160
olunmasıdır. Başqa səbəblər də ola bilər. Həmin səbəblərdən
biri duanın qəbulunun məsləhətli olmamasıdır. Yə’ni duanın
qəbulu nəticəsində insan üçün zərərli şərait yarana bilər. Bə’zən
insan öz istəyinin nəticəsini müəyyənləşdirə bilmir və elə bir
şey arzulayır ki, bu şey onun üçün xeyirli olmur. Ümumiyyətlə,
insan tələskən varlıqdır. O, duasının qəbul olunmasına tələsir.
Amma bilmir ki, müəyyən ne’mətlər yalnız vaxtında əldə
edildikdə səmərə verir. Allah-təala öz mö’min bəndəsinə nəyi
nə vaxt verməyi daha yaxşı bilir. İnsan bə’zən tamamilə zərərli
şeylər istəyir. Əlbəttə ki, Allah mö’min bəndənin belə dualarını
qəbul etmir. Belə bir dua dişi ağrıyan körpənin anasından şirni
və ya başqa zərərli bir şey istəməsi kimidir. Ana uşağın bu
arzusunu yerinə yetirirsə, ağrılar daha da güclənə bilər. Uşaq
şirninin zərərindən xəbərsiz olduğu üçün öz istəyində tə’kid
etsə də, ana onu sevdiyi üçün həmin arzunu yerinə yetirmir.
Duanın qəbul olmamasının səbəblərindən biri məhz insanın öz
zərərinə bir şey istəməsidir.
Dostları ilə paylaş: