HƏYAT YOLUNU NECƏ KEÇƏK? Bəs bu uzun və təhlükəli yolda vəzifəmiz nədir?
Dayanıb-durmaqla bu təhlükədən qurtulmaq olarmı? Şübhəsiz
ki, belə bir iş mümkünsüzdür. Zaman insanı özü ilə sürükləyir.
İstər-istəməz
axirətə
doğru
hərəkətdəyik
və
məqsədə
sağ-salamat çatmaq üçün tədbir görməliyik. Yolu hərtərəfli
nəzərdən keçirib, əvvəl deyilmiş proqramla hərəkət etməliyik.
Bəs bu yola uyğun hansı azuqəni götürməliyik? Çünki dəniz
yolu bir cür, səhralıq bir başqa cür, dağ yolu isə tamam başqa
cür azuqə, hazırlıq tələb edir. Həzrət (ə) buyurur: “Həqiqətən
bu yolda yaxşılıq axtarışı, düzgün təlaşdan ehtiyacsız deyilsən.”
Ərəbcə mətndə işlənmiş “irtiyad” kəlməsi bu günkü anlamada
“proqram” mə’nasını bildirir. Yə’ni insan bu yolda düzgün
həyat
proqramı
üzrə
hərəkət
etməlidir. Məqsədimizi
aydınlaşdırmaq üçün bir misal çəkək: Tutaq ki, on günlük bir
səfərə çıxmalısınız və yolda yeməkxana, ərzaq dükanı yoxdur.
Təbii ki, səfəri sağ-salamat başa vurmaq üçün on günlük ərzaq
götürməlisiniz. Əgər ərzaqı az götürsəniz çətinlik çəkəcəksiniz,
çox götürsəniz yükünüz ağır olacaq. Demək, yolun uzunluğuna
uyğun ərzaq götürmək lazımdır. Ömür yolu da belədir. Bu uzun
yola münasib azuqə hazırlanmalıdır. Az ərzaq götürən aclıq
çəkir, çox ərzaq götürən isə ağırlıq altda qalır. Buna görə də
dəqiq proqram üzrə hərəkət etmək lazımdır. İfrat da, təfrit də
zərərlidir. Ən pisi budur ki, bə’zi müsafirlər tamamilə ehtiyac
duyulmayan bir şey götürməklə özlərinə problem yaradırlar.
Ağır yük sür’əti azaldır, bə’zən isə hərəkəti dayandırır. Ona
görə də yalnız zəruri şeyləri götürmək lazımdır. Eləcə də
götürülən azuqənin qədərinə diqqət yetirilməlidir ki, səfərdə
rahat hərəkət etmək mümkün olsun.
Beləcə, insan bu uzun səfərdə iki şərtə əməl etməlidir.
Əvvəla, yalnız zəruri şeylər götürülməli. İkincisi, götürülən
şeylərin qədəri dəqiq müəyyənləşdirilməlidir. Yə’ni həm azuqə
142
götürülməli, həm də yük yüngül olmalıdır. Səfər yükü ağır
olarsa, hərəkət etmək çətinləşər. Həzrət (ə) buyurur: “Elə bir
azuqə ki, səni məqsədə çatdıra, çiynində yüngün ola; gücündən
ağır yük götürsən, sənə baha başa gələr.”