185
DÜNYA KARVANı
Həzrətin (ə) nəzərində dünyaya bağlılıq insanı azdırır.
Vəsiyyətnamənin ana xəttini dünyanın axirətlə müqayisəsi
təşkil edir. Həzrət (ə) sanki hündür bir yerdən dünya adlı
məkanı seyr edir, dünyanı uzaqdan görünən karvana bənzədir.
Karvan əhli havanın yavaş-yavaş işıqlanmasına rəğmən
bir-birlərini aram hərəkət etməyə çağırırlar. Nəhayət, karvan
yetişir. Kimi tələsərək başqalarından qabağa çatır. Geridə
qalanlar da az sonra yetişəsidirlər.
Həzrət (ə) özünü axirət mənzilində təsəvvür edir. Dünya
karvanı asta-asta axirətə yaxınlaşmaqdadır. Sadəcə, kimi
qabaqda gəlir, kimi geri qalmışdır. Bəli, dünya həyatı insanları
axirətə daşıyan karvan kimidir. Ömür o qədər qısadır ki, azca
səbr etməklə dünya qaranlığı yox olur, axirət nuru ətrafı
bürüyür. Kimsə bu karvandan kənarlaşa bilməz. Bu səfər
məcburidir. Bu səfərdə karvanı ardınca çəkən gecə və
gündüzdür. Bəli, karvan əhlinin miniyi kimsəni yubada
bilməyəcəyi gecə və gündüzdür. Dünyanın faniliyi, axirətin
əbədiliyi Allahın qəti əmridir. İnsan biri uçmaqda olan, o biri
əzəmətli və möhkəm iki mənzil qarşısındadır. Bu mənzillərdən
hansında yaşamaq insanın özündən asılıdır. Ağıllı insan
uçmaqda olan mənzili seçərmi?! Seçim öz əlinizdədir!
Dostları ilə paylaş: