Ustad Misbah Y?zdi



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə149/156
tarix23.04.2022
ölçüsü0,84 Mb.
#115474
növüDərs
1   ...   145   146   147   148   149   150   151   152   ...   156
Əbədi öyüd 2022

CƏMIYYƏTIN FƏRDƏ TƏ’SIRI
İnsan,  adətən,  yaşadığı mühitin tə’siri altında olur.  O,
başqalarını razı salacaq bir şəkildə hərəkət etmək istəyir. Eləcə
də barmaqla göstərilmək,  kimsədən dala qalmaq onun üçün
ağırdır.  Xalqı bir məsələyə diqqətlə yanaşdığını görən insan
həmin işin xeyirli və ya zərərli olmasını yoxlamadan çoxluğa
qoşulur. Sözsüz ki, fərdə mühitin böyük tə’siri var. Çoxluq bir
şeyi əldə etməyə çalışırsa, fərd də çoxluğun tə’siri altında eyni
cür hərəkət edir.  İnsanların bir yerə toplaşdığını görən şəxs
tələsik onlara yaxınlaşır. İlk əvvəl cəmiyyətdən fərqli düşünən
insan,  nəhayət toplumun rə’yinə uyğunlaşır.  Bu yaxınlaşma
ixtiyarsız şəkildə baş verir.  Maraqlıdır ki,  dünya ne’mətlərinə
münasibətdə ictimai tə’sir daha güclüdür.  Dünya ne’mətləri
uğrunda mübarizəni hər addımda müşahidə edən insan
istər-istəməz bu yarışa qoşulur.  Dünyapərəst insanlar ov
ətrafında dövrə vurub dayanmış qızılquşları xatırladırlar. Onlar
ovdan daha çox pay götürmək üçün bir-birlərinə dimdik atır,
caynaqlaşırlar.  Bu misalı təkcə dünyapərəst insanlara yox,  bir


180
çox müsəlmanlara da şamil etmək olar. Amma ağıl ne’məti ilə
bəzənmiş insan dünya malı uğrunda savaşa qatılmamalıdır.
Dünya malı qızılquşların,  quzğunların qonduğu leşi xatırladır.
Düşüncəli insan öz hisslərini cilovlamalı,  canavarlara,
quzğunlara qoşulmamalıdır.  İnsan Allahın müəyyənləşdirdiyi
ruzini qazanmalı və bununla kifayətlənməlidir. Dünya həyatını,
komfortlu yaşayışı məqsədə çevirmək insana yaraşmayan bir
işdir.

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin