ALLAHı TANıMA VƏ ONA IMAN NE’MƏTI Sanki insanın vücudu və zehni elə qurulmuşdur ki, yalnız
ne’mətləri əldən verdikdən sonra onların qədrini bilir. İnsan
bütün ilahi ne’mətlərə qarşı belədir.
Bütün ne’mətlər sırasında Allahı tanıma ne’məti birinci yerdə
dayanır. Bu ne’məti dərk etmək çox çətindir. İmanımız zəifdir
və bunu hamımız e’tiraf edirik. İnsan şəkk-şübhəyə düşdükdə
bu zəif imanın qədrini bilir. Zəif iman işığı söndükdə insan
anlayır ki, artıq heç bir çıxış yolu yoxdur. Qəlbində son iman
işartısı sönən, qüdrətli bir varlıqla son bağları qırılan insan
üçün bədbəxtlikdən savay bir bəhrə qalmamışdır. Hikmət əhli
“Allahsızlıq çəkən bilir bu nə dərddir” buyurmuşdur. İmanını
itirənlərin halından xəbərsiz olan bizlər zəif imanımızın
dəyərini bilmirik. Axirət həyatı ilə yanaşı dünya həyatında
imanın nə dərəcədə əhəmiyyətli olduğu diqqətimizdən yayınır.