MƏADA (ÖLÜMDƏN SONRAKı HƏYATA) INAM VƏ
RƏFTARıN ISLAHı (TƏRBIYƏ)
Əgər Qur’ani-kərimə diqqət etsək, görərik ki, daha çox
əhəmiyyət verilmiş məsələlərdən biri axirət həyatı və ölümün
xatırlanmasıdır. Doğrudan da, axirətə iman, əbədi həyata diqqət
insanın rəftarında, tərbiyəsində mühüm rol oynayır. Bu
istiqamətdə axirət inancı tövhid inancından da tə’sirlidir.
Diqqət etsəniz, əksər insanlar Allaha inanır, amma bu inam
onların həyat tərzini dəyişmir. Onlar istədikləri kimi yaşayır və
Allahın razılığını nəzərə almırlar. Amma axirət inamı insanın
həyat tərzinə tə’sir göstərir, onu bir başqa şəkildə yaşamağa
vadar edir. Axirətə inanan insan anlayır ki, öz istəyincə yaşasa,
bədbəxt olası, əbədi əzaba qovuşasıdır. Bəli, axirət həyatına
inanan şəxs axirət əzabını nəzərdən qaçıra bilmir. Düşüncəli
insan əbədi axirəti müvəqqəti dünya həyatı ilə müqayisə
etdikdə, şübhəsiz ki, əbədini qoyub məhdudu seçəsi deyil.
Amma elə Allah aşiqləri da var ki, Allahın razılığını həm
dünya, həm də axirət xoşbəxtliyindən üstün tuturlar. Əfsus ki,
belələri çox azdır. Əksər müsəlmanlar ilahi razılığa yox, behişt
və onun ne’mətlərinə üstünlük verirlər. Amma həqiqi mö’min
üçün Allahın razılığı hər şeydən üstün olmalıdır.
Qur’ani-kərimdə oxuyuruq: “...Allahın razılığı isə daha
böyükdür.” Bəli, insanların iman dərəcələri çox fərqlidir. Çox
nadir insanlar Allahın razılığını hər şeydən üstün tutur. Həzrət
176
Əli (ə) Allaha belə ərz edir: “And olsun izzət və cəlalına, əgər
razılığın bunda olsa ki, bədənim tikə-tikə doğransın, ən pis
qətldən 70 qat ağır şəkildə öldürülüm, razı olaram. Hər halda
sənin razılığını istəyirəm. Razılığın bunda olsa ki, axirət
odunda yanım, yenə sənin razılığını üstün tutaram...” Adi
insanlar üçün bu sayaq düşüncələr yaddır. Hətta ən imanlı
insanlar da mə’sumların uyğun sözlərini təkrarlamaqdan başqa
bir iş bacarmırlar. Böyük xalq kütlələrinə daha çox tə’sir edən
axirət əzabı, cəhənnəm odudur. Daha doğrusu, adi insanların
tərbiyəsində behişt müjdəsi və cəhənnəm qorxusu Allahın
razılığından daha tə’sirli bir amildir. Yalnız Allahın razılığını
düşünənlər isə çox azdır.
Bəli, axirətə inanan, xeyir və şər əməllərinin əvəzini
alacağına əmin olan insanlar öz əməllərinə nəzarət edir,
nəfslərini başlı-başına buraxmırlar. Amma axirət həyatına ciddi
yanaşmayanlara nəfs qalib gəlir, onlar ötəri dünya ne’mətlərini
daha üstün tutur, min bir günaha batırlar. Demək, əksər vaxt
günah və cinayətin qarşısını alan əbədi axirət əzabına inam
olur. Onu da qeyd edək ki, axirət ne’mətləri axirət əzabı qədər
tə’sirli deyil.
Deyilənlərdən aydın olur ki, nə üçün Qur’an və Əhli-beyt
buyuruqlarında, eləcə də, “Nəhcül-bəlağə”də axirət, onun
dünyadan üstünlüyü, dünya sevgisinin əbədi axirət
xoşbəxtliyinə maneçiliyi məsələləri diqqət mərkəzində
dayanmışdır. Məqsəd bu deyil ki, insan dünyaya arxa çevirsin.
Axı dünya həyatı özü də çox böyük ne’mətdir və axirət həyatı
dünyada qazanılır. Məzəmmət olunan dünya yox, dünyaya
hərislik, aşiqlik, vurğunluqdur. Həzrət Əlinin (ə) uyğun
məsələləri
tez-tez
təkrarlaması
onların
əhəmiyyətini
qabartmaqdır. Dünya ləzzətləri aldadıcı olduğundan insanın
daimi xəbərdarlığa ehtiyacı var. Uyğun mövzuların təkrarında
digər bir məqsəd insanın ölümü unutmamasıdır. Ölümü unudan
insan şeytana daha asan aldanır və anlamır ki, işin sonu nə ilə
nəticələnəcək. Dünya ləzzətlərinə aldanmış insan bu ləzzətlərin
177
müvəqqəti olduğunu dərk etmir. İnsan öz həmnövlərinin başına
gələn müsibətləri, qəfil ölümləri gördüyü halda, yenə də dünya
həyatının əbədi olduğunu zənn edir. Dünyanın sonunu görən
insan öz rəftarında az-çox dəyişiklik edir. Dünyanın müvəqqəti
olduğunu anlasaq, ötən anların qədrini bilərik. İnsan dünyanın
ötəriliyinə diqqətli olduğu qədər öz ömrünü qənimət sayır.
Ömrün qısalığına diqqətsiz insanlar isə dünya ləzzətlərinə baş
qatıb, yavaş-yavaş ölümü yaddan çıxarırlar. Ölümü unudan
insana qəflət hakim olur və günah günah ardınca düzülür.
Demək, şeytan və nəfsin hiylələrindən qurtarmaq üçün çıxış
yolu ölümü xatırlamaq, dünyanın faniliyini unutmamaqdır.
Dostları ilə paylaş: |