılara, hətta savaş məqsədində olmayan kafirlərə əl tuta bilər. Qurani-kərimdə də bu nöqtəyə toxunulmuşdur: “Allah sizi dində sizinlə vuruşmayan, sizi məskənlərinizdən çıxarmayan kəslərə yaxşılıqdan, onlarla ədalətli rəftardan çəkindirmir. Allah ədalətliləri sevir.”1

Ayədə həzrət Musanın şəriətində və İslamda göstərilən yol təsdiqlənir. Şübhəsiz ki, məsihiliyin başlanğıcında, həzrət İsanın besəti dövründə belə bir yol doğru sayılmışdır. Rahiblik xüsusi və təhlükəli şəraitdə həzrət İsanın ardıclları üçün nəzərdə tutulmuş bir yol idi. Çünki bu zümrə yəhudilər tərəfindən ciddi təzyiqlərə məruz qalır və əzab-əziyyətdən yaxa qurtarmaq üçün cəmiyyətdən uzaqlaşırdılar. Həzrət İsanın ardıcılları müşrik və yəhudi cəmiyyətdən uzaqlaşmağa məcbur idilər. Amma zaman keçdikcə bütün şəraitlərdə uyğun həyat tərzinə üstünlük verildi. Bir qrup məsihi təhlükəli dövr başa çatdıqdan sonra da tərkidünyalıq yolunu seçdi.

Qeyd etdik ki, Allah-təala günahkarlarla münasibətdə rabitələrə hədd qoyulmasını tapşırır. Möminlərə əmr edilir ki, saleh insanlarla yaxınlıq etsinlər. Çünki ətrafdakılarla ünsiyyət insanların əxlaq və əməlinə, hətta etiqadına təsirlidir. Bu əsasla həzrət Peyğəmbər (s) buyurur: “İnsan öz dostunun dinindədir. Hər biriniz kiminlə dost olduğunuza baxın.”1

Həzrət digər bir məqamda kiminlə dostluğun faydalı olduğunu açıqlayır: “Bir şəxs ki, onunla görüş sizə Allahı xatırlatsın, onun sözləri elminizi artırsın və əməli axirəti yadınıza salsın.”2 Həzrət Peyğəmbər (s) möminlərin məclisi haqqında buyurur: “Nə vaxt behişt bağlarından bir bağ görsəniz bu bağı dolanın ... həmin bağ möminlərin məclisidir.”3

Bəli, elə bir insanla rabitədə olmaq lazımdır ki, bu rabitə sizin kamilliyiniz və Allaha yaxınlaşmağınız üçün faydalı olsun. İnsanı dünyaya rəğbətləndirən, ona Allahı unutduran, ilahi göstərişləri pozmağa çağıran kəslərlə yaxınlıq yalnız Allahın qəzəbi və əbədi peşmançılıqla sonuclanır. Allah-təala günahkarlarla yoldaşlıq edənlərin acı aqibəti haqqında buyurur: “Bir gün sitəmkar şəxs əllərini dişləyib deyər: “Ey kaş Peyğəmbərlə (s) yol seçəydim. Vay olsun mənə, kaş filankəslə dost olmayaydım. O məni azdırdı, hansı ki öncə Quranı tanımışdım. Şeytan daim insanı alçaldır.”4


Yüklə 360,92 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin