Ustad Hüseyn Ənsariyan


İxlas və ilahi niyyət ibadəti möhkəmləndirir



Yüklə 360,92 Kb.
səhifə49/61
tarix04.01.2022
ölçüsü360,92 Kb.
#57156
1   ...   45   46   47   48   49   50   51   52   ...   61

İxlas və ilahi niyyət ibadəti möhkəmləndirir


Bəziləri zahirdə ibadət edib din libasında dindən dəm vursalar da, Allaha yaxınlaşmaq məqsədində olmadıqlarından şeytana bəndə sayılırlar. Onların əksər işləri nüfuz və məqam əldə etmək üçündür. Buna görə də bütün işlərdə, o cümlədən ibadətlərdə məqsədimizə diqqətli olmalıyıq. Görəsən atdığımız addım Allaha xatirdir, yoxsa nəfs istəyindən qaynaqlanır? Görəsən bizi addım atmağa vadar edən başqalarına xoş görünmək istəyi deyil?

Biz ömrümüzün hər anında, atdığımız hər addımda imtahana çəkilirik. Şeytan daim bizi aldatmaq barədə düşünür. Onun məqsədi xoş niyyətlərimizi puça çıxarmaqdır. Onun məqsədi budur ki, insan zahirdə ibadət edib xalqa xidmət göstərsə də, Amerika və digər Allah düşmənləri ilə mübarizəyə qalxsa da, məqsədi qeyri-ilahi olsun. İnsanlar əməllərin zahirini görür, batinindən xəbərsiz qalır. Amma nəhayət bir gün bütün iç məqsədlər açıqlanır. Amma Allahın övliyaları bu dünyada da insanların iç məqsədlərindən xəbər tutur.

İlkin İslam dövründəki savaşlardan birində Peyğəmbərin (s) yaxınlarından olan bir gənc meydana daxil oldu. O misilsiz bir şücaətlə vuruşdu və sonda öldürüldü. Bu gəncin qəhramanlığı ətrafdakıları heyran qoymuşdu. Onlar həmin gəncin behiştdəki uca məqamından dəm vurduqları vaxt Peyğəmbər (s) buyurdu: “Onun behiştdən bir payı yoxdur.” Səhabələr təəccüblənib deyilənlərin səbəbini soruşdular. Peyğəmbər (s) buyurdu: “Biz Mədinədən savaş meydanına yola düşərkən həmin gənc bizə qoşulmayıb Mədinədə qaldı. Sonradan Mədinə qadınları onu şəhərdə görüb dedilər: “Gənclərimiz cəbhəyə getdilər, bu gənc isə şəhərdə gəzir. Qadınların sözü gəncin şəxsiyyətinə toxundu və o cəbhəyə getmək qərarına gəldi. Həmin gənc xalq onu tərif etsin deyə, düşmənlə savaşa qatıldı və öldürüldü. Şöhrət üçün savaşdığından onun cəbhədə iştirakı Allah hüzurunda dəyərli deyil.”


Yüklə 360,92 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin