Ustad Misbah Y?zdi



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə122/156
tarix23.04.2022
ölçüsü0,84 Mb.
#115474
növüDərs
1   ...   118   119   120   121   122   123   124   125   ...   156
Əbədi öyüd 2022

ALLAHLA ƏLAQƏ NE’MƏTI
Allahı tanıma və ona iman ne’mətindən sonra ən üstün ne’mət
Allahla əlaqə ne’mətidir. Bu həqiqəti daha yaxşı anlamaq üçün
bir  müqayisə  aparaq.  Vəzifəli  bir  şəxsin  qəbuluna  düşmək
istəyən  insan  bir  çox  çətinlikləri  adlamalı  olur.  Bə’zən  isə  bu
görüş heç vəchlə baş tutmur. Hətta həmin şəxs çox qanunpərəst
və  ədalətli  olsa  da,  bə’zən  qəbula  düşmək  istəyənlər  çox
olduğundan  sizə  növbə  çatmır.  Çünki  həmin  vəzifəli  şəxs
insandır və onun vaxtı məhduddur. Bəşər övladı eyni vaxtda iki
nəfəri dinləmək, onların istəyini ani yerinə yetirmək imkanına
malik  deyil.  Amma  göylərin  və  yerin  malikinin  imkanları
nəhayətsizdir. Nəhayətsiz əzəmətə və qüdrətə malik olan varlıq
üçün bütün bəşəriyyətin ehtiyacını bir anda ödəmək çətin deyil.
Belə bir varlıqla hər yerdə, hər vaxt, hər halda əlaqə saxlamaq


147
asandır.  Amma  belə  bir  əlaqənin  yaranması  üçün  qəlbin
diqqətindən ibarət olan düymə basılmalıdır. Nə adı katibə qeyd
etdirmək,  nə  də  növbəyə  dayanmaq  lazım  gəlir.  Belə  bir
görüşün  asanlığını  o  şəxs  ne’mət  sayır  ki,  hansısa  vəzifəlinin
qapısında uzun müddət boynunu büküb dayanıb. Yalnız uyğun
əziyyəti  çəkənlər  Allahla  asan  əlaqəni  ne’mət  sayırlar.  Əgər
digər ilahi ne’mətlər olmasaydı da, bu ne’mət xoşbəxtlik üçün
kifayət edərdi. Əfsus ki, başdan ayağa ne’mət içində olan bizlər
ağlımızın fövqündə durmuş ne’mətlərin dəyərini dərk etmirik.
Digər maraqlı nöqtə budur ki,  Allah-təala onun görüşünə
gələnlərin heç birini rədd etmir.  Amma başqaları belə deyil.
Axı Allahdan başqa hansı varlıq minlərin,  milyonların,
milyardların ehtiyacını ödəyə bilər?!  Şübhəsiz ki,  yer üzündə
mövcud olan ən böyük xəzinə də müəyyən həddə faydalı ola
bilər.  Tükənməz xəzinə isə yalnız Allahın ixtiyarındadır.
Həzrətin  (ə)  buyuruğuna əsasən,  Allah-təala bütün insanlara
istədikləri qədər versə,  yenə də mərhəməti tükənməz.  Altı
milyard insanın təmənnası nə qədər ola bilər?  Allah-təala bu
altı milyardın hər birinin bir o qədər istəyini versə, xəzinəsi bir
iynə ucu qədər də tükənməz. Belə bir sonsuz mərhəmət və rahat
əlaqə harada görünüb?!  Başqa sözlə,  onun rəhmət qapısı
həmişə açıqdır və bu qapıdan daxil olmağımızı israrla tə’kid
edir.  Əfsus ki,  bizlər bu həqiqət qarşısında mə’rifətsiz və
naşükürük.  Axı heç nəyi olmayan bəndə nə üçün naz
satmalıdır?!  Elə bir məqam bizi də’vət etdiyi halda götür-qoy
edirik.  Bu bizim böyük bəlamızdır.  Tükənməz xəzinənin açıq
qapıları qarşısında donub qalmışıq.  Sonsuz qüdrət sahibi bizi
duaya, özü ilə görüşə çağırsa da naşükürlük edirik. Həzrət (ə)
buyurur: “Bil ki, göy və yer xəzinələri əlində olan kəs sənə dua
izni vermiş və duanı eşidəcəyinə zamin durmuşdur.  Sənə
buyurmuş ki,  ondan istəyəsən və o da əta etsin.”  Allah-təala
özü ilə bəndəsi arasında heç bir vasitə qoymamış, qabaqcadan
şərt kəsməmiş,  vaxt tə’yin etməmişdir.  Çağırdığımız an
eşidəcəyinə zamin durmuşdur.  Biz isə özümüzü bu feyz


148
çeşməsindən məhrum etmişik.  Bu ne’mətin əzəməti haqqında
düşünməyin, onun dəyərini təsəvvür etməyin yeri var.

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin