Ustad Misbah Y?zdi



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə15/156
tarix23.04.2022
ölçüsü0,84 Mb.
#115474
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   156
Əbədi öyüd 2022

QƏFLƏT AZĞıNLıĞA APARıR
Mö’min  insan  təhlükədə  olduğunu  bir  an  da  unutmamalıdır.
Çünki  onun  ayağı  altda  daim  süqut  edə  biləcəyi  cəhənnəm
dərəsi qaynamaqdadır. O, bir tərəfi ilahi mərhəmət, digər tərəfi


22
əbədi  əzab  olan  fəzadadır.  Onun  süqut  etməyəcəyinə  heç  bir
zəmanət  yoxdur.  Bəli,  insan  daim  uçurum  kənarındadır.  Bu
uçurumdan  aşağı  insan  üçün  əbədi  əzab  vadisi  uzanır.  Əgər
ölüm  hər  şeyə  son  qoysaydı,  çox  asan  olardı.  Amma  həqiqət
başqadır. İnsan kiçik bir büdrəmə nəticəsində əbədi cəhənnəm
dərəsinə  yuvarlana  bilər.  Bə’ziləri  çətinliyə  düşdükdə  ölüm
arzulayırlar.  “Kaş  ölüb,  rahatlaşaydım”,  deyirlər.  Amma  onlar
unudurlar  ki,  ölümdən  sonra  əbədi  həyat  başlanır.  Bu  həyat
xoşbəxt  ola  biləcəyi  kimi,  bədbəxt  də  ola  bilər.  Hətta  imanlı
insanlardan  da  belə  sözlər  eşidirik  ki,  “Pərvərdigara,  artıq  bu
çətinliyə  dözə  bilmirəm,  məni  öldür.”  Belələri  bu  dünyanın
dərdlərinə, 
çətinliklərinə 
qarşı 
müqavimət 
qüvvəsini
itirənlərdir.  Onlar  Allahın  qəzasına  dözə  bilmir,  ölümü  daha
asan sayırlar. Onların nəzərincə, bu dünyanın dərdləri ölüm və
ölümdən  sonrakı  həyatın  mümkün  ağrılarından  daha
dözülməzdir. 
Qur’ani-kərim    qiyamət  gününün  sonsuz  ağrıları  barədə
cəhənnəm  əhlinin  dilindən  buyurur:  “Ey  Malik  (cəhənnəm
gözətçisi), qoy Rəbbin bizi öldürsün...” Onlara cəhənnəm əzabı
o  qədər  ağır  gələr  ki,  cəhənnəm  mələyindən  ölüm  istərlər.
Malik  isə  onlara  belə  cavab  verər:  “Siz  həmişəlik
qalacaqsınız”... Bəli, ölümdən sonra ölüm yoxdur. Cəhənnəmə
düşənlər orada əbədi qalasıdırlar. Hər halda unutmamalıyıq ki,
dünya  və  axirət  çətinliklərinin  əksəri  insanın  qəflətindən,
diqqətsizliyindən  yaranır.  Qəflətdə  olan  insan  qarşıda  onu
gözləyən təhlükədən xəbərsiz qalır.
İmam  rahil  (r)  öz  söhbətlərində  “diqqət”  sözünü çox
işlətmişdir. Əgər onun moizələrinə nəzər salsanız, təkrar-təkrar
bu sözləri dediyinə şahid olarsınız:  “Ağalar,  diqqətli olun...”
Əgər bu kəlmə çox işlədilirsə, demək, onda bir sirr vardır. Bir
çox problemlər məhz bu diqqətsizliyin nəticəsində yaranır.
Əgər insan hər an əbədi oda yuvarlanacağını mümkün hesab
etsə,  rahatlığını itirər,  daim diqqətli olar.  İnsan bir qədər
düşünüb,  qarşıdakı təhlükələri təsəvvüründə canlandırsa,  çox


