Ustad Misbah Y?zdi


QÜRUR VƏ LOVĞALıĞıN RƏFTARA TƏ’SIRI



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə104/156
tarix23.04.2022
ölçüsü0,84 Mb.
#115474
növüDərs
1   ...   100   101   102   103   104   105   106   107   ...   156
Əbədi öyüd 2022

QÜRUR VƏ LOVĞALıĞıN RƏFTARA TƏ’SIRI
Həzrət Əlinin  (ə)  kəlamları güzgüsündə elmi qürur və
eqoistlik kimi bəlaları müşahidə etdikdən sonra Həzrətin  (ə)
alimlər haqqında buyuruqlarını bilsək,  yaxşı olar.  Həzrət  (ə)
alimləri iki qrupa ayırır.  Onlardan bir qismi elmi məsələlərin
müəyyən bir hissəsindən xəbərdardırlar və rəftarları da ikilidir.
Çünki elmə iki pəncərədən boylanırlar.  Həzrət  (ə)  onların
haqqında buyurur: “Alim o şəxsdir ki, bildiklərinin bilmədikləri
ilə müqayisədə az olduğunu anlasın.” Belələri Qur’ani-kərimin
bir tə’birini özləri üçün əsas götürürlər:  “Sizə yalnız cüz’i bir
bilik verilmişdir.”  onlar anlayırlar ki,  malik olduqları elm
dəryadan damla da deyil.  Ona görə də heç vaxt qürrələnmir,
lovğalanmırlar.  Onlar öz bildiklərini zülmət içində közərən
nöqtə kimi qiymətləndirdiklərindən təvazö göstərir,  öz
əliboşluqlarını dərk edirlər. Belə alimlər özlərini cahil bildikləri
üçün xüsusi bir həyat tərzi yaşayırlar. Həzrət (ə) buyurur: “Ona
görə də özünü cahil sayır, elm əldə etmək üçün çox çalışır və
daim elm axtarır.”  Onlar daim oxumadıqları kitabları
vərəqləyərək özlərini nadanlıqda qınayırlar və hər an öz
biliklərini artırmağa çalışırlar.
Birinci qisim alimlərin xüsusiyyətlərindən biri budur ki, elm
əhli ilə rastlaşdıqda lovğalanmır,  əksinə təvazö göstərir,
özlərini aşağı tuturlar. Özlərinə deyirlər ki, qarşısındakı şəxsin
bildiyi bir çox şeylərdən xəbərsizsən.  Həzrət  (ə)  buyurur:  “O,
elm əhli qarşısında təvazökardır. Mö’minə aid edilən “xüşu” və
“xuzu” xüsusiyyətlərindən “xüşu” daha üstün sifətdir. Xüzu bir
növ bədənin,  xüşu isə qəlbin təvazösüdür.  Zahirən əyilmək
xüşudursa, qəlbən əyilmək xüzudur.
Bu qrupdan olan insanların digər bir xüsusiyyəti öz fikirlərini,
rəylərini ən üstün fikir və rə’y kimi götürməmələridir.  Onlar
heç vaxt arxayın olmur, xətaya yol verəcəklərindən çəkinirlər.
İllər uzunu elmi araşdırmalar apardıqdan sonra belə fərqli
fikirlə rastlaşdıqda onu inkar etmirlər.  Vəsiyyətnamədə bu


127
xüsusiyyətə işarə ilə buyurulur:  “Bilmədiyi məsələ ilə
qarşılaşdıqda bilmədiyini inkar etmir.  Çünki öz cəhalətini
e’tiraf edir.”
Belə insanlara mərhum Əllamə Təbatəbaini misal göstərə
bilərik. Yarım əsrdən çox elmi mütaliələrlə məşğul olub, ali bir
məqama çatmış, “Əl-mizan” kimi bir Qur’an təfsiri yazmış şəxs
heç vaxt “bilmirəm” deməkdən çəkinməmişdir. Hətta bir suala
cavab verməzdən əvvəl  “olsun ki belədir”  qeyd edərmiş.  O
Əllamə Təbatəbai, bu isə biz!!
Həqiqi alim dərk edir ki,  onun biliklərində ehtimalların öz
çəkisi var və buna görə də öz biliyindən arxayın olmur. Onların
ən gözəl xüsusiyyətlərindən biri çox sükut etmələridir.  Həzrət
(ə) buyurur: “...Daim sükut edir.” Həqiqi alim nəinki nəzərini,
rə’yini qəti bildirmir, hətta nəzərini bildirməməyə çalışır. Onlar
daha çox öz xətalarına diqqət yetirirlər.  Səhv etdikdə
xətalarından xəcalət çəkir,  bunu özləri üçün eyib sayırlar.
Əksinə,  elm yoluna təzəcə qədəm qoyanlar elmin qoxusunu
duyar-duymaz çox danışır,  iddialı olurlar.  Harada gəldi,  hansı
məsələ oldu qəti fikir söyləyirlər.  Nəzərləri puça çıxdıqda
utanmadan “dünənin rə’yi o idi, bu günün rə’yi budur” deyirlər.
Amma danışığını ölçüb-biçən adam səhvə yol verdikdə çox
utanır.  Heç vaxt bilmədiyini inkar etmir.  Həqiqi alim
bildiklərini danışmaqdan çox bilmədiklərini öyrənməyə çalışır.
Həzrət Əli  (ə)  öz elminə görə qürrələnənləri cahil sayaraq
buyurur: “Cahil isə o şəxsdir ki, bilmədiyi işdə özünü alim zənn
edir və öz fikri ilə kifayətlənir.”  Belələri öz biliklərinin cüz’i
olmasından xəbərdar olduqları halda özlərini alimlər zümrəsinə
qatırlar.  Öz biliklərini artırmağa çalışmır,  üç-beş kəlmə ilə
kifayətlənirlər. Bilənlərdən bilmək əvəzinə onlardan uzaq gəzir,
alimlərdə eyb axtarır.  Bu arxayınlıq onu azğınlığa çəkən əsas
amillərdəndir.  Həzrət  (ə)  buyurur:  “Bilmədiyi məsələ ilə
üzləşdikdə onu inkar edir və deyir:  “Bu məsələ ilə
rastlaşmamışam,  güman etmirəm ki,  belə ola,  çətin ki belə
olsun...”  Bu sözlər həmin şəxslərin özlərindən xəbərsizliyini


128
göstərir.  Onlar başqalarına hörmətsizlik göstərir,  elmini
artırmaq istəmir, bilmədiklərini inkar edirlər.

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin