46
“qədimdəkilərin xəbərlərini qəlbinə ərz et” –deyə buyurur.
Keçmişdəkilərin həyatından ibrət götürməklə büdrəmələrdən
qorunmaq lazımdır. Vəsiyyətin mehvəri qəlbdir. İnsan üçün
əsas da qəlbdir. Səadətə çatmaq istəyirsinizsə, qəlbinizi islah
etməlisiniz. Problemlərinizi həll etmək üçün qəlbinizin
problemlərini həll etməlisiniz. Həzrətin (ə) nə üçün qəlbi
mehvər seçməsini bilməyimiz yaxşı olar. Nə üçün qəlb
keçmişdə baş verənlərdən xəbərdar olmalıdır?
Bə’zən insan bir şeyi oxuyub eşitsə də, ona səthi yanaşır,
dərindən düşünmür. Məsələn, qəbir ziyarətinə getsə də, ölülər
haqqında dərindən düşünmür. Sözsüz ki, bu sayaq müşahidə
heç vəchlə qəlbə sirayət etmir. İnsan elə baxmalı, elə
dinləməlidir ki, bu gedişdə qəlb iştirak etsin. İnsan gördükləri
və eşitdikləri barədə düşünməli, həqiqəti dərk etməlidir. Ona
görə də keçmişin xəbərlərini qəlbən dinləmək tövsiyyə olunur.
Dostları ilə paylaş: