Bil ki, qarşıda uzun yolun, üzücü əziyyətin var; həqiqətən bu yolda yaxşılıq axtarışı, düzgün təlaşdan ehtiyacsız deyilsən; özünə lazımınca azuqə, ehtiyat götür; elə bir azuqə ki, səni məqsədə çatdıra, çiynində yüngül ola; gücündən ağır yük götürsən, sənə baha başa gələr; yükünü qiyamətədək götürəcək, ehtiyaclı olduğun gün sənə qaytaracaq biçarə, möhtac tapsan, onu qənimət bil; qənimət say o kəsi ki, ehtiyacsız olduğun gün səndən borc istəyir ki, ehtiyaclı olduğun gün sənə qaytarsın, bil ki, qarşında çətin bir dolambac var və enəcəyin yer yalnız ya behiştdir, ya da cəhənnəm; ora enənədək özünə bir çarə düşün.” Qeyd etdik ki, həzrət Əlinin (ə) vəsiyyətinin ümdə hissəsi
insanın dünya həyatında mövqeyi və dünyanın axirətlə
müqayisəsi haqqındadır. Bu mühüm məsələ ilə Həzrətin (ə) bir
çox buyuruqlarında, imam və övliyaların tövsiyyələrində
tez-tez rastlaşırıq. “Nəhcül-bəlağə”nin əksər xütbələrində bu
mövzuya toxunulur. Bu tə’kidlərin sirrinə diqqət yetirmək çox
əhəmiyyətlidir.