167
etməz və bunu ibadətə məşğul olmaları ilə izah edərdilər.
Bə’ziləri isə məsciddə oturub, cihad üçün dua edər və bununla
da öz vəzifəsini bitmiş sayardılar. Hansı ki, dua vacib vəzifəni
öhdədən götürmür və cihadda iştirak etmək vacib bir vəzifədir.
Unutmayaq ki, dövrümüzdə elmə yiyələnmək olduqca vacib bir
vəzifədir. Hazırkı vaxtda elmi cihad hərbi cihad kimi, bəlkə
ondan da artıq əhəmiyyətə malikdir. Çünki bu gün müsəlman
dünyasının dəyərli alimlərə ehtiyacı ödənməmişdir. İslamı
düzgün tanıyıb-tanıtdıran alimlərə böyük ehtiyac var.
Müsəlman dünyası həqiqi alimlərə ehtiyaclıdırsa, elm
öyrənmək hər birimizə vacibdir. Nə qədər ki, bu vəzifə
ödənməyib, dərs oxumaq, elm sahibi olmaq əvəzinə dua
oxusaq, nəinki bu dualar nəticəsiz olacaq, hətta günah yazılma
ehtimalı da var. Vacib vəzifədən istənilən bir bəhanə ilə boyun
qaçırmaq günahdır. Xalqı cəhalətdən qurtarmaq istəyən şəxs
əvvəlcə özünü cəhalətdən qurtarır, sonra isə öyrəndiklərini
başqalarına öyrədir. Heç bir müstəhəb iş vacib işi əvəz edə
bilməz. Vacib vəzifə öhdədə olduğu halda müstəhəb işə məşğul
olmaq olmaz.
Vacib vəzifələri dua ilə müqayisə etdik. İndi isə bir addım
irəli atıb, duanı müstəhəb əməllərlə müqayisə edək. Qısa
şəkildə qeyd edək ki, hətta müstəhəb əməli də dua ilə əvəz
etmək olmaz. Dua özü müstəhəb əməldirsə də, digər müstəhəb
əməllərdən üstün deyil. Yə’ni hansısa müstəhəb iş əvəzinə dua
etmək düzgün deyil.
Dostları ilə paylaş: