143
verdiyi sərvətdən fəqirlər üçün borc istəyir və və’d edir ki,
həmin borcu qat-qat artıq qaytaracaq. Əgər Allah-təalanın bu
buyuruğunu qəbul ediriksə, nə üçün ona əməl etmirik? Əslində
əməl etməmək qəbul etməmək deməkdir. İkiqat qazanc və’d
edən insana inanırıq, amma onqat qazanc və’d edən Allaha
inanmırıq. Bu münasibət e’tiqad zəifliyi deyilmi? Əgər Allaha
inanırıqsa, öz səfər yükümüzü (sərvətimizi) bir fəqir tapıb ona
verməli və axirət günü geri almalıyıq. Bu fürsəti qənimət sayıb,
səfər yükümüzü yüngülləşdirməliyik. Ömür yolunda yüngül
yüklə hərəkət etmək yaxşı olmazmı?! İnanın ki, verdikləriniz
hədərə getməyəcək. Bu gün imkanınız varsa yubanmayın.
Sabah gec ola bilər!
Dostları ilə paylaş: