əyləncədən başqa bir şey deyil.”; “Dünya həyatı oyun və əyləncədən başqa bir şey deyil.” Belə bir dünyaya könül
verməyə dəyərmi?! Allahın müvəqqəti mənzil kimi tanıtdırdığı
dünyaya bağlanmaq yox, ona sevgi bağlarını qırmaq gərək!
181
İYIRMI IKINCI DƏRS DÜNYA VƏ AXIRƏT Məbada, dünyaya könül verən, dünya üstə bir-birlərinin üstünə şığıyan dünya əhlinin mehri səni çaşdıra. Çünki Allah səni dünyadan xəbərdar etmiş, dünya öz necəliyini sənə açmış və sənin üçün öz çirkinliyi üzərindən pərdəni qaldırmışdır. Həqiqətən, dünyapərəstlər hürüşən itlər və yırtıcılardır ki, ov üstündə bir-birlərinin başlarına qışqırırlar; güclülər zəiflərə tamah salır, onların böyükləri kiçikləri məğlub edir; dünya öz əhlini doğru yoldan azdırdı,