23
səmərəli bir əhvali-ruhiyyə əldə edər.  Allah övliyalarının göz
yaşları,  Əbu-həmzə duası və digər münacatlar yalnız uyğun
diqqət nəticəsində müyəssərdir. Bir zərrə diqqət həmin nalələrə
qapı aça bilər. 
Bəli,  bu gün dərdli olmamağımızın səbəbi qarşıdakı
təhlükələrə diqqətsizliyimizdir.  Əgər insan düşünsə ki,  dünya
həyatı fəzada qalmaq kimidir və aşağıda nəfs istəklərindən
şö’lələnmiş alov yanır, bu alova düşməmək üçün qəlbini nəyəsə
bağlayar, əl atıb nədənsə yapışar. Diqqətli insanda belə bir hal
yaranır. Bu halda olan insan üçün ən zəruri iş Allahın ipindən
yapışmaqdır.  Qur’ani-kərim və Əhli-beyt  (ə)  bu kədərli halı
müxtəlif şəkillərdə bəyan etmiş və onun çarəsini göstərmişlər.
Bəli,  təhlükələrdən xilas olmaq üçün möhkəm  ilahi ipdən
yapışmaq lazımdır. 
“Bəqərə”  surəsinin  256-cı ayəsindəki  “urvə”  kəlməsi dəstək
mə’nasını daşıyır.  İnsanın yıxılmamaq üçün yapışdığı yer
“urvə” adlanır. Müxtəlif qabların, kuzələrin qulpuna da “urvə”
deyirlər. Amma insan təhlükə zamanı hər şeydən yox, möhkəm
bir şeydən yapışmaq istəyir.  Bu möhkəmliyi ayədəki  “vusqa”
kəlməsi ifadə edir.  İnsan süquta uğramamaq üçün ən e’tibarlı
hesab etdiyi şeyə əl atır.  Bu,  onun fitri ehtiyacıdır.  Diqqətli
insan bu ehtiyacı hiss edir və təhlükədən qurtarmaq üçün daim
axtarışda olur.  Allah-təala insana xəbərdarlıq edərək buyurur:
“Allahdan başqasını dost tutanlar yuva qurmuş hörümçəyə
bənzəyirlər. Şübhəsiz ki, evlərin ən zəifi hörümçək yuvasıdır.”
Dünya və onda olanlar insanın təhlükədən xilas olmasında
hörümçək toru tək zəif və e’tibarsızdır.  Yeganə qurtuluş yolu
Allahın
qırılmaz
ipindən
yapışmaqdır.  Kimsənin
qıra
bilməyəcəyi yeganə e’tibarlı vasitə həmin ilahi ipdir.  Allahla
bağlılığı güclü olan insan bu qırılmaz ipdən yapışmışdır.
Qur’ani-kərim  “lənfisamə ləha”,  yə’ni  “bu ip qırılmaz”,
buyurur.  Bütün başqa iplər gec-tez qırılasıdır.  Bizim uzun
hesab etdiyimiz müddətlər ilahi miqyasda çox kiçikdir.
“Həqiqətən,  onlar həmin əzabı uzaq görürlər”  -  buyurur


24
Allah-təala.  İnsan çox vaxt çətinliklərdən qurtulmaq üçün
dünyəvi vasitələrə əl atır.  Əslində isə insanı xoşbəxtliyə
qovuşdurası yeganə yol Allah yoludur. 
Əlbəttə ki,  Allah yolunun müxtəlif nümunələri ola bilər.
Məsələn,  “Allahın ipindən birgə yapışın”  ayəsində  “Allahın
ipi” kəlməsi müxtəlif cür təfsir olunur. Bə’zən Qur’an, bə’zən
İslam, bə’zən Əhli-beyt, bə’zən isə mə’sum imamların vilayəti
“Allahın ipi”  hesab olunur.  Amma bütün təfsirlərin arxasında
Allahla bəndə arasındakı rabitə durmuşdur. Xilas olmaq istəyən
şəxs Allaha bağlanmalıdır.  Qur’anın bütün hökmlərini qəbul
edib, əmələ başlamaq həmin qırılmaz ipdən yapışmaq, Allaha
bağlanmaqdır.  Bə’zən  “ip”  əvəzinə  “səbəb”  kəlməsi işlədilir.
Əslində  “səbəb” kəlməsinin də ərəbcə lüğət mə’nası “ip” və ya
rabitə deməkdir. Bu kəlmələrin hər bir iki şey arasında bağlılığı
ifadə edir.  Allah-təala buyurur:  “  Ona  (Allaha)  vasitə,  yol
axtarın.”  Bu ayənin nümunələrindən biri Əhli-beytə  (ə)
təvəssüldür.  İnsan Allahla rabitə yaratmaq üçün yol axtarır,
Allahın mə’sum imamlarını vasitə seçir. Bəli, qurtuluş üçün ən
yaxşı yolu seçmək lazım gəlir. 
Həzrət Əli  (ə) sözünün davamında buyurur:  “Səni Allahla

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin